"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Ölkədə qanunvericilik institutu yaradılmalıdır”

24 Dekabr 2021 - 19:55
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Ekspertizlar keçirlməlidir ki, qanunu tətbiq edən şəxslər qanunvericiliyi eybəcər hala gətirməsinlər”

Bunu da oxuyun

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

“İnzibati Hüqupozmalar Haqqında” Məcəlləyə və Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı deputat həmkarlarımı məlumatlandırmaq istəyirəm. Çox təəssüf ki, bir çox hallarda Mərkəzi İcra Hakimiyyəti orqanları özlərinə sərf edən formada bu qanun layihələrini hazırlayıb Milli Məclisə göndərirlər. Çox təəssüf ki, bəzi hallarda da müvafiq ekspertiza keçirilmədiyindən onlar bizim hüquq sisteminin eybəcərləşməsinə və sui-istifadə hallarına yol açır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında səsləndirib.
Millət vəkili bildirib ki, birinci məsələ kimi hakimlərin təyin olunması məsələsiin müzakirə elədik: “Mən sizə tam əmin edirəm ki, normativ hüquqi aktlar haqqında Konstitusiya qanunun 61-ci maddəsnə istnad edib, həmin qərar layihəsini normatov hüquq aktların sui-istifadəyə məruz qalmasına dair ekspertizaya göndərsəydik, bəlli olacaqdı ki, bizim məhkəmələr və hakimlər haqqında qanunun müvafiq maddəsinə bir söz əlavə etməklə zamanında sui-istifadəyə imkanlar yaratmışdıq. “Yəni bir qayda olaraq” ifadəsini ora əlavə etməklə imkan vermişik ki, təyin olunan 8 namizəddən 8-i ilə bağlı o ifadədən istifadə olunsun və onlar yuxarı instansiya məhkəmələrinə təyin olunsunlar. İndi biz, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edirik. Yenə də normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 45-ci maddəsinin tələbi var. Orada qeyd olunur ki, normativ hüquqi aktın layihəsi hüquqi ekspertizadan keçirilməlidir – 45.1.7-ci maddə. Amma bu keçirilməyib. Maddə 46 var. Orada da qeyd olunur ki, normativ hüquqi aktın layihəsi maraqlı dövlət orqanları ilə razılaşdırılmalıdır. Bizə Cinayət Məcəlləsi , İnzibati Xətalar Məcəlləsi ilə bağlı layihə təqdim olunub. Amma o normaları tətbiq edən nə prokurorluq, nə də Daxili İşlər Nazirıliyi ilə həmin norma razılaşdırılmayıb. Onların rəyi alınmayıb, soruşulmayıb ki, sizin fikriniz nədir, bunları bu formada dəyişmək olar, yoxsa yox. Halbuki bu Konstituiya qanununun tələbidir. Bundan başqa Konstitusiya qanununn 48-ci maddəsində qeyd olunur ki, layihə ilə yanaşı müvafiq ekspert rəyləri də Milli Məclisə təqdim olunmalıdır, o da təqdim olunmayıb. Yenə həmin Konstitusiya qanununun 50-ci maddəsində qeyd olunur ki, normativ hüquqi aktların layihələrinə dair tələblərin daxil edilməsini nəzərdə tutlan normaların qarşılıqlı ziddiyyətsizliyi təmin olunmaldıır. Və daxili strukturun məntiqliliyi olmalıdır. Tam əminliklə deyirəm ki, bu iki dəyişikliyi hazırlayan şəxslərin ümumiyyətlə normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu ilə bağlı anlayışı yoxdur. Yəni onlar heç bunu bir dəfə də oxumayıblar ki, bilsinlər layihə necə hazırlanmalıdır. Nə də onların cinayət hüququnun nəzəri əsaslarından elementar anlayışları yoxdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin istənilən müəllimini, istənilən yaxşı oxuyan tələbəsini dəvət edin, verin tanış olsun, ondan sonra siz buna əmin olacaqsınız”. Millət vəkilinin sözlərinə görə, onlar fərqində deyillər ki, söhbət nədən gedir: “Məsələn Cinayət Məcəlləsində adam öldürməyə görə, çoxsaylı cinayət əməlləri var. Məsələn, kimsə adamı milli mənsubiyyətinə görə öldürürsə bu halda cinayət əməli sülh və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir. Yəni 103-cü maddəyə görə, soyqırım cinayəti kimi nəzərdə tutulur. Məsələn, kimsə əsiri öldürürsə, bu artıq müharibə cinayətləri fəslinə daxildir. Bu tamamilə başqa bir cinayətdir. Amma orada da adamöldürmədən söhbət gedir. 120-ci maddədə qisas məqsədilə kimisə öldürürsənsə, bu artıq şəxsiyyət əleyhinə cinayətlər kimi nəzərdə tutulur, qəsdən adamöldürmə kimi tövsiyyə olunur. Yaxud 214-cü maddədə əgər yenə də sən terror aktı törədib kimisə öldürürsənsə, bu halda həmin şəxs 214-cü maddə ilə terrorçuluğa görə, məsuliyyətə cəlb olunur. Yəni ictimai təhlükəsizliyi pozmaq, dövlət orqanlarının qərar qəbul etməsinə təsir etmək məqsədilə şəxsin öldürülməsi. Buna görə söyləyirəm ki, cinayət hüququnun, Cinayət Məcəlləsinin xüsusi hissəsində qeyd olunur ki, cinayətin motiv və məqsədindən hansı ictimai münasibətlərə qəsd eməsindən asılı olaraq Cinayət Məcəlləsinin xüsusi hissəsinin normaları sistemləşdirilir. Amma indi görün bizdə nə baş verib? Biz, qəbul eləmişik ki, mövcud olan qanuna görə, qumar oyunu ictimai mənəviyyat əleyhinə olan cinayətdir. Yəni burada qəsd ümumi qəbul olunmuş əxlaq kodekslərinə zidd hərəkətin edilməsinə yönəlir. Biz lotoreya, idman və mərc oyunlarını ayırmışdıq ki, onlar iqtisadi fəaliyyət sferasında olan cinayətlərdir. Yəni bu iqtisadi, sahibkarlıq fəaliyyətidir. Kim bu qaydaları pozaraq özü idman, mərc oyunu təşkil edirdisə, onda bizim iqtisadi fəaliyyət sahəsində olan cinayətlər bölməsində ona görə ayrıca maddə var idi, 192-1-ci maddə-lotoreyaların və idman və mərc oyunlarının təşkili və keçirilməsi qaydalarının pozulması. Yəni onsuz da bunu kim pozursa, o adam məsuliyyətə cəlb olunur. İndi bizə nə təklif edirlər? Həmin bu iqtisadi fəaliyyət sahəhəsində olan bu maddənin adını dəyişib qumar oyunlarının təşkili və keçirilməsi qoyaq. Halbuki ictimai mənəviyyat əleyhinə olan cinayətlər bölməsində 244-1-ci maddə var-qumarxana təşkil etmə və saxlama. Qumarxana təşkiletmə və saxlama ilə indi mən, hörmətli deputatlar söyləsinlər, qumar oyunlarının təşkili və keçirilməsinin arasında fərq nədir? Bayaq normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa istinad elədim ki, daxil edilməsi nəzərdə tutulan normaların qarşılıqlı ziddiyyətsizliyi”.
Millət vəkili əlavə edib ki, burada çox böyük bir ziddiyyət var: “Həm də bu layihəni hazırlayan adam bilmir ki, ictimai mənəviyyat əleyhinə olan cinayət nədir, iqtisadi fəaliyyət əleyhinə olan cinayətlər nədir. Bunlar bunu tamamilə bir-birinə qatıblar. Bizdə belə idi, qumar oynamaq ictimai mənəviyyat əleyhinə olan cinayət kimi böyük ictimai təhlükə törətmədiynə görə, əvvəl bunu inzibayi hüquq pozmalar haqında Məcəlləyə inzbati xəta kimi daxil etmişdik. Amma qumarxananı təşkil etmək və saxlamağa görə, bunu daha təhlükəli olduğuna görə cinayət əməli kimi nəzərədə tutmuşduq. İndi həm lotoreya və mərc oyunlarının təşkili və keçirilməsi qaydalarını pozmaq, yəni bunu qumar oyunlarının təşkili və keçirilməsi adlandırırıq. Yəni bu nə deməkdir? Lisenziya almadan eyni sahibkarlıq fəaliyyəti ilə məşğul olursa bundan sonra onun adını artıq qumar oyunu qoyurlar. O qədər absurd bir məsələdir ki. Bunu mən ona görə söyləyirəm ki, baxmayaraq ki, komitə iclasında mən bu mövzuda geniş çıxış elədim. Fikirləşdim ki, yəqin birinci oxunuşa qədər hansısa dəyişikliklər edilər. Amma gördüm ki, birinci oxunuşda da heç bir dəyişiklik olmadı. Düzdür, birinci oxunuşda çıxış eləmədim, əleyhinə səs verdim. Amma indi yenə də vicdanım məni tərpətdi ki, ikinci oxunuşda olsa da bu məsələnin üstünə gələk. Bunu təkcə bu məsələyə görə, söyləmirəm. Mən son vaxtlar görürəm ki, belə qanun layihələri bizə daxil olmağa başlayır və təsadüfi deyildi ki, keçən iclasların birində məsələ qaldırdım ki, ölkədə qanunvericilik institutu yaradılsın. Belə bir institutun yaradılmasına ehtiyac var ki, bizim bu layihələr hərtərəfli şəkildə araşdırılmalıdır. Orada normativ hüquqi aktlar haqqında konstitusiya qanununda göstərilən ekspertizalar keçirilməlidir. Həm korrupsiyaya qarşı, həm sui-istifadəyə qarşı ekspertizlar keçirlməlidir ki, məmurlar, yaxud qanunu tətbiq edən şəxslər o boşluqlardan, o istisnalardan istifadə edib qanunvericiliyi eybəcər hala gətirməsinlər və əhalini, insanları da narazı salmasınlar. İstisna haldan istifadə edəndə, bayaq mən 441 hakimi misal çəkdim. O 441 hakimin hansı ki 5 ildən çox stajı var. Görün nə qədər hakimi narazı saldıq. Bunu ona görə söyləyirəm ki, biz, mütləq qanunvericilik institunun yaradılması barədə düşünməliyik. Mən komitə sədri Əli Hüseynliyə də müraciiət edirəm ki, həqiqətən də biz, belə məsələləri müzakirəyə çıxarmaq üçün qəbul etməməliyik. Müvafiq dövlət orqanı ilə razılaşdırılmasını tələb etməliyik. Bu konstitusiya qanununun tələbidir. Yoxdursa, o zaman komitədə müzakirəyə çıxara bilmərik. Yaxud hüquqi ekspertizadan keçməyibsə, yenə də müzakirəyə çıxara bilmərik. Bizim də tələbkarlığımız artmaldır ki, bu tipli qanun layihələri parlamentə gəlməsin”.
Əli Zülfüqaroğlu

Previous Post

“Ölkədə qanunvericilik institutu yaradılmalıdır”

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Bənzər yazılar

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

08 Noyabr 2026 - 19:30

“Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə böyük siyasi gücə çevrilib, dünya miqyasında böyük...

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21

Qələbə azadlıq kimidir, verilmir, alınır, qazanılır. Azərbaycan xalqı olaraq Qarabağ zəfərini mübaliğəsiz Prezident İlham Əliyev xalqımıza yaşatdı. Ağrılı-acılı işğal günlərində...

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

08 Noyabr 2026 - 13:30

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib. Elchi.az...

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

08 Noyabr 2026 - 12:22

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir. Elchi.az xəbər verir ki, müraciəti dövlət...

Next Post
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Son xəbərlər

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

09 Noyabr 2026 - 12:30
Sabah Bakıya yağış yağacaq

Sabahın havası açıqlanıb

09 Noyabr 2026 - 12:21
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

09 Noyabr 2026 - 12:00
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59
DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

09 Noyabr 2026 - 11:49
Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb – FAKTİKİ HAVA

Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb – FAKTİKİ HAVA

09 Noyabr 2026 - 11:32
Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub – FOTO

09 Noyabr 2026 - 11:00
Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

09 Noyabr 2026 - 10:20
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

09 Noyabr 2026 - 09:27
Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

08 Noyabr 2026 - 21:00
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08 Noyabr 2026 - 20:27
İlham Əliyev COP31-də iştirak edəcək

İlham Əliyev COP31-də iştirak edəcək

08 Noyabr 2026 - 20:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.