"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prezident Rusiyadan Ermənistana silah qaçaqmalçılığından danışdı

20 Aprel 2021 - 21:19
in XƏBƏR LENTİ
FacebookVatsap

Müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilib.

Bunu da oxuyun

MN nümayəndə heyəti Bolqarıstana səfər edib

Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib

Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində deyib.Dövlət başçısı bildirib ki, Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılıb.

“Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, – reyslərin nömrələrini də vermişdik, yazmışdıq, – bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar – həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar.

Yəni, biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır”, – deyə Prezident vurğulayıb.

Previous Post

Prezident Rusiyadan Ermənistana silah qaçaqmalçılığından danışdı

Next Post

Prezident: Rusiya MN-in “İsgəndər”lə bağlı cavabı bu oldu

Bənzər yazılar

MN nümayəndə heyəti Bolqarıstana səfər edib

MN nümayəndə heyəti Bolqarıstana səfər edib

19 Noyabr 2026 - 10:40

Azərbaycan və Bolqarıstan müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin İdeoloji Təminat İdarəsinin...

Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib

Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib

18 Noyabr 2026 - 23:59

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasnda telefon danışığı...

Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb

Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb

18 Noyabr 2026 - 22:45

Azərbaycanda 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. Bu barədə  Elchi.az - a Daxili İşlər...

ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir

ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir

18 Noyabr 2026 - 22:43

ABŞ hərbçiləri İrandan yola düşən istənilən gəminin dənizdə yük qəbul etməsini dəniz blokadasını yarmaq cəhdi kimi qiymətləndirəcək. Elchi.az  "Ynet"ə istinadən...

Next Post

Prezident: Rusiya MN-in “İsgəndər”lə bağlı cavabı bu oldu

Prezident: Rusiya MN-in “İsgəndər”lə bağlı cavabı bu oldu

Son xəbərlər

Azərbaycan Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradı

Azərbaycan Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradı

19 Noyabr 2026 - 14:26
NYT: Tramp İrana qarşı yeni hücum planını nəzərdən keçirir

NYT: Tramp İrana qarşı yeni hücum planını nəzərdən keçirir

19 Noyabr 2026 - 12:24
Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb

Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb

19 Noyabr 2026 - 12:01
Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik

Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik

19 Noyabr 2026 - 11:50
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək

Sabah respublika üzrə pensiyalar tam ödəniləcək

19 Noyabr 2026 - 11:36
Zelenski: ABŞ və Çin Rusiyanı münaqişəyə son qoymağa məcbur edə bilər

Zelenski: ABŞ və Çin Rusiyanı münaqişəyə son qoymağa məcbur edə bilər

19 Noyabr 2026 - 11:27
Hürmüz boğazında üç neft tankeri dəniz minalarına düşüb

Hürmüz boğazında üç neft tankeri dəniz minalarına düşüb

19 Noyabr 2026 - 11:15
Çin və ABŞ liderləri APEC Sammitində görüşdülər

Çin və ABŞ liderləri APEC Sammitində görüşdülər

19 Noyabr 2026 - 11:08
Azərbaycanda dövlət orqanlarının kibertəhlükəsizliyi ilə bağlı yeni qaydalar hazırlanacaq

Azərbaycanda dövlət orqanlarının kibertəhlükəsizliyi ilə bağlı yeni qaydalar hazırlanacaq

19 Noyabr 2026 - 10:55
Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Hacıqabulda zəlzələ olub

19 Noyabr 2026 - 10:49
MN nümayəndə heyəti Bolqarıstana səfər edib

MN nümayəndə heyəti Bolqarıstana səfər edib

19 Noyabr 2026 - 10:40
DYP aeroport yolunda təmirlə bağlı hərəkət iştirakçılarına müraciət edib

DYP aeroport yolunda təmirlə bağlı hərəkət iştirakçılarına müraciət edib

19 Noyabr 2026 - 10:32
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib

19 Noyabr 2026 - 10:23
Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub

19 Noyabr 2026 - 10:16
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib

Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib

19 Noyabr 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.