Moderator.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, İrəvanda həyəcanlı siyasi vəziyyət yaranıb.
Baş nazir Paşinyan özünün Feysbuk səhifəsində tərəfdarlarına müraciət edərək bu gün-mayın 20-də saat 8.30-da istisnasız olaraq bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb və “inqilabın ikinci əsas fazası başlayır” – yazıb.
Bu çağırışdan sonra xarici səfərdə olan Ermənistam prezidenti Armen Sarkisyan vətəndaşlara təcili müraciətlə çıxış edib. Sarkisyan Ermənistanda yaranmış situasiyanı şərh edib.
“Ermənistan konstitusiyasına əsasən hakimiyyət xalqa məxsusdur. Ermənistanın bütün hakimiyyət qanadları- icraedici, qanunverici və məhkəmə sistemi erməni xalqının kollektiv iradəsini əks etdirir”-müraciətdə deyilir.
Prezident Ermənistan vətəndaşlarını tutduğu vəzifədən və siyasi mənsubiyyətindən asılı olmayaraq sakitliyə riayət etməyə çağırıb.
Ermənistan vəkillər palatası da bəyanatla çıxış edib: Məhkəmə orqanlarının müstəqilliyi təhlükədədir.
Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub
Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə...





















Son şərhlər