"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Paşinyanın cavabı döyüş meydanında verilməlidir”

20 May 2019 - 09:42
in aktual-banner, Banner, Cebhe-banner, GÜNDƏM, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Vətən torpaqlarını qoruyacaqlarına and içmiş zabitlərimiz öz sözünü deməli, ən azı bir neçə rayonu işğaldan azad etməklə Ermənistanı ədalətli sülhə məcbur etməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahabəsi

– Qüdrət bəy, iqtidar və müxalifət partiyalarının təmsilçiləri arasında keçirilən debatlara baxırsınız?
– Vaxtım olanda baxıram.
– Sizcə hansı tərəf daha arqumentli və hazırlıqlıdır?
– Müəyyən istisnalarla müxalifət təmsilçiləri daha qabarıq nəzərə çarpırlar. Bunun səbəbi isə həllini gözləyən problemlər və iqtidar təmsilçilərinin problemləri təkzib etmək taktikasıdır. Bununla yanaşı, debatlara müxalifətdən əsasən partiya sədrləri qatıldıqları halda iqtidardan bir qayda olaraq orta çaplı siyasətçilər qatılır. Bundan başqa etiraf olunmalıdır ki, uzun illər iqtidarda olan partiyanı, hətta yaxşı nəticələr ortaya qoymuş olsa belə, müdafiə etmək həmişə çətin olur.
– Məgər problemlərə görə iqtidarın günahladırılması doğru deyil?
– Bilirsiniz, doğrudur, amma elə problemlər var ki, onların həlli xalqımızın inkişaf səviyyəsinə bağlıdır. Ona görə Marks deyirdi ki, sosializm yalnız inkişaf etmiş kapitalizm cəmiyyətində qurula bilər. Norveç, İsveç kimi. Azərbaycanın indiki inkişaf səviyyəsi islahatlara zəmin yaratsa da, bundan daha artığına imkan vermir. Xalqımız ali dəyərləri mənimsəməli və o dəyərlər üçün həyatlarını belə qurban verməyə hazır olmalıdırlar. O debatlarda ötkəm danışıb, xalqımızın heç bir günahının olmadığını, bütün günahların iqtidarda olduğunu söyləyənlərin çoxunun vaxtilə iqtidarın dəstəyi ilə parlamentə düşmələri üçün hansı oyunlardan çıxdıqlarını yaxşı bilirəm.
– İqtidarın ünvanına ən çox irəli sürülən ittihamlar korrupsiya ilə bağlıdır. Bunu necə təkzib etmək olar? 
– Məsələ burasındadır ki, iqtidar nümayəndələri bunu təkzib etməməlidir. Korrupsiya ən inkişaf etmiş ölkələrdə də var. Həmin ölkələrdə ona qarşı daha effektli mübarizə aparılır, çünki cəmiyyət buna dəstək verir. Bir illik AXC hakimiyyətinin sonlarında genişlənməkdə olan korrupsiyaya qarşı Prezident Administrasiyasında xüsusi iclas da keçirildi. O zaman DGK sədri İbrahim Vəliyevin “tankın qarşısında dayananlar rüşvətin qarşısında dayana bilmədi” tezisi dillər əzbərinə çevrilmişdi. Hazırda bəziləri demaqoqiya ilə məşğul olaraq söyləyirlər ki, Saakaşvili deyib ki, o rüşvət almadığı üçün Gürcüstanda rüşvət yığışdırıldı. Elçibəy rüşvət almırdı, ancaq İbrahim Vəliyev o məhşur bəyanatla çıxış etmək zorunda qalmışdı. Gürcüstanda alt səviyyyədə rüşvətin aradan qaldırılması xalqın artıq başqa cür, rüşvətsiz yaşamaq istəyi ilə bağlı idi. Xalq bunun üçün siyasi səhnəyə çıxmışdı. Azərbaycanda isə xalqımız başqa cür yaşamağa hazır olmadığı üçün Elçibəyi və onun elan etdiyi dəyərləri müdafiə etmədi. Bu gün niyə insanlarımız yerli istehsal olan ərzaq məhsullarına tam etimad göstərmir? Çünki onu istehsal edən həmvətənlərinin dürrüstlüyünə inanmır. Ölkəmizin böyük problemləri burdan qaynaqlanır. İnsanlar bəzən hansısa dövlət orqanında rüşvətin baş alıb getməsindən danışır, amma mövzu dəyişən kimi deyir ki, bir adam olsaydı haqqını verərdim mənim oğlumu həmin orqanda işə düzəldərdi. Reallıq bundan ibarətdir. Amma hər bir halda dediklərim qətiyyən, dolayısı ilə rüşvətxorluğa haqq qazandırmaq kimi başa düşülməməlidir. Sadəcə problemin kökünün özümüzdə olmasını göstərməkdir.
Düşünürəm ki, bu və qanunun aliliyi ilə əlaqədar digər problemlərin həlli zamanının çatdığını Prezident də görür və bu məqsədlə məhkəmə-hüquq islahatlarının aparılması barədə Fərman imzalayıb. Məncə o debatlarda iqtidar təmsilçiləri bu barədə danışmalı və bütün müxalifət qüvvələrini, xalqımızı başqa cür yaşamağa və islahatları dəstəkləməyə çağırmalıdır.
– Sosial şəbəkələrdə yayılır ki, guya siz demisiniz ki,Qarabağı qarabağlılar azad etməlidir. Bu nə dərəcədə doğrudur?
– Çox axmaq və zərərli fikirdir. Əksinə mən vaxtilə səsləndirilmiş bu cür təxribatçı fikirləri, Qarabağ problemini öz məqsədləri üçün istifadə edənləri qınamışam. Bəzi intellektsiz ünsürlər mənə qarşı mübarizədə öz acizliklərini gördükləri üçün belə şaiyələr yayırlar. Qarabağ hər bir azərbaycanlının qürur məsələsidir. Onu işğaldan azad etmək hər kəsin şərəf və ləyaqət məsələsidir. Mən xalqımızı Qarabağı azad etmək üçün qurbanlar verməyə və qəhrəmanlıqlar göstərməyə hazır olmağa səsləmişəm. Qarabağ probleminin danışıqlar yolu ilə ədalətli həlli mümkün deyil. Tarix boyu zabitlər ölkənin ən üst elitası sayılıb və onlar qürurlu zadəgənlardan formalaşdırılıb. Müharibələr zamanı da onlar xalqı səfərbər edib onun önündə gediblər. Zabit, şərəfi ölümdən həmişə üstün tutulub. Keçmişdə zabitlər öz şərəflərini qorumaq üçün ona toxunanları duelə çağırardılar. Tarixdən oxumusunuzmu bir rəncbər başqa bir rəncbəri duelə çağırsın. İndi Şuşada yallı getməklə hər bir azərbaycanlının, xüsusilə zabitlərimizin qüruruna toxunan Paşinyanın cavabı döyüş meydanında verilməlidir. Vətən torpaqlarını qoruyacaqlarına and içmiş zabitlərimiz öz sözünü deməli, ən azı bir neçə rayonu işğaldan azad etməklə Ermənistanı ədalətli sülhə məcbur etməlidir.
– Fərhad Əhmədovun “və yenə də Qarabağ haqqında” adlı məqaləsinə münasibətiniz necədir?
– Torpaqlarımızın işğal altında qalması bir azərbaycanlı kimi onu narahat edir, qüruruna toxunur. Mənim ona xeyriyyəçilik fəaliyyətinə və milli kimliyini qoruyub saxlamasına görə hörmətim var. Amma Rusiyada fəaliyyət göstərib Qarabağ mövzusunda düşündüklərini və həqiqəti qələmə almaq iş adamı üçün intihara bərabər olar. Məhz bu səbəbdən məqalədə münaqişənin həllinin üfüqdə görünməməsinə görə əsas faktorun – Rusiya faktorunun üstündən sükutla keçmək lazım gəlib. Ona görə də düşünürəm ki, belə çətin mövzulara baş vurmaqdansa xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmaq ona daha çox siyasi divident gətirər.

Bunu da oxuyun

Magistratura imtahanının nəticələri elan olunub

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Previous Post

“Paşinyanın cavabı döyüş meydanında verilməlidir”

Next Post

Şimal-qərb bölgəsində bəzi rayonlara dolu yağıb – VİDEO

Bənzər yazılar

Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Elchi.az...

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb. Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika...

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

29 İyul 2026 - 16:59

Amerika Birləşmiş Ştatları İordaniyadakı amerikalı hərbçilərin atəşə tutulmasına cavab olaraq İrana güclü zərbələr endirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00

Rusiya tarixi irsi, iqtisadi potensialı və öz tarixinə olan hörməti sayəsində misli görünməmiş sanksiya təzyiqinə uğurla sinə gərir. Elchi.az xəbər...

Next Post
Şimal-qərb bölgəsində bəzi rayonlara dolu yağıb – VİDEO

Şimal-qərb bölgəsində bəzi rayonlara dolu yağıb - VİDEO

Şimal-qərb bölgəsində bəzi rayonlara dolu yağıb – VİDEO

Şimal-qərb bölgəsində bəzi rayonlara dolu yağıb - VİDEO

Son xəbərlər

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

30 İyul 2026 - 14:38
Babək rayonunda yanğın-taktiki təlim keçirilib – FOTO

Babək rayonunda yanğın-taktiki təlim keçirilib – FOTO

30 İyul 2026 - 12:30
Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

İyulun son gününün havası açıqlanıb

30 İyul 2026 - 12:24
Rusiya Ukraynaya zərbə endirdi: Çoxlu sayda ölü və yaralı var

Rusiya Ukraynaya zərbə endirdi: Çoxlu sayda ölü və yaralı var

30 İyul 2026 - 12:15
9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

30 İyul 2026 - 12:06
“Mançester Siti”nin sabiq qapıçısı “Olimpiakos”a keçdi

“Mançester Siti”nin sabiq qapıçısı “Olimpiakos”a keçdi

30 İyul 2026 - 11:54
Tədavülə yenilənmiş 100-lüklər buraxılır – Foto

İlin ilk yarısında xarici dövlət borcu üzrə 393,4 mln. dollar ödəniş edilib

30 İyul 2026 - 11:41
Zelenski Rusiya Silahlı Qüvvələrinin güclü gecə zərbəsi ilə bağlı şərh verib

Zelenski Rusiya Silahlı Qüvvələrinin güclü gecə zərbəsi ilə bağlı şərh verib

30 İyul 2026 - 11:24
Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

30 İyul 2026 - 11:12
Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

30 İyul 2026 - 11:05
Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə çatıb

Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə çatıb

30 İyul 2026 - 11:00
Pentaqon Patriot raket sfarişini 58,6 milyard dollara qədər artırdı

Pentaqon Patriot raket sfarişini 58,6 milyard dollara qədər artırdı

30 İyul 2026 - 10:52
Argentinada vertolyot qəzası: 7 ölü

Argentinada vertolyot qəzası: 7 ölü

30 İyul 2026 - 10:43
ABŞ İrana qarşı yeni hücumlar həyata keçirir

ABŞ İrana qarşı yeni hücumlar həyata keçirir

30 İyul 2026 - 10:35
Rusiya: Ukraynanın 7 bölgəsindəki hərbi hədəflərə zərbələr endirdik

Rusiya: Ukraynanın 7 bölgəsindəki hərbi hədəflərə zərbələr endirdik

30 İyul 2026 - 10:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.