"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Səhiyyə Nazirliyi bəzi qida əlavələrinin dərman vasitəsi olduğunu aşkarladı

04 Aprel 2019 - 09:24
in CƏMİYYƏT
FacebookVatsap

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu il ərzində bioloji fəallığa malik qida əlavələri ilə bağlı apardığı ekpertiza nəticəsində onların bəzilərinin qida əlavəsi deyil, dərman vasitəsi olduğunu aşkarlayıb.

Bunu da oxuyun

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Professor Tərlan Quliyev vəfat edib

Trend-in məlumatına görə, bununla əlaqədar mərkəz tərəfindən bioloji fəallığa malik qida əlavəsi kimi təqdim edilən 9 adda məhsulun istifadəsi üçün mənfi rəy verilib, iki qida əlavəsinin ekspertizadan keçirilməsi ilə bağlı müraciətə xitam verilib.

AEM tərəfindən bu il ərzində Türkiyənin “Akson İlaç ve Tıb. Ürünler” şirkətinin istehsalı olan, 150 ml-lik “Kanokarnit” şərbəti və həmin ölkənin “İlaç ve Tıb. Ürünler San.Tic.Ltd.Şti” şirkətinin istehsalı olan “Kanokarnit” şərbəti (150ml) ilə bağlı müraciətə xitam verilib. Buna səbəb adıçəkilən məhsulların laboratoriya sınaqlarından mənfi rəy alması olub.

AEM bu il ərzində Rumıniyanın “Metics SRL” şirkətinin istehsalı olan “MASTER MİND” şərbətinin (100 ml) ekspertizası nəticəsində bu məhsula mənfi rəy verib. Ekspertizanın nəticəsinə görə, “MASTER MİND” şərbəti tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Səhiyyə Nazirliynin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14 tarixində təstiq olunmuş ”Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”ə əsasən bu preparatın tərkibinə qida əlavələrinin tərkibində qadağan olunan bitkilərin siyahısından olan Convolvulus pluricaulis bitkisi daxil edilib.

Mənfi rəy verilmiş digər məhsul Türkiyənin “GH YİLDİZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ” şirkətinin istehsalı olan Maximuno (Maksimuno, kapsul, №30) adlı qida əlavəsidir. Ekspertizanın nəticələrinə əsasən, məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Selen inqredienti gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşır (tövsiyə olunan miqdar 140-150 mkq). Bundan başqa, məhsulun tərkibində olan “Exinachea angustifolia” bitkisinin xammal kimi otundan istifadə olunub. Lakin Avropa Dərman Agentliyinin tövsiyələrində bu bitkinin xammal kimi kökündə istifadə olunması barədə məlumat qeyd edilib.

Çex Respublikasının “MedPharma, spol.s.r.o” şirkətinin istehsaləı olan “Neyrolux-B” (tablet №20) tabletinin ekspertizasının nəticələrinə görə, bu məhsulda B5 (yol verilən 15 mg), B1 (yol verilən 5 mg), B2 (yol verilən 6 mg), B6 (yol verilən 6 mg) vitaminlərinin gündəlik miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. Məhsulun 12 yaşdan aşağı uşaqlara yarım tablet tövsiyə olunduğu halda tablet üzərində bölgü xətti yoxdur.

İspaniyanın istehsalı olan “Plameca Plantas Medicinales Y Complementos
Alimenticios,S.A” şirkətinin istehsalı olan “Sedaflor B Depression” kapsulu ilə bağlı mənfi rəyin verilməsinə səbəb məhsulun tərkibində bioloji fəalllığa malik qida əlavələrinin tərkibində istifadəsi qadağan edilən bitkilərinin olması olub. Ekspertizanın nəticəsinə görə, bu kapsul antidepressant xassəli, zehnin işini aktivləşdirən, beyin sinir impulslarının ötürülməsini tənzimləyən vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində alkaloidlərlə, kumarinlərlə və d. bioloji fəal maddələrlə zəngin və geniş farmakoloji spektra malik olan Withania somnifera (ashwagandha) bitkisi qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan bitkilərinin siyahısına daxildir.

Mənfi rəy verilmiş digər məhsul – Latviyanın “Solepharm Pharmaceuticals Ltd” şirkətinin istehsalı olan “Selenara Kapsul”unun (kapsul, №30) tərkibində olan Selen inqredienti gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşıb. Ekspertizanın nəticəsinə görə, bu məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi olub.

Bolqarıstanın “Fortex Nutraceutical LTD” şirkətinin istehsalı olan “Spirgen” şərbətinin tərkibində B 12 vitamini gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşıb. Ekspertiza nəticəsində müəyyən edilib ki, iştahanın stimullaşmasına, həzm prosesinin yaxşılaşmasına, bağırsaq mikroflorasının normallaşmasına kömək edən vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi olub. Bundan başqa, məhsulun tərkibində olan bitkilərin bitki xammalı qeyd edilməyib və bitki mənşəli inqredientlərin hansı bioloji fəal maddəyə görə standartlaşması göstərilməyib, tərkibə aid sənəd ilə qablaşma və istifadə üzrə təlimatda uyğunsuzluq aşkar edilib.

Türkiyənin ”Vefa İlaç San. ve Tic. Ltd. Şti” şirkətinin istehsalı olan “Unimac” tabletinin də tərkibində qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan Tribulus L. Bitkisindən istifadə edilib. Bu bitki yalnız dərman vasitələrinin tərkibində istifadə oluna bilər, ona görə də məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi hesab edilib.

Rumıniyanın “Flasel E” kapsulunda (№ 30) məhsulun tərkibində olan E vitamini gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşıb. Bundan başqa, məhsulun laboratoriya analizi zamanı xarici görünüşü ağ rəngli, ikihissəli kapsul,tərkibi açıq sarı, xarakterik qoxulu toz (normativ sənədlərdə ağ rəngli toz) olduğu aşkar edilib. Məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi hesab edilib.

Rumıniyanın “Nutraceutical&Cos metics SRL” şirkətinin istehsalı olan 100 ml-lik “Master Mind” şərbətinin tərkibində də qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan Convolvulus pluricaulis bitkisi olub. Ekspertiza nəticəsində məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi hesab edilib.

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələri ilə bağlı müraciətə xitam verilməi təqdim olunmuş dosyedə məlumatların, göstəricilərin uyğunsuzluğu aşkar olunduqda, mənfi rəy isə preparatın doza məsələsində dərman vasitəsinə bərabər olduğu zamanı verilir.

Bioloji fəallığa malik qida əlavələrinin ekspertizası onların dərman vasitəsinə aid olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həyata keçirilir. Qida əlavələri dərman deyillər və qida əlavələrinin təlimatında “Dərman vasitəsi deyildir” yazılmalıdır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Bioloji fəallığa malik qida əlavələrinin tərkibinə dair tələblər”ə görə, qida əlavələrinin tərkibində Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıya uyğun bioloji fəal maddələr və qida komponentləri istifadə edilməlidir. Onların hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir.

Previous Post

Səhiyyə Nazirliyi bəzi qida əlavələrinin dərman vasitəsi olduğunu aşkarladı

Next Post

Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

Bənzər yazılar

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib. Bu...

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...

Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb. O,...

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə...

Next Post
Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.