"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanlı “sədr” Türkiyəyə qarşı kampaniya aparır – Foto

12 Fevral 2019 - 13:15
in XƏBƏR LENTİ
FacebookVatsap


 

Bunu da oxuyun

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Almaniyadan qovulduğu haqda məlumat yayılan, əvvəlcə “Alman-Azərbaycan Mədəniyyət Evi”, daha sonra isə “Dünya Azərbaycanlıları Assambleyası” adlı qurum qondararaq, diaspor rəhbəri statusu ilə mövqe qazanmağa çalışan Rəşad Quliyevlə bağlı Türkiyə vətəndaşı redaksiyamıza maraqlı məlumatlar göndərib.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, Rəşad Quliyev Almaniyada uzun müddətdir Türkiyə əleyhinə təbliğat aparır. Belə ki, R.Quliyev Türkiyə əleyhinə kəskin ittihamlar səsləndirən, Türkiyə lideri Ərdoğana qarşı aksiyalarda fəallığı ilə seçilən Serap Gülerin seçki kampaniyasına qoşulub və onun qalib gəlməsi üçün çalışıb. Ancaq S.Güler tutduğu yanlış yolun “bəhrəsi”ni görüb və Almaniyada əyalət məclisi seçkilərində uğur əldə etməyib.

R.Quliyev özü də bu məğlubiyyətin S.Gülerin Türkiyə əleyhinə açıqlamaları ilə bağlı olduğunu dolayısı ilə etiraf edib.

Məsələ burasındadır ki, R.Quliyev hətta bəzi məqamlarda Azərbaycana “ağıl öyrətmək” təşəbbüsü də göstərib və Türkiyədə baş verən prosesləri bu cür dəyərləndirib:

“Türkiyə ilə münasibətlər ölkəm üçün həddindən artıq vacibdir. Biz dost ölkələr deyilik, qardaş ölkəyik. Eyni soydan, eyni kökdən gəlirik. Eyni dəyərləri, mədəniyyəti, tarixi bölüşürük. Türkiyədə Cənab Fətullah Gülən qrupu ilə Cənab Ərdoğan qrupu arasında barışmaz siyasi mübarizə gedir. Bizim hökumətimiz bu münaqişələrdən özünü kənar tutmalı, balanslı münasibət sistemini qorumalıdır. Biz yalnız beynəlxalq səviyyədə terror qruplaşması kimi tanınan və Türkiyənin ərazi bütövlüyünü təhdid edən PKK ilə mübarizədə Türkiyə ilə sıx əməkdaşlıq etməliyik. Türkiyə hakimiyyətinin yanlış siyasi oyunlarına qarışmamalı, daxili siyasi intriqaların ölkəmizə ixrac edilməsinə heç bir halda imkan verilməməlidir”.

Gördüyünüz kimi, R.Quliyev əli türk qardaşlarımızın qanına batmış terrorçubaşı Fətullah Güləni hörmət və sevgi ilə anaraq ona “cənab” deyir.

Quliyevin Türkiyəyə xəyanəti bunlarla bitmir. O, Türkiyədə baş verən terror, günahsız insanların qanının tökülməsi ilə bağlı türklərə çağırış edib. Regionda supergüclərlə haqlı mübarizə aparan Türkiyə hökumətini baş verənlərin tək günahkarı adlandırıb. “Sədr” bununla da kifayətlənməyib və insanları açıq şəkildə Türkiyədə dövlət çevrilişinə səsləyib (Skrin-şot əlavə edilir – red.). Onun çevriliş arzusu “cənab” adlandırdığı Fətullah Gülənin istəyi ilə üst-üstə düşür. Burada Rəşad Quliyev öz mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur:

“Türkiyədə baş verən hadisələrlə bağlı yazılan statuslara, başsağlığı mesajlarına qatılıram. Amma şüarla danışmaq zamanı bitib. “Başın sağ olsun Türkiyə!”, “Yanındayıq”, “Acınız acımızdır!”, “Terrora lənət!”, “Allah bəlalarını versin“… Təbii ki, qardaşımın acısı acımdır. Bunu hər terror olayında təkrar etməyin nə mənası?! Ərdoğan iqtidarı Türkiyənin başını bəlalara soxdu. Sözün əsl mənasında problemdədir Türkiyə. Öz içindəki terroru bitirmədən, Misirlə, Suriya, Liviya, Fələstinlə uğraşır. Ölkəni terror poliqonuna çevirdi. Amerikanın Ortadoğu projesini həyata keçirib, Türkiyənin beynəlxalq imicini bərbad duruma saldı. Gah Əsədlə istirahət əyləncəsinə gedib mətbuata pozlar verdi, gah da Mursiyə vəkillik etdi. Fələstin məsələsi ilə bağlı Türkiyəni İsraillə “düşmən” etdi, Misirdəki iç savaşa qarışıb Misir dövləti ilə əlaqələri məhv etdi. Suriya probleminə müdaxilə edib İŞİD-ə silah verdi, sonradan türkmənləri xatırlayacaq oldu. İraqa ordu yeridib daha sonra İraqla münasibətləri bərbad duruma gətirdi. Suriya üçün İranla, regiondakı əsas partnyoru Rusiya ilə əlaqələrinə zərbə vurdu. Bir ara PKK ilə masaya otururdu, baş terroristin otağına televizora qədər qoydurmuş, ordu generallarına terrorist damğası vurub həbsə atdırmışdı. Terrorun şəhərə ayaq açmasına, silahlanıb dirçəlməsinə şərait yaratdı. Sən ölkəndə problemləri həll etdinmi ərəb dünyası ilə məşğul olursan? Kobud çıxsa da deyəcəm, ərəb dövlətlərinin canı cəhənnəmə. Minlərlə peyğəmbər gəldi, kitab göndərildi, oxuyun, adam olun deyildi. 1500 ildir ərəb “adam” ola bilmir. Dünya elmini, texnalogiyasını inkişaf etdirərkən müsəlmançılıq propoqandası aparıb Azərbaycan kimi, Türkiyə kimi dövlətlərə cahiliyyəti gətirməsi ilə geriliyə götürdülər. Allahdan bəla-filan istəməyin. 1500 ildir müsəlmandan çox bəla istəyən, eyni zamanda dua edən başqa təbəqə yoxdur. Allah bəla verməyəcək. Qarğışla da iş həll olunmayacaq. Bu işin başında yeganə çıxış yolu var. Allah-Allah deyib milyonlara sahib olan saxtakar dindar qrup AKP iqtidardan getməyincə hələ çox “Başın sağ olsun Türkiyə” deməyə davam edəcəksiniz. Bu partiya daha nələr, hansı pislikləri etməlidir ki , nəhayət, Türk milləti gerçəkləri görüb ayağa qalxsın?!”

Ən çox təəssüf doğuran məqam isə Rəşad Quliyevin bu mövqeyinin qardaş Türkiyənin bəzi dairələrində Azərbaycan dövlətinin mövqeyi kimi qəbul edilməsidir. Redaksiyamıza müraciət edən Türkiyə vətəndaşı “Azərbaycanın diaspor sədrinin” bu əməllərindən təəccübləndiyini deyir.

Türkiyə vətəndaşları hardan bilsin ki, R.Quliyevin yaratdığı qondarma diaspor təşkilatı ilə Azərbaycan dövləti, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi və vətəndaşı arasında qətiyyən əlaqə yoxdur. Təsadüfi deyil ki, “Dünya Azərbaycanlıları Assosiasiyası” adlı quramanın təqdimatında Azərbaycan Dispor Komitəsinin heç bir rəsmisi və Almaniyada Dispor Komitəsinə bağlı olan heç bir qurum iştirak etməmişdi.

R.Quliyevin əxlaq və mənəviyyat baxımdan necə yarımçıq olmasını onun xaricdə yaşayan “söyüş maşınları” ilə yanaşı addımlamasına baxanda görmək olar. Belə ki, qondarma sədr daim Azərbaycan əleyhinə çıxışlar edən və səsləndirdiyi küçə sözləri ilə hətta yerli müxalifətdə də ikrah doğuran şəxslərin – Orduxankimilərin yanındadır.

Açığı, insanların pulunu mənimsəyərək Almaniyada kef çəkən bu adamın ağbirçək anasını düşünməməsi, onu borc sahibləri ilə üz-üzə qoyması bu adamın təkcə vətəndaş yox, həm də övlad kimi xeyirsiz, keyfiyyətsiz biri olduğunu gözlər önünə sərir (Anasının borc yiyələri ilə videosudur).

“Yalan ayaq tutar, amma yeriməz”, – deyib atalar. Doğrudan da Rəşad Quliyevin bütünlüklə yalan və mənəviyyatsızlıq üzərində qurduğu planlar alt-üst oldu və Almaniya hökuməti onu deportasiya etdi.

Min bir yalanla, saxtakarlıqla Almaniyanı özünə vətən etmək istəyən Rəşad Quliyev indi vətənsiz qalıb. Vətəninə xəyanət edənlərin aqibəti belə olur.

 

Previous Post

Azərbaycanlı “sədr” Türkiyəyə qarşı kampaniya aparır – Foto

Next Post

Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

Bənzər yazılar

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33

Rusiya taxılın Qara dəniz vasitəsilə təhlükəsiz daşınmasını təmin etmək üçün müxtəlif təklifləri nəzərdən keçirir, bu məsələ ilə bağlı Türkiyə və...

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın...

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03

Çin və İndoneziya 14 illik fasilədən sonra oktyabrın sonundan noyabrın əvvəlinədək "İti bıçaq" terrorizmə qarşı birgə hərbi təlimini keçirəcək. Elchi.az...

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03

“Bu gün işğaldan azad olunmasını Qubadlı Şəhəri Günü kimi qürurla qeyd etdiyimiz bu qədim yurdumuz ötən əsrin sonlarından başlayaraq ağır...

Next Post
Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

Son xəbərlər

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05
Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

26 Oktyabr 2026 - 19:25
Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:56
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

26 Oktyabr 2026 - 18:38
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:36
Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16
Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

26 Oktyabr 2026 - 18:05
Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

26 Oktyabr 2026 - 17:52
Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

26 Oktyabr 2026 - 17:38
Doqquz ayda 276 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Doqquz ayda 276 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

26 Oktyabr 2026 - 17:26
“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

26 Oktyabr 2026 - 17:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.