Şimali Koreya rəsmiləri bildiriblər ki, ABŞ-ın düşmən siyasəti Koreya Xalq Demokratik Respublikasını (KXDR) özünün müdafiəsini gücləndirilməsi üzrə əks tədbirlər görməyə məcbur edir.
“Report”un məlumatına görə, bu barədə “Nodon sinmun” qəzeti məlumat yayıb.
“Əgər gərginlik və ziddiyyət artsa, münasibətlər yaxşılaşa bilməyəcək, konstruktiv dialoq və möhkəm sülh olmayacaq”, – deyə qəzet hökumət rəsmilərindən sitat gətirib.
Həmçinin qeyd edilir ki, ABŞ-ın və Cənubi Koreyanın birgə təlimləri düşmənçilik nümunələrindən biridir.
“Beləliklə, Pxenyan milli müdafiə üçün lazım olan hazırlığa, sınağa və güclü vasitələri inkişaf etdirməyə məcbur edilib”, – deyə əlavə edilib.
Daha əvvəl KXDR Cənubi Koreyanın ABŞ-la birgə hərbi təlimlər keçirməsini “ağılsızlıq” adlandıraraq, bunun nəticələrinin ağır ola biləcəyini qeyd edib.
Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə...





















Son şərhlər