"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qəzet və saytların fəaliyyətinin hansı hallarda 2 ay dayandırılacağı müəyyənləşir

13 Dekabr 2021 - 13:33
in MANŞET
FacebookVatsap

Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması proseduru müəyyənləşir.

Bunu da oxuyun

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Elchi.az-ın məlumatına görə, bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə və media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıracaq.
Qanun layihəsinin 13.1-ci maddəsinə görə, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2-ci maddəyə əsasən isə abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Çap mediası və onlayn media subyektlərinə isə il ərzində 3 dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
Çap mediası subyektləri isə həmçinin dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin pozulmasına görə il ərzində 3 dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə də çap mediasının fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Layihəyə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər isə aşağıdakılardır:
– Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
– Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
– dövlət dili normalarına riayət edilməlidir;
– irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
– terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
– əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
– şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
– şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
– böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
– sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
– faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
– parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
– pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
– qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
– “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
– “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın (dövlət sirri, odlu silahın və partlayıcı maddələrin hazırlanma qaydası, narkotik vasitələrin hazırlanma və istifadə üsulları, onların qanunsuz əldə edilməsi yerləri, qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran məlumatlar, müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar, o cümlədən əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması təhdidini törədən yalan məlumatlar) yayımlanmasına yol verilməməlidir.
Qeyd edək ki, qanun layihəsinə görə, xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 faizədək olan hissəsinə sponsorluq edə bilərlər. Ancaq bu nəzərə alınmaqla, çap mediası və onlayn media subyektinin fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi aşkar edildikdə də onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
Çap mediası məhsulunda göstərilməli olan məlumatlara dair pozuntular aşkar edildikdə də onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Çap mediası məhsulunun hər buraxılışında isə aşağıdakı məlumatlar göstərilməlidir:
– adı;
– VÖEN-i;
– məsul redaktorun soyadı, adı və atasının adı;
– sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt);
– poçt indeksi;
– tirajı;
– qiyməti, “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri;
– çap mediası subyektinin və çap mediası məhsulunun istehsal edildiyi mətbəənin adı, ünvanı və əlaqə vasitələri.
Sadalanan əsaslara görə onlayn media subyektinin fəaliyyəti dayandırıldıqda bu barədə həmin media subyektinin veb-saytında məlumat yerləşdirilməlidir.
Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə və kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.

Previous Post

Qəzet və saytların fəaliyyətinin hansı hallarda 2 ay dayandırılacağı müəyyənləşir

Next Post

Sabahın hava proqnozu

Bənzər yazılar

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33

Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan...

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00

NATO-nun Baş katibi Mark Rutte Niderlandın "NPO 1" telekanalının efirində çıxış edərkən Rusiya ilə münaqişənin nizamlanması çərçivəsində Ukraynanın ərazi məsələsində...

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru İlon Mask "SpaceX"-in Ukraynaya yardım göstərməklə səhv etdiyini iddia edən bir məqalə...

ƏHD Partiyasının təbrik bəyanatı

ƏHD Partiyasının təbrik bəyanatı

06 Noyabr 2026 - 12:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə,...

Next Post
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu

Bu dərman koronaya yoluxanların ölüm riskini azaldır

Bu dərman koronaya yoluxanların ölüm riskini azaldır

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.