"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

BAXCP sədrindən bayram təbriki

30 Dekabr 2021 - 11:52
in MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanlayıb.
Təbrikdə deyilir:

Bunu da oxuyun

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

“Dəyərli soydaşlarım,

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edirəm.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təqvim ilinin son gününə təsadüf etməsində bəlkə də ilk baxışdan sezilməyən bir zərurət var – geridə buraxdığımız zaman kəsiyində baş verənlərdən nəticə çıxarmaq, geriyə deyil, irəliyə baxmaq, gerçək vətənpərvərlik hissi və əzmi ilə xalqımızın, dövlətimizin qarşısında duran maneələri birlikdə dəf etmək zərurəti!

Əziz həmvətənlər,

2021-ci ildə 44 günlük Vətən müharibəsində bizə qələbə sevincini yaşadan şəhidlərimizi ilk Anım Gününü böyük qürur və kədər hissi keçirdik. İşğalçı ordu və ölkə üzərindəki Zəfərimizin coşqusunu yaşadıq. Başa çatmaqda olan il ərzində bir xalq və dövlət olaraq ərazi bütövlüyümüzün təmin olunmasına qarşı çıxan, bizi daim məğlub görmək istəyənlərə qarşı birgə müqavimət göstərdik, qanımız bahasına əldə etdiyimiz halal haqqımızı bizə çox görənlərə, üzdə dost, arxada düşməndən də betər olanlara birliyimizi, iradəmizi və əzmimizi nümayiş etdirdik, işğal dövründə viran edilmiş yurd yerlərimizin yenidən dirçəldilməsi istiqamətində ilk və mühüm addımlarımızı atdıq, mədəniyyətimizin paytaxtında Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik etdik.

2022-ci ildə isə qarşımızda daha böyük vəzifələr durur. Ölkədə həyata keçirilən islahatların dərinləşdirilməsinə və daha real məzmun almasına, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin sürətləndirilməsinə, torpaqlarımızın separatçıların tör-töküntülərindən tamamilə təmizlənməsinə nail olmalı, milli birliyimizi, həmrəyliyimizi qorumalı, strateji hədəflərimizə doğru yorulmadan, usanmadan addımlamalıyıq!

Əziz soydaşlarım!
Bir daha Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim
ili münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, səadət və
işıqlı günlər arzulayıram!

Tanrı Azərbaycanı qorusun!”

Previous Post

BAXCP sədrindən bayram təbriki

Next Post

Bu il cəzalandırılan təhsil işçilərinin sayı açıqlanıb

Bənzər yazılar

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59

Sabah Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

21 Sentyabr 2026 - 20:11

Serbiyada Azərbaycanın da qatılacağı "EXPO 2027" beynəlxalq sərgisinin infrastrukturu üçün 6,3 milyard dinarlıq (təxminən 54,3 milyon avro) tikinti icazəsi razılaşdırılıb....

Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

21 Sentyabr 2026 - 18:29

Tətbiq edilən sanksiyalar səbəbindən sentyabrın 23-dən etibarən İran aviaşirkətləri beynəlxalq reysləri həyata keçirə bilməyəcəklər. Elchi.az xəbər verir ki, bu baeədə...

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07

Təxminən 100 000 nəfərin məlumatlarını təhlil edən bir araşdırma, yuxu keyfiyyətinin sağlamlıq üçün yuxu müddəti qədər vacib ola biləcəyini üzə...

Next Post
“Hazırki vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur” – RƏSMİ

Bu il cəzalandırılan təhsil işçilərinin sayı açıqlanıb

“Hazırki vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur” – RƏSMİ

Bu il cəzalandırılan təhsil işçilərinin sayı açıqlanıb

Son xəbərlər

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21 Sentyabr 2026 - 22:54
Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

21 Sentyabr 2026 - 21:52
“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

21 Sentyabr 2026 - 21:51
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

21 Sentyabr 2026 - 21:49
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

21 Sentyabr 2026 - 21:46
Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

21 Sentyabr 2026 - 21:44
Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

21 Sentyabr 2026 - 21:43
Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

21 Sentyabr 2026 - 20:11
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

21 Sentyabr 2026 - 20:09
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 20:07
Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

21 Sentyabr 2026 - 20:05
Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

21 Sentyabr 2026 - 19:57
Aİ-də rusiyalı biznesmenlərə qarşı sanksiyaların uzadılması razılaşdırılır

Aİ-də rusiyalı biznesmenlərə qarşı sanksiyaların uzadılması razılaşdırılır

21 Sentyabr 2026 - 19:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.