"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Putinin xəritə təklifi erməniləri niyə panikaya salıb?

03 Noyabr 2021 - 11:46
in GÜNDƏM
FacebookVatsap

Vladimir Putinin bir müddət öncə Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası üçün dəqiq xəritələrin Rusiya Baş Qərargahının arxivində saxlanıldığını deməsi erməni ekspertlər arasında birmənalı qarşılanmayıb.

Bunu da oxuyun

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Prezident Naftalana yeni icra başçısı təyin etdi

Erməni ekspert və politoloqlar Putinin məhz hansı xəritələri nəzərdə tuta biləcəyi haqda geniş müzakirələri davam etdirirlər. Məsələ burasındadır ki, sovet dövrünün ilk illərinə aid istənilən xəritə Ermənistanın Azərbaycan torpaqlarını 70 il müddətində hissə-hissə mənimsədiyini sübut edir. Buna görə də erməni politoloqlar bütün vasitələrlə xəritələri “SSRİ-nin son dönəminə” sürüməyə çalışırlar.

Ermənistanda demarkasiya və delimitasiya məsələlərinin “uzun və çətin” proses olduğunu bildirib, mümkün qədər hazırkı situasiyanı uzatmaq arzusu da özünü göstərir. Geoqraf, kartoqrafiya üzrə mütəxəssis Qriqor Beqlaryan da ümumi fikri ifadə edərək, hətta “dost” Gürcüstanla indiyə qədər bu prosesin tamamlanmadığını xatırladıb. İddia edib ki, 9 noyabrda Soçidə görüşü gözlənilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu məsələdə saziş imzalamaları belə prosesin ən qısa müddətdə başa çatacağı anlamına gəlmir.

Bu “arzunun” səbəbi isə sərhəd müzakirəsinin onillərlə davam etməsi, nəticədə gələcəkdə Ermənistanın mövqelərini gücləndirməsi perspektividir.

Bütün müzakirələrin “şah damarı” bu sualın ətrafındadır: Putinin işarə etdiyi xəritələr Ermənistanın maraqlarına nə qədər uyğundur?

Q.Beqlaryan deyib ki, 1920-ci illərin xəritələri əsas götürülərsə, problemlər yarana bilər. Başqa sözlə, o da açıq şəkildə etiraf edir ki, 1920-ci xəritələri ilə 1990-cı illərin xəritələri arasında Ermənistanın ərazisi baxımından əhəmiyyətli dərəcədə fərq var:

“Moskvadakı Mərkəzi Dövlət Hərbi-Tarix Arxivində 1920-ci illərin xəritələri var, hansı ki, onların əsas götürülməsi ideyası ortadadır. O xəritələr SSRİ rəhbərliyi tərəfindən təsdiq edilib və dövlət nəşridir. Ancaq SSRİ-nin son dövrlərindəki xəritələrdən fərqlənir”.

Erməni geoqraf bu xəritələrin Ermənistanda niyə ciddi narahatlıq doğurması məsələsinə toxunmayıb. Sadəcə, 1920-ci il xəritəsindəki Ermənistanla 1991-ci il xəritəsindəki Ermənistanın “çox fərqli” olduğunu bildirib.

“1920-ci il xəritəsi əsas götürülərsə, onda Naxçıvan necə olacaq? Axı, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibinə 1923-cü ildə daxil olub” deyə saxtalaşdırdıqları “tarixdən” istifadə etmək istəyən erməni mütəxəssis ümumiyyətlə 1920-ci ildə nə Dağlıq Qarabağın, nə də Naxçıvanın “muxtar” olduğunu “yada salmayıb”. Ona da toxunmayıb ki, niyə Naxçıvan Muxtar Respublikasının yaradılması zərurəti ortaya çıxdı. Çünki Şərqi Zəngəzurun Ermənistana bağışlanması ilə Naxçıvan Azərbaycandan ayrı düşdü və buna görə də Naxçıvana Türkiyənin qoruması altında Azərbaycanın nəzarətində saxlanılması ilə muxtar statusu verildi.

Əgər 1920-ci il xəritələri ortaya gələrsə, onda Şərqi Zəngəzur da müzakirəyə çevriləcək. Şərqi Zəngəzur Ermənistanda sovet hakimiyyətinin qurulması üçün ermənilərə verilən paydır və 1920-ci ilin ortalarına qədər bu torpaqların ermənilərə heç bir aidiyyəti yox idi.

Şərqi Zəngəzurun Ermənistana verilməsindən sonrakı tarix, Ermənistanda sovet hakimiyyətinin qurulması ilə sərhədlərinin müəyyənləşməsi gündəmə gələrsə belə, yenə Azərbaycanla Naxçıvanın quru əlaqəsini təmin edən 9 kəndin taleyinə aydınlıq gətirilməlidir. Bu kəndlər və onların əhatə etdiyi ərazilər – “otlaqlar” – 1929-cu ilə qədər Ermənistana verilib.

Ona görə ermənilər “daha pis ssenari üzrə” 1980-ci illərin sonunu götürməyi təklif edirlər. Guya bu, əslində onlara sərf etmir, ancaq “sülh naminə” razıdırlar. Səbəb də odur ki, 1980-lərin sonunda sərhədlər SSRİ tərəfindən “daha dəqiq və aydın” şəkildə əks olunub.

Bu xəritələrlə Ermənistan Qazaxın 7 kəndinin Azərbaycanla quru əlaqəsini təmin edən 3 min hektardan çox ərazinin “qoparılmasını da rəsmiləşdirmək istəyir.

Ona görə Beqlaryan deyir ki, “Azərbaycan-Ermənistan sərhədinin hər kvatratkilometrində mübahisələr var”.

Erməni mütəxəssisin iddiasına görə, SSRİ müttəfiq respublikaları “Roma qaydasında”, “parçala və hökm sür” prinsipi ilə idarə edib və sərhədlərdə çoxsaylı problemlər yaradıb.

Beqlaryan bu ifadə ilə SSRİ-nin təzyiqi ilə Azərbaycan sərhədlərinin dəfələrlə pozulduğunu təsdiqləmiş olub. SSRİ-nin bu prinsiplə yanaşdığını Ermənistan da etiraf edirsə, onda SSRİ-nin yaranmasına qədərki, ən yaxşı halda isə 1918-20-ci illərin xəritələri ilə hərəkət etmək daha yaxşıdır.

Beqlaryan “bizim üçün ən yaxşısı Böyük Tiqranın xəritələridir” deyir – söhbət qondarma, heç bir tarixi mənbədə olmayan, uydurulmuş Tiqrandan gedir – və bunu 1918-ci il xəritələrinə “alternativ olaraq”, “qeyri-ciddi” şəkildə gündəmə gətirdiyinə işarə edir.

Yəni 1918-ci il xəritələri Tiqran xəritələri kimi bir şeydir.

Onda ən idealı 1920-ci il 11 yanvarda Parisdə tanınan 3 respublikanın ərazisidir. Həmin zaman hər 3 respublika hansı ərazilərlə o dövrün ən böyük dövlətləri – o cümlədən, Fransa, Böyük Britaniya, Amerika və s. – tanıyıbsa, həmin xəritələrdən istifadə etmək olar.

Belədə heç bir problem olmayacaq və SSRİ-ni də suçlamağa ehtiyac yaranmayacaq.

Bu halda isə Ermənistan nəinki Zəngəzuru, eyni zamanda Dərələyəzi, Göyçəni də geri qaytarmalı, AXC-nin sərhədlərini qəbul etməli, 9 min kv.km ərazisinə sığınmalıdır.

Şərtlər budur, Böyük Tiqran uydurmasını 1918-20-ci illər xəritələrinin gündəmə atılmasına qarşı irəli sürən Ermənistan ən pis halda hər iki respublikanın sovetləşdiyi günün, tarixin xəritəsinə razılaşmalıdır.

Həmin xəritələr Putinin dediyi və erməniləri dəhşətli dərəcədə xoflandıran hərbi xəritələrdir…

Previous Post

Putinin xəritə təklifi erməniləri niyə panikaya salıb?

Next Post

Ərdoğan əsl qalibdir, G-20 də bunu göstərdi

Bənzər yazılar

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30 Sentyabr 2026 - 09:34

Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat...

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard ABŞ dollarından çox həcmdə investisiyanın cəlb...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58

Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam...

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

28 Sentyabr 2026 - 11:21

"Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə...

Next Post
Ərdoğan əsl qalibdir, G-20 də bunu göstərdi

Ərdoğan əsl qalibdir, G-20 də bunu göstərdi

Ərdoğan əsl qalibdir, G-20 də bunu göstərdi

Ərdoğan əsl qalibdir, G-20 də bunu göstərdi

Son xəbərlər

İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

30 Sentyabr 2026 - 18:09
Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

30 Sentyabr 2026 - 17:59
Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

30 Sentyabr 2026 - 17:40
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32
Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

30 Sentyabr 2026 - 17:25
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

30 Sentyabr 2026 - 17:20
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

30 Sentyabr 2026 - 17:12
İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

30 Sentyabr 2026 - 17:04
Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

30 Sentyabr 2026 - 16:57
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

30 Sentyabr 2026 - 16:49
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:45
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

30 Sentyabr 2026 - 16:40
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:37
Hərbçilərin əməkhaqları 22,8% artacaq

Hərbçilərin əməkhaqları 22,8% artacaq

30 Sentyabr 2026 - 16:24
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

30 Sentyabr 2026 - 16:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.