Şirkətdən verilən məlumata görə, “Sim-Sim” abunəçiləri yeni “Sadə” tarif paketi çərçivəsində həftəlik S2 və aylıq S6 paketlərdən yararlana biləcəklər. Beləliklə, “Azercell” abunəçiləri həftədə 2 manat ödəməklə 150 şəbəkədaxili dəqiqə və 150 şəbəkədaxili SMS, ayda 6 manat ödəməklə isə 500 şəbəkədaxili dəqiqə və 500 şəbəkədaxili SMS həcmində paketlərdən faydalanma imkanı əldə edirlər.
Həftəlik paket sifariş etmək üçün S2 açar sözünü, aylıq paket üçün isə S6 açar sözünü 7575 qısa nömrəsinə göndərmək lazımdır.
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....





















Son şərhlər