"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Naxçıvanda görülən işlər dotasiya hesabına edilir”

25 Fevral 2019 - 13:42
in SİYASƏT
FacebookVatsap

Qüdrət Həsənquliyev: “İstəmişəm naxçıvanlılar bilsin ki, Prezident Naxçıvana bütün digər rayonların hamısına ayırdığından üç dəfə çox 300 milyon 360 min manat dotasiya ayırıb”

Bunu da oxuyun

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

– Qüdrət bəy, Naxçıvanla bağlı “Azpolitika” saytına verdiyiniz müsahibə artıq iki aydır mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Müzakirələrə hətta deputat həmkarlarınız da qatılıb Naxçıvanı vəsf edirlər. Müzakirələrdən razısınızmı?

– Müzakirələrin gedişində bəzi yerli rəsmilərin və onların öyrətdiyi adamların tərbiyəsizliyi olmasaydı hər şey çox yaxşı olardı. Deputat həmkarlarımın müzakirələrə qatılması və mövqelərini etik çərçivədə ifadə etmələri yaxşı presedent yaradır, cəmiyyətdə siyasi münasibətlərin inkişafına öz töfhəsini verir. Naxçıvanı mən də vəsf edirəm, çalışıram orada elə bir biznes mühiti yaradılsın ki, Naxçıvana həm yerli, həm də xarici özəl şirkətlər investisiya qoylsunlar, yeni iş yerləri açılsın, insanlar yaxşı yaşasın və oranı iş tapmaq üçün tərk etməsinlər. Naxçıvanda rəsmi Bakının ayırdığı pulla yollar çəkilib, səhiyyə obyektləri, məktəblər, inzibati binalar tikilib, abadlıq işləri görülüb. Amma istehsal və emal müəssisələri yaradılmalıdır ki, iqtisadiyyat inkişaf etsin. Yoxsa biz gözləməməliyik ki, Bakı pul versin və biz də xərcləyək.
Müzakirələrin bu qədər davam etməsi və bəzi vəzifəli şəxslərin davranışı təsdiq edir ki, Naxçıvanda həllini gözləyən problemlər var. Mənə opponentlik etmək istəyənlər mənim söylədiklərimi təkzib edə bilmirlər. Məsələn, mən kəndimiz Əbrəqunusda bağlanmış çayxanalardan, mağazalardan, uçub dağılmış kitabxanadan, klubdan, xəstəxanadan, təqaüdçülər evindən, iki şərab zavodundan, digər inzibati binalardan və s. danışmışam. Deputat seçildiyim Ordubaddakı konserv zavodu, baramaçılıq fabriki, Yaycı kəndindəki şərab zavodu dağılıb və yerlərində heç nə yaradılmayıb. Məni təkzib etməyin ən gözəl və sadə yolu təkzibedici faktların nümayiş etdirilməsidir. Yəni qardaşımın keçmiş müsahibəsini vermək, Əliməmməd Nuriyevdən yeni müsahibə almaq əvəzinə söylədiklərimi təkzib edən faktları çəkib göstərmək olardı. Naxçıvandan kənarda yaşayanları aldatmaq olar, orada yaşayanlar hər şeyi görür. Onlar isə yalnız kənd və internat məktəbin əvəzində bir yeni tikilmiş orta məktəbi, məscidi və mərasim evini çəkib göstərirlər. Hansı ki, yeni tikilmiş həmin obyektləri müsahibəmdə qeyd etmişdim. Qardaşım 2017- ci ildə verdiyi müsahibədə deyir ki,əvvəlki dövrlə müqayisədə sosial iqtisadi inkişaf göz önundədir. Mən də görülən işləri qeyd etməklə yanaşı demişəm ki, bu hər il artan dotasiya hesabınadır. Mərasim evini kəndimizdən olan xeyirxah insanlar tikib. Məktəb və tibb məntəqəsi, kəndin qazlaşdırılması, fasiləsiz işığın verilməsi, kəndin içindən digər kəndlərə gedən yol isə Azərbaycan Prezidentinin ayırdığı və Milli Məclisin qəbul etdiyi büdcə Qanunu ilə ayrılan dotasiya ilə tikilib. Dotasiyadan əlavə Prezident özünün ehtiyat fondundan da Naxçıvana hər il milyonlarla manat vəsait ayırır. Qardaşımın dediyi, mənim də təsdiq etdiyim kimi bu vəsaitlə görülən işlər inkişafdır. Mən müsahibəmdə kiminsə imicini zədələmək barədə düşünməmişəm. Əgər mənim dediklərim həqiqət deyilsə ciddi imicə zərər vurmaz. Əksinə mənim öz imicimə zərər vurar. Mənim dediklərim naxçıvanlıların qəlbində bir ümid yaradıb. Əvvala istəmişəm naxçıvanlılar bilsin ki, Prezident Naxçıvana bütün digər rayonların hamısına ayırdığından üç dəfə çox 300 milyon 360 min manat dotasiya ayırıb. Bu barədə Naxçıvanda danışılmadığı üçün, ora gedən ziyalılar, dövlət adamları da bilməlidir ki, inkişaf kimin hesabınadır və real iqtisadi vəziyyət necədir. Azərbaycanda 34 şəhər və rayon dotasiya almır, hətta bəziləri yerli xərclərini ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla manat vəsait də ödəyir. Naxçıvanda görülən işlər dotasiya hesabına edilir. Naxçıvan iqtisadiyyati yerli büdcəyə bir babat şirkətin ödədiyi qədər cəmi 83 milyon manat vergi ödəyir və bu yerli büdcənin 21.7 %-ni təşkil edir. Bura Naxçıvan Gömrük Komitəsi vasitəsilə toplanan vəsait də daxildir. Onlar diqqəti bu əsas məqamdan yayındırmaq istədikləri üçün məcburam hər dəfə bu rəqəmləri təkrarlayam.
Mən görülən işləri qeyd etməklə yanaşı demişəm ki, Naxçıvanı dotasiyadan qurtarmaq üçün iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Bu niyə bəzi adamları bu qədər qıcıqlandırıb başa düşə bilmirəm. Sanksiyalar altında yaşayan İran Culfasına və bizim Culfaya baxıb müqayisə aparın. Orada çoxmərtəbəli binalardan yeni bir şəhər salınıb. İğdıra baxın, azad iqtisadi zona və sərhədyanı ticarət hesabına görün onlar necə inkişaf edib. Naxçıvan MR- də neçə hündürmərtəbəli bina tikilib, istehsal və emal müəssiələrində nə qədər insan çalışır? Onlar sosial müdafiə fonduna nə qədər vəsait ödəyir? Saxta rəqəmlərlə iş düzəlməyəcək. Naxçıvanda iqtisadi azadlıqlar genişləndirilməli, idxalla əsasən bir adam məşğul olmamalıdır. Adi bir kiçik müəssiə qeydiyyatdan keçirmək üçün Nax.MR-in ali vəzifəli şəxsindən icazə almağa ehtiyac qalmamalıdır. Bakı və Naxçıvan arasındakı gömrük yoxlaması aradan qaldırılmalıdır, çünki bu dövlətçiliyimizi gözdən salır.
Amma bir şeyi əminliklə deyirəm ki, məndən incisələr də müzakirələr bəzi iddialı insanları ayıldacaq, onların insanlara münasibətini dəyişəcək, bəlkə də avantüralardan xilas edəcək və dövlətçiliyimiz bundan çox faydalanacaq.

Previous Post

“Naxçıvanda görülən işlər dotasiya hesabına edilir”

Next Post

Bakıda şirkət rəhbərinə qarşı yarım milyon manatlıq dələduzluq edilib

Bənzər yazılar

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

31 Avqust 2026 - 16:11

Azərbaycanın Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin...

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20

27 avqustda Moskvada Azərbaycan səfirliyinin Qonaq Evinin qarşısında yerləşdirilən üç plakat son iki ilin diplomatik gərginliyinin növbəti epizodudur. Onları yenidən...

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

31 Avqust 2026 - 11:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib....

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib

31 Avqust 2026 - 11:17

Prezident İlham Əliyev Trinidad və Tobaqo Respublikasının Prezidenti Kristin Karla Kanqaluya təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir:...

Next Post
Bakıda şirkət rəhbərinə qarşı yarım milyon manatlıq dələduzluq edilib

Bakıda şirkət rəhbərinə qarşı yarım milyon manatlıq dələduzluq edilib

Bakıda şirkət rəhbərinə qarşı yarım milyon manatlıq dələduzluq edilib

Bakıda şirkət rəhbərinə qarşı yarım milyon manatlıq dələduzluq edilib

Son xəbərlər

Pezeşkiyan: Müharibə heç kimin maraqlarına cavab vermir

Pezeşkiyan: Müharibə heç kimin maraqlarına cavab vermir

31 Avqust 2026 - 16:59
“Araz-Naxçıvan”dan ayrılan futbolçu Rumıniya klubuna keçdi

“Araz-Naxçıvan”dan ayrılan futbolçu Rumıniya klubuna keçdi

31 Avqust 2026 - 16:46
Bişkekdə ŞƏT-in sammiti ilə bağlı 15 min təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimə keçib

Bişkekdə ŞƏT-in sammiti ilə bağlı 15 min təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimə keçib

31 Avqust 2026 - 16:38
Nepal daşqın zonasında axtarışlar üçün müasir texnologiyalar və kömək tələb edir

Nepal daşqın zonasında axtarışlar üçün müasir texnologiyalar və kömək tələb edir

31 Avqust 2026 - 16:25
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

31 Avqust 2026 - 16:11
Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

31 Avqust 2026 - 16:00
Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

31 Avqust 2026 - 12:28
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20
“Qarabağ” Dani Boltla yollarını ayırdı

“Qarabağ” Dani Boltla yollarını ayırdı

31 Avqust 2026 - 12:12
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

31 Avqust 2026 - 12:09
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

31 Avqust 2026 - 11:55
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

31 Avqust 2026 - 11:47
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

31 Avqust 2026 - 11:31
NİİM valideynlərə müraciət edib

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

31 Avqust 2026 - 11:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.