“Biz Qarabağda mina probleminin fərqindəyik”.
Bunu İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre “2022-2025-ci illərdə Cənubi Qafqaz regionu üzrə yeni İsveçrə Əməkdaşlıq Proqramı”nın təqdimatı ilə bağlı mətbuat konfransında Qarabağda mina problemi ilə bağlı suala cava verərkən deyib.
Səfir İsveçrə hökumətinin Qarabağdakı son hərbi əməliyyatlar başa çatandan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə regionda minatəmizləmə fəaliyyəti üçün 1,5 milyon İsveçrə frankı yardım ayırdığını söyləyib.
“Biz mina probleminin fərqindəyik. İsveçrə hökuməti Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin bu istiqamətdə humanitar sahədə fəaliyyətinə 1.5 milyon İsveç frankı yardım edib”,- deyə səfir qeyd edib.
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident...





















Son şərhlər