"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

YAS MƏRASİMLƏRİNDƏ YEMƏK VERİLMƏSİ QADAĞAN OLUNUR… – Qanunda şok dəyişikliklər

29 Avqust 2019 - 16:58
in CƏMİYYƏT
FacebookVatsap

Rəsmi qəzetlərdə başsağlıqlarının dərci dayandırılacaq, yas mərasimlərində iştirakdan tutmuş, ehsan süfrəsinə kimi yeni qaydalar tətbiq ediləcək

Bunu da oxuyun

Rəqəmsal inkişafda yeni dövr

Sabahın hava proqnozu: Bəzi ərazilərdə yağış və şimşək gözlənilir

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib

“Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsində nələr var?

Milli Məclisin payız sessiyasının ilk iclası 30 sentyabrda başlayacaq. Daxili Nizamnaməyə əsasən, plenar iclaslara həmin tarixdən etibarən start verilsə də, sentyabrın ilk günlərindən etibarən komitələrin toplantıları keçiriləcək. Qarşıdakı sessiyada müzakirə olunacaq qanun layihələri ilə bağlı təfsilatlar hələ bəlli olmasa da,  maraqlı məlumat yayyılıb.

Məlumata görə, payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsi müzakirəyə təqdim ediləcək. Üstəlik, layihəyə çox mühüm və olduqca maraqlı düzəlişlərin ediləcəyi bildirilir. Xatırladaq ki, sözügedən qanun layihəsi ilə bağlı hələ 2018-ci ilin payız sessiyasında anons edilmişdi. O zaman bildirilmişdi ki, İctimai birliklər və dini qurumlar komitəsi, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi layihəni birgə müzakirəyə çıxaracaq. Ancaq nədənsə layihədən səs-soraq çıxmadı və onun müzakirə olunmamasının səbəbləri də açıqlanmadı. Bəzi mənbələr layihə ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu bildirsələr də, bu, təsdiqlənmədi. Xatırladaq ki, o zaman yayılan məlumatlarda yeni qanun layihəsinin hazırda qüvvədə olan, 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” Qanunu əvəz edəcəyi bildirilirdi. Yeni qanun layihəsinin parlamentin 2019-cu il yaz sessiyasında plenar müzakirəyə çıxarılacağı deyilsə də, bu, baş vermədi. Belə görünür  ki, qanun layihəsinin “bəxti açılıb” və müzakirəyə təqdim ediləcək.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov “Yeni Müsavat”a eksklüziv açıqlamasında ilginc məlumatlar verib. Bildirdi ki, yenidən üzərində işlənilən qanun layihəsində yeniliklər olacaq. Bu sıraya rəsmi mətbuatda ənənəvi olaraq rast gəldiyimiz, başsağlıqlarının yığışdırılması məsələsi də daxildir. “Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır” – deyə, komitə sədri bildirdi.

S.Novruzov indiyə qədər tətbiq olunan qaydaların yığışdırılması zərurətindən də danışdı: “Yazılır ki, filankəs ölüb. Allah rəhmət eləsin! Ölüb, ölüb də. Rəsmi adamdırsa, bu, başqa məsələ. Dövlət başçısı buna başsağlığı verir. Necə ki, haradasa zəlzələ, yaxud başqa ağır hadisə baş verəndə, çoxsaylı insan tələfatı olanda dövlətlərin başçıları bir-birinə başsağlığı verirlər, bu, başqa şeydir. Ya da Azərbaycanın hansısa dövlət xadimi və ya mədəniyyət-incəsənət xadimi rəhmətə gedəndə dövlət başçısı bununla bağlı başsağlığı verir, nekroloq imzalayır. Bunlar fərqli məsələdir. Amma birinin qayınanası, qayınatası ölüb, Allah rəhmət eləsin, başsağlığı yarışı başlayır, qəzetin bir hissəsi belə şeylərə sərf olunur. Başsağlıqları növbəyə düzülür. Zəng elə, başsağlığı ver, daha bunu başqasına niyə elan edirsən ki? İndi biz istəyirik bunu qanuni formaya salaq”.

S.Novruzov dedi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər payız sessiyasında müzakirəyə təqdim oluna bilər: “Çalışacağıq ki, bu məsələləri qanuna daxil edək”.

Komitə sədri digər dəyişikliklərin də anonsunu verdi: “Deyək ki, haradasa yas məclisidir, amma insanlar işləyirlər, iş vaxtıdır. Maksimum müddət 10 dəqiqə olmalıdır. Gəldin, başsağlığı verdin, dur, get! Sən gəlib iki saat oturursan yas məclisində... Bəziləri dövlət məmuru, icra başçısı, polis rəisləridir, onların o qədər işi var ki. Əlacsızlıqdan gəlirlər, orada otururlar. Tez gedəndə deyirlər niyə məclisi tez tərk elədi? Belə şeylərlə insanların vaxtını almaq olmaz. İstəyirik ki, bütün bunların hamısını qanuna daxil edək və bu məsələlər birdəfəlik öz həllini tapsın”.

Milli Məclisin komitə sədri keçən il parlamentə göndərilən “Dini etiqad azadlığı haqqında” Qanunun nədən yaz sessiyasının müzakirəyə çıxarılmamasına da aydınlıq gətirdi: “Biz qanun layihəsinə baxdıq. Orada bütün məsələlər tam əksini tapmamışdı. Müəyyən məsələlər var ki, onlar layihədə əks olunmalı, həmin məsələlər öz həllini tapmalıdır. İndi layihənin üzərində iş gedir. Yəqin ki, payız sessiyasında qanun layihəsini işləyib, qəbul edəcəyik”.

siyavuş novruzov ile ilgili görsel sonucu

YAP funksioneri qanun layihəsi ilə bağlı Milli Məclisin müvafiq komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında fikir ayrılığının olması haqda iddiaları təkzib etdi: “Biz hamımız qanun layihəsini birlikdə işləyib hazırlayırıq ki, yekunda qəbul olunacaq qanun insanların xeyrinə olsun. Yəni məsələlər həllini elə tapsın ki, insanlar xurafatdan uzaq olsun, inanclı insan öz inancı ilə hərəkət etsin, xurafatla yox”.

Qeyd edək ki, Azərbaycanda “ehsan qadağası”nın tətbiqindən 5 il zaman keçir. Ölkəmizdə yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başladı, ehsan süfrələrinin açılmaması tövsiyə olundu. Hətta bəzi yerlərdə qadağaya riayət edilməməsi ilə əlaqədar sərt tədbirlərə əl atıldı. Bir müddət bu sahədə normal durum yaransa da, sonradan ənənəvi vəziyyət bərpa olunmağa başladı.

yas məclislərində yemək verilməsi ile ilgili görsel sonucu

S.Novruzov dedi ki, bu məsələ də gündəmdədir: “Bu da bizim nəzərimizdədir. Bəzi yerlərdə məsələlər həllini tapıb. Məsələn, Naxçıvan Muxtar Respublikasında bu məsələ bütövlükdə həll olunub və artıq ənənə şəklini alıb. Bir dəfə ehsan verilir, o da 3 mərasimində, özü də bir saat müddətində. Həmçinin orada bir cür yemək ola bilər. Meyvə, digər nemətlər masaya qoyula bilməz. Ehsan masasında çay, limon, xurma, halva ola bilər. Bunlar da ehsan sayılır. Azərbaycanın bəzi ərazilərində də məsələlər yoluna qoyulub. Amma bəzi yerlərdə bu ənənəni pozurlar. Yəqin ki, biz bu kimi hallarla mübarizə məqsədilə addımlar atacağıq. Xüsusilə Bakı şəhərində. Elə yerlər var ki, qazanc məqsədilə istifadə edirlər və insanlar arasında fərq yaranır. Hansı ki, insanlar arasında fərq olmamalıdır, hamı bərabərdir”.

Komitə rəhbəri qəbiristanlıqlardakı başdaşları ilə bağlı Nazirlər Kabinetinin qərarının olduğunu da vurğuladı: “Nümunəvi qəbiristanlıqların salınması ilə əlaqədar qərar verilib. Biz bunu qanun kimi qəbul etmək istəyirdik, sonra məsləhət oldu ki, Nazirlər Kabineti qərar versin. Çünki o yerləri Nazirlər Kabineti ayırır. Beləliklə, Nazirlər Kabineti qərar verdi. Şəhidlərin, Fəxri Xiyabanda dəfn olunanların məzarlarını çıxmaq şərtilə, digər qəbiristanlıqlarda məzar daşları eyni ölçüdə olmalı, nömrələnməli, kitaba işlənməlidir. İmkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələr həyata keçirəcək”.

Toy mərasimlərindəki ifratçılığa gəldikdə, S.Novruzov dedi ki, o, toy mərasimlərinə baxmır, bununla Sosial siyasət komitəsi məşğul olur.

Previous Post

YAS MƏRASİMLƏRİNDƏ YEMƏK VERİLMƏSİ QADAĞAN OLUNUR… – Qanunda şok dəyişikliklər

Next Post

Azercell-in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

Bənzər yazılar

Rəqəmsal inkişafda yeni dövr

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 - 13:04

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası Azərbaycanın...

Sabahın hava proqnozu: Bəzi ərazilərdə yağış və şimşək gözlənilir

Sabahın hava proqnozu: Bəzi ərazilərdə yağış və şimşək gözlənilir

04 İyul 2026 - 12:50

İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,...

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib

04 İyul 2026 - 12:15

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Şabran rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib. Bu...

Şeyxülislam Allahşükür Paşazadə I Beynəlxalq İslam Forumunda iştirak edəcək

Şeyxülislam Allahşükür Paşazadə I Beynəlxalq İslam Forumunda iştirak edəcək

04 İyul 2026 - 11:40

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 6-da Özbəkistana səfərə gedəcək. Bu barədə Elchi.az-a QMİ-dən bildirilib. Məlumata görə,...

Next Post
Azercell-in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

Azercell-in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

Azercell-in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

Azercell-in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

Son xəbərlər

“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib

“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib

04 İyul 2026 - 13:14
Rəqəmsal inkişafda yeni dövr

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 - 13:04
Sabahın hava proqnozu: Bəzi ərazilərdə yağış və şimşək gözlənilir

Sabahın hava proqnozu: Bəzi ərazilərdə yağış və şimşək gözlənilir

04 İyul 2026 - 12:50
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib

04 İyul 2026 - 12:15
Fransa millisi Paraqvayla oyun öncəsi aparıcı futbolçusunu itirdi

Fransa millisi Paraqvayla oyun öncəsi aparıcı futbolçusunu itirdi

04 İyul 2026 - 12:00
Şeyxülislam Allahşükür Paşazadə I Beynəlxalq İslam Forumunda iştirak edəcək

Şeyxülislam Allahşükür Paşazadə I Beynəlxalq İslam Forumunda iştirak edəcək

04 İyul 2026 - 11:40
Yasamalda yaşayış evində partlayış oldu: Ölən və yaralanan var

Yasamalda yaşayış evində partlayış oldu: Ölən və yaralanan var

04 İyul 2026 - 11:24
Xameneinin baş hərbi müşaviri: İsraili məhv edəcəyik

Xameneinin baş hərbi müşaviri: İsraili məhv edəcəyik

04 İyul 2026 - 11:10
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur

Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur

04 İyul 2026 - 10:50
Dövlət başçısı: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar

Dövlət başçısı: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar

04 İyul 2026 - 10:41
İlham Əliyev Donald Trampı təbrik edib

İlham Əliyev Donald Trampı təbrik edib

04 İyul 2026 - 10:37
Ukrayna Sankt-Peterburqda neft terminalını vurdu

Ukrayna Sankt-Peterburqda neft terminalını vurdu

04 İyul 2026 - 10:21
Əlahiddə Ümumqoşun Ordusunda növbəti təlim toplanışı başa çatdı – VİDEO

Əlahiddə Ümumqoşun Ordusunda növbəti təlim toplanışı başa çatdı – VİDEO

04 İyul 2026 - 10:08
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib

Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib

03 İyul 2026 - 22:53
“Geopolitical Monitor”: Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur

“Geopolitical Monitor”: Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur

03 İyul 2026 - 22:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.