Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin icra başçısı Vilyam Hacıyevin həbsinin görüntülərini yayıb.
Aktual.az xəbər verir ki, mayın 5-də məhkəmənin qərarı əsasında DTX tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı V.Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA
Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat...





















Son şərhlər