"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

G-20-nin Osaka sammiti və neft qiymətləri – Azərbaycan bundan necə təsirlənə bilər?

01 İyul 2019 - 15:33
in İQTİSADİYYAT
FacebookVatsap

Mürvət Həsənli,
ADAM sədri

Bunu da oxuyun

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Ötən həftə dünya bazarında neftin qiymətlərinin tərəddüdlü dalğalanmaları ilə yadda qaldı. Həftənin əvvəlində hardasa 67 dollara qədər yüksələn Brent markalı neft həftənin sonlarına doğru yenidən enişə başladı. İyun ayının son həftəsinin axırıncı iş günündə isə 64.03 dollara qədər gerilədi.

Bənzər gəlişmələr WTI markalı xam neftdə də özünü göstərdi. İyunun 24-də 56.92 dollara enən WTI markalı xam neft elə həmin gün 60 dollaraqədər yüksəldi. Daha sonra yenidən aşağı düşən WTI həftəni 57.77 dollarla tamamladı.

Mütəxəssislər bu ziqzaqlı qiymət dəyişikliyini bir neçə səbəblə əlaqələndirirlər. Bu səbəbləri əsasən iki qrupa bölmək olar:

Əvvəl yaşanan qiymət artımı;

Sonradan başlayan ucuzlaşma.

Həftənin əvvəlində qiymət artımına yol açan səbəblərindən biri Bəsrə körfəzində yaşanan ABŞ-İran gərginliyi ilə bağlıdır. Məlum olduğu kimi, ayın 20-də korfəz suları üzərində ABŞ-ın 120 milyon dollarlıq pilotsuz təyyarəsi vurulmuş, Vaşinqton bu təxribatda İranı günahlandırmışdı. ABŞ prezidenti Donald Tramp İranı sərt dillə tənqid etmiş, mətbuata sızdırılan məlumatlara görə, hətta bu ölkəyə hərbi müdaxilə barədə qərar qəbul etmişdi. Daha sonra öz qərarından vaz keçən Tramp iyunun 24-də İrana qarşı embarqoları genişləndirməklə kifayətlənmişdi.

Trampın bu addımları barədə məlumatların mətbuata sızdırılmasının neft bazarından da yan ötməyəcəyi, müəyyən dalğalanmalar yaradacağı gözlənilən idi. Necə ki, dünya neft hasilatının 40%-ə qədərinin cəmləşdiyi Bəsrə körfəzində yaşanacaq hərbi gərginliyin qlobal iqtisadiyyatda ciddi problemlər yaradacağı ehtimalı istər-istəməz qiymətlərin artmasına yol açmışdı.

Bununla belə, bir neçə gün sürən bahalaşmanın kritik həddə çıxmadığı da ortadadır. Qiymət artımının cəmi 3% civarında qalması İrana hərbi müdaxilə ediləcəyinə şübhə ilə yanaşıldığını göstərir. Görünən budur ki, Trampın ikinci addımı – İrana qarşı embarqoları genişləndirmək siyasəti də qlobal neft maqnatları tərəfindən ciddi təzyiq kimi qəbul edilməmişdi. Əks təqdirdə, neftin qiymətləri daha çox bahalaşa bilərdi.

Qiymət artımına səbəb olan digər amil ABŞ-ın neft hasilatı ilə birbaşa əlaqədardır. Bilindiyi kimi, ötən ildən etibarən, yeni şist nefti quyuları qazan və hasilatını artıran ABŞ dünya neft istehsalçıları arasında ilk sıraya yüksəlmişdi. ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) son hesabatına görə, bu ölkə son 10 ildə neft hasilatını 2 dəfə artırmışdır və hazırda gündə 12 milyon barreldən çox neft hasil edir. Bu da qlobal neft bazarında ABŞ-ın çəkisini artırır, əsl söz sahiblərindən birinə çevirir.

Di gəl ki, son zamanlar ABŞ-ın neft ehtiyatlarında və hasilatında daralmalar müşahidə olunmaqdadır. Enerji İnformasiya İdarəsinin son hesabatına əsasən, ABŞ-ın neft ehtiyatları ötən həftə 12.8 milyon barrel (2.7%) azalmışdır. Ötən həftə ABŞ-ın neft hasilatı da 92 min barrel azalaraq, gündəlik 12.1 milyon barrelə düşmüşdür. Bu da qlobal neft bazarında tələbin təklifi üstələməsilə nəticələnmiş və qiymətlərin yüksəlməsinə zəmin hazırlamışdır.

Sual oluna bilər: Bəs, sonradan yaşanan ucuzlaşmaya hansı amillər səbəb olmuşdur?

Ucuzlaşmaya yol açan başlıca səbəb yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının real olmaması ehtimalı ilə bağlı idi. Mütəxəssislərin fikrincə, Trampın son sanksiyaları simvolik xarakter daşıyır. Baxmayaraq ki, budəfəki sanksiyaları genişləndirmək qərarına İran dini liderinin və İslam İnqilabı Keşikçiləri Korpusunun bəzi səlahiyyətlilərinin adları salınmışdı. Amma ilk baxışdan xeyli cürətkar görünən sanksiya qərarında əslində yeni heç nə yox idi; əvvəlki sanksiyalarda da konkert adlar çəkilməsə belə, eyni şəxslər hədəfə alınmışdılar. Bu baxımdan ABŞ prezidentinin İrana qarşı hərbə-zorbaları real müharibə təhlükəsindən çox, psixoloji savaş təəssüratı yaradırdı.

Mütəxəssislər Trampın İrana hərbi müdaxilə qərarından son anda vaz keçməsinin də səbəbsiz olmadığına inanırlar. Onların fikrincə, Trampın geri çəkilməyə vadar edən amil regional güc mərkəzlərinin təpkisi ilə üzləşmək ehtimalı idi. Belə ki, ABŞ-İran gərginliyinə seyrçi qalan Rusiya və Çinin hərbi müdaxiləyə də eyni möqvedən yanaşacağını düşünmək sadəlövhlük olardı. Gərginliyi öz geopolitik maraqlarına uyğunlaşdıran region dövlətləri real müharibə ehtimalında isə İranın yanında dayana bilərlər.

Xüsusilə Kreml bu gərginlikdə ona görə maraqlıdır ki, ABŞ-a qarşı özünün müdafiə gücünü artırmağa çalışan İrana xeyli silah sata biləcəyini düşünür.

Üstəlik, İranın Suriyadan sıxışdırılıb çıxarılması da Rusiyanın xeyrinədir. İndiyə qədər Suriyada eyni səngərdə olsalar da, İranın Yaxın Şərqdəki nüfuzu Kremli də narahat edir.Bu iki müttəfiq arasında Suriyaya və İraqa nəzarət uğrunda gizli mübarizə yaşanır və bəzən fərqli geopolitik maraqlar su üzünə çıxır, zaman-zaman onları qarşı-qarşıya gətirir. Bir müddət əvvəl Suriyada rus əsgərləri ilə İran hərbçiləri arasında silahlı insidentlərin yaşandığına dair məlumatların mətbuat səhifələrində öz əksini tapması da müttəfiqlərin bölgəni bölüşə bilmədiklərini sübut edir. ABŞ-ın embarqoları İranın iqtisadi gücünü zəiflədəcəyindən onu öz qınına çəkilməyə vadar edə bilər ki, bu da Rusiyanın geostrateji maraqlarına tamamilə uyğundur.

Fəqət ABŞ-ın İrana hərbi müdaxiləsinə Rusiyanın eyni təmkinlə yanaşacağını söyləmək çətindir. Əksinə, ABŞ-ın İrana hərbi müdaxiləsini fürsət bilən Rusiya cənub qonşumuzun çağırışı ilə proseslərə daxil ola bilər. Eynilə Suriyada olduğu kimi, Rusiyanın hərbi qüvvələrini İrana göndərməsi neftlə zəngin Yaxın Şərq bölgəsinə nəzarətin tamamilə Rusiayanın əlinə keçməsi ilə nəticələnər. Beləcə, Kreml həm də ən böyük imperial hədəfini – isti dənizlərə yiyələnmək şansını reallaşdırar, Bəsrə körfəzinin isinməsi isə neft qiymətlərinin kəskin artışına səbəb olar və sənayə dövlətlərini, xüsusilə Avropanı rus hidrokarbogen ehtiyatlarından daha asılı vəziyyətə salar. Nəticədə dünyanın bütün su hövzələrinə sahiblik prinsipi üzərində qurulan ABŞ-ın dünya hegemonluğu ciddi şəkildə sarsılar.

Məhz bu ehtimallara səbəbiyyət verməmək naminə ABŞ İranı diz çökdürmək üçün hərbi müdaxilələrdən qaçır, öz ənənəvi sanksiyaları ilə istəyinə nail olmağa çalışır. Qlobal neft maqnatları da Trampın boş çəllək səsi çıxartdığını anladığından onun təhdidlərinə əhəmiyyət vermirlər. Təsadüfi deyil ki, ABŞ-İran gərginliyi özünün kulminasiya nöqtəsinə yüksəldiyi halda, nəinki bahalaşma müşahidə olunmur, əksinə, getdikcə qiymətlər ucuzlaşır.

Ucuzlaşmanın digər səbəbi isə Tramp hakimiyyətə gələndən sonra ABŞ-Çin arasında yaşanan ticarət savaşından qaynaqlanır. Bu ticarət savaşının istər ABŞ, istərsə də Çin iqtisadiyyatında istehsal durğunluğu yaradacağı ehtimalı neft bazarına da öz təsirini göstərir. Qeyd edək ki, bir müddət əvvəl bu savaş xeyli səngisə də, Yaponiyada keçirilən son G-20 sammiti ərəfəsində Trampın Çinlə ticari əlaqələr barədə söylədiyi ümidqırıcı sözlər neft qiymətlərinin ucuzlaşmasını tətiklədi. Sammit öncəsi “Fox Business”-ə verdiyi müsahibədə ABŞ prezidenti demişdir: “Mənim B planım milyardlarla dollara başa gələcək və Çin ilə çox daha az iş qurulacaq”.

O, həmçinin vurğulamışdı ki, Çin Prezidenti Xi Jinping ilə şənbə günü G-20 sammiti çərçivəsində Yaponiyada keçirəcəyi toplantıdan hər hansı irəliləyiş olmasa, gömrük tariflərini yenidən artıracaq. Dünya bazarında neftin qiymətlərinin məhz bu çıxışdan sonra ucuzlaşması təsadüfi deyil.

Göründüyü kimi, neftin qiymətlərində son dəyişikliklər heç də iqtisadi səbəblərdən yox, geopolitik gərginliklərdən qaynaqlanır. Böyük dövlətlərin liderlərinin istənilən sərt fikirləri bu sahədə ciddi dalğalanmalara yol açır.

Bəs, qiymətlərdəki bu ziqzaqlı hərəkətlənmələr Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?

Zənnimizcə, bu sualın cavabı neftin qiymətlərinin bundan sonra necə ola biləcəyi müəmması ilə bağlıdır. Sözsüz ki, ucuzlaşma bu şəkildə davam edərsə, itirən dövlətlərdən biri də Azərbaycan olacaq. Ən azı ona görə ki, builki dövlət büdcəmizin yarısının neft gəliri hesabına formalaşacağı proqnozlaşdırılıb. Neftin qiymətləri indiki səviyyələrdə qalarsa, bunun Azərbaycan büdcəsinə böyük zərər verəcəyi isə inandırıcı deyil.

Əvvəla, ona görə ki, Azərbaycan hökuməti bu ilin büdcə planlaşdırmasında neftin baza qiyməti 60 dollardan götürüb və atacağı addımları da bu proqnoza uyğun olaraq müəyyənləşdirib. Neftin qiymətləri isə hələ ki bu kritik həddən yuxarıdır.

İkincisi ona görə ki, dünya bazarında neftin qiymətlərinin gələn həftədən bahalaşması da istisna edilmir. Xüsusilə Yaponiyanın Osaka şəhərində keçirilən son G-20 toplantıları dünya sənayeçilərində və neft maqnatlarlnda qlobal iqtisadi yüksəlişin yenidən başlayacağına dair böyük ümidlər yaratdı. Sammit çərçivəsində bir araya gələn ABŞ və Çin prezidentləri ticarət savaşına son qoymaq üçün müzakirələrin yenidən başlayacağına qərar verdilər. Bu isə neftin əsas alıcıları olan dünya sənaye nəhənglərin daha aktiv fəaliyyətə keçəcəyinin ən önəmli göstəricidir.

Ümid yaradan digər gəlişmə yenə Osaka sammitində Rusiya və Səudiyyə Ərəbistan liderlərinin neft hasilatını yenidən 6 və ya 9 ay müddətində azaltmaq qərarıdır. OPEK dövlətləri və müttəfiqlərinin bu siyasətinin nəticəsində neft bazarında tələbin təklifi üstələyəcəyi və nəticədə qiymətlərin artacağı gözlənilir.

Previous Post

G-20-nin Osaka sammiti və neft qiymətləri – Azərbaycan bundan necə təsirlənə bilər?

Next Post

Fuad Abbasov sabah mətbuat konfransı keçirəcək

Bənzər yazılar

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36

İran dünya bazarı və beynəlxalq təchizat zəncirlərində səmərəli iştirakı gücləndirməlidir. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud...

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə əməyin mühafizəsi mövzusunda üç günlük vebinar...

ADY BTQ dəmir yolu xətti haqqında yeni film hazırlayıb – VİDEO

ADY BTQ dəmir yolu xətti haqqında yeni film hazırlayıb – VİDEO

03 İyun 2026 - 18:40

ADY BTQ dəmir yolu xətti haqqında yeni film hazırlayıb. Elchi.az xəbər verir ki, “BTQ – Avropa və Asiyanı birləşdirən meqa...

Next Post
Fuad Abbasov sabah mətbuat konfransı keçirəcək

Fuad Abbasov sabah mətbuat konfransı keçirəcək

Fuad Abbasov sabah mətbuat konfransı keçirəcək

Fuad Abbasov sabah mətbuat konfransı keçirəcək

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.