"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

BDU-da KRİMİNAL – «Zarafatcıl oğlan»ın zarafatları elmə baha başa gəlir…

29 İyul 2021 - 09:34
in XƏBƏR LENTİ
FacebookVatsap

Təəssüflə qeyd etmək lazımdır ki, ölkənin ən qocaman və nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin adı artıq elmi uğurları, qazandığı nailiyyətləri ilə xəbər başlıqlarında çəkilmir. İndi universitetin adına daha çox kriminal xəbər manşetlərində rast gəlmək mümkündür.

Bunu da oxuyun

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Baş nazirdən bu qanunla bağlı tapşırıq

Nigar Fərhad sərbəst buraxıldı

Belə ki, dünən saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.
Bildirilir ki, onları bıçaqlayan İsmixan Mirzəyev universitetdə suvaqçı-rəngsaz işləyirmiş.
Verilən məlumatlara görə dünən müşavir onu öz kabinetinə çağıraraq artıq işdən çıxarıldığını bildirib. Bundan əsəbiləşən İ.Mirzəyev müşavir stolunun üstündəki meyvə bıçağını götürərək onu bıçaqlayıb.
Bu zaman səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan Mirzəyev onu da bıçaqlayıb. Bununla bağlı cumhuriyyet.az  xəbər verir ki, E.Babayevin universitetə rektor təyinatından sonra başlanan narazılıqlar zaman-zaman özünü biruzə verib. Bir çox kafedralarda elm xadimlərinin müxtəlif vasitələrlə işdən uzaqlaşdırılması ciddi etirazlar doğurub. Ümumiyyətlə rektorun kadr siyasəti çoxsaylı insidentlərlə yadda qalıb. Görünür növbəti belə insident artıq qanlı sonluqla nəticələnib.
BDU-nun 100 illik yubileyində rektor təyin olunan Elçin Babayevin yarıtmaz idarəçiliyi qocaman elm ocağını acınacaqlı duruma salıb. Ölkənin ən nüfuzlu elm xadimlərinin çalışdığı, zəngin ənənlərə malik, ictimai-siyasi proseslərə yön verən BDU bu gün qohumbazlığın, tayfabazlığın, özbaşnalığın hökm sürdüyü sıradan bir təşkilata çevrilib. Elmlə yaxından uzaqdan heç bir əlaqəsi olmayan, amma rektorun yaxın çevrəsinə daxil olan qohumları, dostları, sevdikləri BDU-da yüksək vəzifələrə gətiriliblər. Həmçinin saytımıza verilən məlumata görə kürəkəni, həyat yoldaşının baldızı, digər qohumları BDU-da yüksək vəzifələrlə “mükafatlandırılıblar”. Cumhuriyyet.az xatırladır ki, universitetdə ciddi narazılıq doğuran bu “kadr islahatları” nəticəsində qohumlardan ibarət komanda formalaşdırılıb. Verilən məlumatlara görə, “kadr islahatları” adı altında uzun illər universitetdə çalışan insanlar kütləvi şəkildə işdən azad olunublar. Əvəzində isə ümumiyyətlə təhsilə yaxından-uzaqdan bağlılığı olmayan insanlar BDU-da yüksək postlara gətirilib. Təsəvvür edin ki,əvvəllər bulvar idarəsində işləmiş yaxın adamını BDU-da yüksək posta təyin edib . Bu siyahıya polis əməkdaşı, maliyyə idarəsinin işçisi, telefon meneceri, metropoliten əməkdaşını da əlavə etsək BDU-nun “elmi potensialının” hansı vəziyyətdə olduğu aydın olar.
Elçin Babayevin BDU-nun rektoru təyin olunduğu vaxtdan indiyə qədər  Universitetdə söz-söhbətlərin, narazılıqların miqyası durmadan artmaqdadır. Təsadüfi deyil ki, elə ilk gündən bu təyinatla bağlı icitimai rəy müsbət olmamışdı. Çünki BDU ölkənin ən nüfuzlu ali təhsil ocağı olduğundan onun başında hər zaman ölkənin ən tanınmış alimləri – akademiklər, professorlar durub. Məhz orta səviyyəli bir fəlsəfə doktorunun bu qocaman elm ocağına rəhbər təyinatından sonra hazırki acınacaqlı vəziyyət yaranıb.
Uzun illərdir ki, akademiya sistemində işləyərək özünə doktorluq dissertasiyası belə yazmaq qabiliyyətində olmayan birisinin ölkənin ən sanballı elm adamlarının cəm olduğu belə bir elm və təhsil ocağına rəhbərlik etməyə nə gücü, nə də haqqı çatır. O, özündən həm yaşca, həm də başca çox-çox üstün olan insanlarla elm və təhsilin aktual problemləri barədə söhbət apara, onları idarə edə bilərmi ? Baş verənlər göstərir ki, bu mümkün deyil və nəticədə universitetdə narazılıqlar durmadan artır.
Universitetdə çalışan elm adamlarının bildirdiyinə görə E.Babayevin Universitetə gətirdiyi yeganə “yenilik” yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dönəmdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsullarıdır ki, onu da artıq  tətbiq edib. Göründüyü kimi E.Babayev sanki BDU-nu çökdürmək, elmi potensialını məhv etmək üçün çaba sərf edir. 100 il ərzində toplanan təcrübə, elmi potensial bir il ərzində məhvə məhkum edilib. Azərbaycanımızın fəxri hesab edilən ali təhsil ocağı restoran şəbəkəsinə, qohumların ailə biznesinə çevrilib. E.Babayev tez-tez publika önündə özünü “zarafatcıl oğlan” kimi təqdim etməkdən zövq alır. Amma,onun Azərbaycan elmi ilə etdiyi bu zarafat bizə çox baha başa gələ bilər. Bu işlə zarafat etmək olmaz,cənablar…

Previous Post

BDU-da KRİMİNAL – «Zarafatcıl oğlan»ın zarafatları elmə baha başa gəlir…

Next Post

Bənzər yazılar

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29

Berlinin əyalət şəbəkəsinə genişmiqyaslı kiberhücumun arxasında hakimiyyətdən 30 bitkoin (təxminən 2 milyon avro) tələb edən və imtina ediləcəyi təqdirdə oğurlanmış...

Baş nazirdən bu qanunla bağlı tapşırıq

Baş nazirdən bu qanunla bağlı tapşırıq

28 Avqust 2026 - 14:44

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı bir...

Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

28 Avqust 2026 - 14:30

Ötən gün polis tərəfindən saxlanılan Nigar Fərhad sərbəst buraxılıb. Elchi.az lent.az-a istinadla xəbər verir ki, prokurorluq onun həbsinə sanksiya verməyib...

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

28 Avqust 2026 - 13:57

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi...

Next Post

Rus qoşunları sərhədə gəlir: Bakının strateji manevrləri

Son xəbərlər

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

28 Avqust 2026 - 19:01
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

28 Avqust 2026 - 18:54
Xaricdə təhsil üzrə sənəd qəbulu başladı

ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib

28 Avqust 2026 - 18:43
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 18:37
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

28 Avqust 2026 - 18:25
Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

28 Avqust 2026 - 18:13
Şəhid övladları İzmirdə “IV Kosmik Düşərgə”də iştirak ediblər

Şəhid övladları İzmirdə “IV Kosmik Düşərgə”də iştirak ediblər

28 Avqust 2026 - 17:56
Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

28 Avqust 2026 - 17:44
Suriya vilayətində partlayış: İki nəfər həlak olub

Suriya vilayətində partlayış: İki nəfər həlak olub

28 Avqust 2026 - 17:35
“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaş qəbulu keçirdi

28 Avqust 2026 - 17:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.