"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatdı

08 İyun 2020 - 09:41
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanın iri rayon və şəhərlərində iki günlük tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatıb.

Bunu da oxuyun

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

Elchi.az xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi bu gün saat 06:00-da bitib.

Qeyd edək ki, iyunun 4-də Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.

Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Həmin müddət ərzində sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə biliblər.

Yaşayış yerini icazəsiz tərk edərək sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanlara qarşı tədbirlər görülüb.

Eyni zamanda bu müddət ərzində Bakı Metropoliteni bağlanıb. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda sərnişindaşımalar tam dayandırılıb.

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilib:

– Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

– xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

– sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

– kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

– elektrik enerjisinin istehsalı və təchizatı;

– meliorasiya və su təsərrüfatı;

– rabitə xidmətləri;

– teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

– dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

– boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

– fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

– neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

– fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilib.

Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənib.

Previous Post

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatdı

Next Post

Yasamalda polisə zibil atılan binada əməliyyat keçirildi — VİDEO

Bənzər yazılar

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 23:23

Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat...

Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Milli...

Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

25 Sentyabr 2026 - 18:44

Ədliyyə naziri Fərid Əhmədov 2 oktyabr tarixində Xankəndi şəhərində Laçın, Şuşa, Ağdərə, Xocalı, Xocavənd rayonlarının və Xankəndi şəhərinin sakinlərini qəbul...

Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

25 Sentyabr 2026 - 18:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün sentyabr ayının müavinət, təqaüd və ünvanlı...

Next Post
Yasamalda polisə zibil atılan binada əməliyyat keçirildi — VİDEO

Yasamalda polisə zibil atılan binada əməliyyat keçirildi — VİDEO

Yasamalda polisə zibil atılan binada əməliyyat keçirildi — VİDEO

Yasamalda polisə zibil atılan binada əməliyyat keçirildi — VİDEO

Son xəbərlər

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

25 Sentyabr 2026 - 23:28
ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

25 Sentyabr 2026 - 23:27
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

25 Sentyabr 2026 - 23:25
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 23:23
Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25 Sentyabr 2026 - 20:49
Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

25 Sentyabr 2026 - 20:47
AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

25 Sentyabr 2026 - 20:44
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2026 - 20:41
Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

25 Sentyabr 2026 - 20:40
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

25 Sentyabr 2026 - 20:22
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

25 Sentyabr 2026 - 20:20
Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

25 Sentyabr 2026 - 19:09
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.