Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq.
Elchi.az bildirir ki, bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.
Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək:
“Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində – gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər”.
Yeniliyin işə düşməsi ilə bağlı texniki işlər davam edir.
Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?
“Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən, tibbi qiymətləndirmə zamanı yastıayaqlı şəxsdə ayaq tağının hündürlüyü 17 mm-dən az olduqda (III dərəcə yastıayaqlılıq)...





















Son şərhlər