Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.
Elchi.az-ın məlumatına görə, bu, “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.
Qanun layihəsi bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.
Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb
"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....





















Son şərhlər