Meksikanın Verakrus ştatında kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Report” xəbər verir ki, bu barədə ştatın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Uşaqlar Günü münasibətilə keçirilən mərasimdə 1358 nəfər zəhərlənib. Onlar xəstəxanalara yerləşdirilib.
Məlumata görə, onlar arasında hamilə qadınlar və uşaqlar da var. Zərərçəkənlərin bəziləri tibbi yardımdan sonra xəstəxanalardan evə buraxılıblar.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqat aparır.
Məlumata görə, analoji hadisə Uşaqlar Günündə Herrero ştatında da baş verib. Ştatda 200-ə yaxın uşaqzəhərlənib.
Daha əvvəl Meksikanın paytaxtı Mexiko şəhərində metronun Çabakano stansiyasında partlayış baş verib.
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb
Myanmanın paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb: xəstəliyin xarakterik simptomları ilə 200-ə yaxın insan xəstəxanaya yerləşdirilib, 90-dan çox pasiyentdə isə...





















Son şərhlər