"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

İtaliyada “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünün Roma Koalisiyası yaradılıb

02 Mart 2022 - 17:04
in GÜNDƏM
FacebookVatsap

Xocalı soyqırımı qurbanlarının anılmasının 30-cu ildönümü çərçivəsində 1 mart 2022-ci il tarixində İtaliya Senatının mətbuat konfransı zalında “Etiraf yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” mövzusunda konfrans keçirilib.

Bunu da oxuyun

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Prezident Naftalana yeni icra başçısı təyin etdi

Elchi.az xəbər verir ki, İtaliya parlamentinin üzvləri, insan hüquqları təşkilatlarının, akademik və media çevrələrinin nümayəndələrinin iştirak etdiyi tədbir İtaliya Senatının “İrəli, İtaliya” partiyasından olan üzvü, İtaliyanın Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin vitse-prezidenti, senator Urania Papatheunun təşəbbüsü ilə İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsi ilə birgə təşkil olunub.

İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldiyə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərini və şahidi olduğu dağıntıları xatırladıb, müharibənin artıq arxada qaldığını, sülh və dialoq vaxtının gəldiyini və hazırkı tədbirin bu prosesə böyük töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra təşəbbüs barədə məlumat verən senator Urania Papatheu Xocalıda baş vermiş hadisələri xatırladaraq orada törədilmiş vəhşiliklərin İtaliyada da soyqırımı cinayəti kimi tanınmalı olduğunu qeyd edib və tədbir iştirakçılarını Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Senator öz çıxışında etiraf və keçid ədalətinin sülh və təhlükəsizliyin dəstəklənməsi, beynəlxalq insan hüquqları hüququ pozuntularının, xüsusilə də soyqırımının qarşısının alınması üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Konfransda çıxış edən İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri professor Antonio Stanqo Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı, 150 nəfərin itkin düşdüyü, onlarla ailənin bütövlüklə məhv edildiyi, çoxsaylı körpələrin hər iki valideynindən məhrum olduğunu qeyd edib, Xocalı hadisələrinin beynəlxalq hüquqa, o cümlədən Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq soyqırımı cinayəti kimi tövsif edildiyini ifadə edib.

A.Stanqo 2020-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsinə baxmayaraq, Xocalıya ədalətin hələ tam bərpa olunmadığı, həm Azərbaycan, həm də Ermənistan liderlərinin “yeni səhifə açmaq” və “regionda sülh erası”na başlamaq niyyətlərini bəyan etdiklərini nəzərə alaraq, hazırkı tədbirin məqsədinin etiraf, dialoq və barışıq yolu ilə insanlara Xocalı faciəsinin kölgəsini aradan qaldırmağa kömək etmək üçün güclü beynəlxalq vasitəçiliyi araşdırmaq olduğunu qeyd edib. Bu xüsusda, professor A.Stanqo 23 fevral 2022-ci il tarixində ATƏT-in Vyanadakı baş qərargahında keçirilmiş iclasda elan olunmuş Soyqırımı və kütləvi vəhşiliklərin qarşısının alınması üzrə Budapeşt Mərkəzinin “Barışıq üçün etiraf et” təşəbbüsünü alqışladığını bildirib və bu təşəbbüs barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Konfransda daha sonra Avropa Müsəlmanlarının Sosial Birlik Təşəbbüsünün Baş katibi, Danimarka İnsan Hüquqları İnstitutu şurasının üzvü Başi Qureyşi, Vicdan azadlığı Uğrunda Dərnəklərin və Fərdlərin Koordinasiyasının prezidenti Thierry Valle (Fransa) və Bursa Uludağ Universiteti rektorunun müşaviri, Universitetin beynəlxalq akademik münasibətlər üzrə əlaqələndiricisi, ATƏT-in keçmiş şəxsi nümayəndəsi, din və geosiyasət üzrə professor Bülent Şenay (Türkiyə) çıxış edib.

Çıxış edənlər təşəbbüsün Xocalı soyqırımının Ermənistan tərəfindən etirafı, azərbaycanlılarla ermənilər arasında birbaşa dialoqa yardım edilməsi, münaqişə ilə bağlı acı xatirələri aradan qaldıraraq birlikdə Cənubi Qafqazda barışıq və dayanıqlı sülh yollarının tapılması kimi məqsədlərinə nail olmaq üçün Xocalı faciəsinin 30-cu ildönümü ili ərzində davamlı olaraq fəaliyyət göstərəcəklərini bildiriblər.

Konfransda, həmçinin, vurğulanıb ki, Avropanın və dünyanın üzləşdiyi misli görünməmiş çağırışlar dövründə vətəndaş cəmiyyəti üzvlərinin bu cür təşəbbüsləri planetin münaqişə təhlükəsinin, xüsusən də münaqişədən sülhə keçilməsi imkanlarının olduğu yerlərdə azaldılması üçün son dərəcə əhəmiyyətlidir.

Konfransın sonunda “Barışıq üçün etiraf et” təşəbbüsünü dəstəkləyən Avropa təşkilatlarının Koalisiyası elan edilib və çıxışçılar, eləcə də tədbirdə iştirak edən bir sıra italyan parlamentarları və digər iştirakçılar tərəfindən rəmzi olaraq Roma Bəyannaməsi adlanan “Barışıq üçün etiraf et” təşəbbüsünün beynəlxalq koalisiyası Bəyannaməsi imzalanıb. Habelə rəmzi olaraq Roma koalisiyası adlanan koalisiyanın daha çox insan hüquqları təşkilatlarının və tanınmış şəxslərin üzvlüyünə açıq olacağı ifadə olunub.

Konfrans İtaliya Senatının rəsmi televiziyası və youtube kanalı vasitəsilə canlı yayımlanıb.

İtaliyada "Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünün Roma Koalisiyası yaradılıb
İtaliyada "Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünün Roma Koalisiyası yaradılıb
İtaliyada "Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünün Roma Koalisiyası yaradılıb
Previous Post

İtaliyada “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünün Roma Koalisiyası yaradılıb

Next Post

Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı təsdiqlənib

Bənzər yazılar

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30 Sentyabr 2026 - 09:34

Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat...

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard ABŞ dollarından çox həcmdə investisiyanın cəlb...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58

Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam...

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

28 Sentyabr 2026 - 11:21

"Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə...

Next Post
XİN başçısı: “Azərbaycan İsraillə münasibətlərin inkişafında maraqlıdır”

Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı təsdiqlənib

XİN başçısı: “Azərbaycan İsraillə münasibətlərin inkişafında maraqlıdır”

Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı təsdiqlənib

Son xəbərlər

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.