"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Bu gün “Qarabağ” Avropa Liqasında həlledici oyununu keçirəcək

29 Noyabr 2018 - 09:44
in İDMAN
FacebookVatsap

Bunu da oxuyun

“Qarabağ” Koxalskini 500 min avroya satdı

“Kəpəz” – “Şamaxı” oyununu 15 000 tamaşaçı izlədi

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bu gün “Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi V tur çərçivəsində Portuqaliya “Sportinq”ini qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 21:55-də start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin yer aldığı E qrupunda ilk matçı məhz bu komandaya qarşı olub. Lissabonda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 54-cü dəqiqədə Rafinya vurub. “Joze Alvalade” stadionunda reallaşan qarşılaşmanın 88-ci dəqiqəsində isə Jovane Kabral fərqi artırıb.

Ağdamlılar bundan sonra evdə İngiltərə “Arsenal”ına 3, Ukraynanın “Vorskla” komandasına isə 1 cavabsız qolla uduzub. Sonuncu turda Poltavada 1:0 hesablı qələbəyə sevinən Azərbaycan çempionu hazırda 3 xalla sonuncu pillədə qərarlaşıb.

“Sportinq” isə səfərdə “Vorskla”nı 2:1 hesabı ilə məğlub etdikdən sonra evdə “Arsenal”a 1 cavabsız qolla yenilib. Lakin Londondan qolsuz heç-heçə ilə dönməyi bacarıb. Lissabonlular 7 xalla 2-ci pillədədirlər və ingilislərdən 3 xal geri qalırlar. “Qarabağ”la eyni xala malik ukraynalılar müsbət top fərqinə görə 3-cü yerdədirlər.

Lissabondakı matç Portuqaliya və Azərbaycan klublarının ilk dueli kimi tarixə düşüb. İkinci qarşılaşma “Qarabağ” üçün “tamam, ya davam” xarakteri daşıyır. Ağdamlılar pley-offa yüksəlmək baxımından nəzəri şanslarını saxlamaq üçün mütləq qalib gəlməlidirlər. Qonaqlar bunu bacaracaqları təqdirdə, paralel keçiriləcək “Vorskla” – “Arsenal” qarşılaşması formallığa çevriləcək. Çünki “Sportinq” 3 xal qazanmaqla, “topçular” kimi qrupdan çıxmağı rəsmiləşdirəcək. Qonaqlar heç-heçə sayəsində də tapşırığın öhdəsindən gələ bilər. Bunun üçün Ukraynada meydan sahibləri qalib gəlməməlidir.

“Qarabağ”da əsas problem İnnosent Emeqaranın yoxluğudur. Əcnəbi forvard Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”la oyundan əvvəl isinmə hərəkətləri zamanı zədələnərək ili erkən başa vurub. Lissabon təmsilçisinin baş məşqçisi Marsel Kayzer isə 11 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqlarına görə görüşü buraxacaqlar. Fredi Montero və Rafinya tam olaraq hazır deyil. IV turda səfərdə “Arsenal”la qolsuz heç-heçə etdikləri qarşılaşmada Markos Xavyer Akunya sarı vərəqə limitini doldurub, Jeremi Matyö isə qırmızı vərəqə alıb. Komandanın sabiq baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa Liqasının iştirak ərizəsinə daxil etməyib. Belə vəziyyətdə “Sportinq” Bakıya 19 futbolçu ilə gəlib. Onlardan 4-ü “B” komandanın üzvləridir.

Avropa Liqası

Qrup mərhələsi, V tur

29 noyabr

21:55. “Qarabağ” – “Sportinq”

Baş hakim: Petr Ardelyanu

Yan xətt hakimləri: Petr Blajey, Tomaş Mokruş

Əlavə köməkçilər: Zbınek Proske, Emanuel Marek

Dördüncü hakim: Yan Patak (hakimlər briqadası Çexiyadandır)

Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya),

UEFA nümayəndəsi: David MkDauel Zor (Sloveniya)

Bakı Olimpiya Stadionu

Previous Post

Bu gün “Qarabağ” Avropa Liqasında həlledici oyununu keçirəcək

Next Post

Ordumuzun mövqeləri atəşə tutuldu

Bənzər yazılar

“Qarabağ” Koxalskini 500 min avroya satdı

“Qarabağ” Koxalskini 500 min avroya satdı

07 Sentyabr 2026 - 13:43

“Qarabağ”dan ayrılmağa hazırlaşan polşalı qapıçı Mateuş Koxalskinin yeni klubu bəlli olub. Elchi.az Azərtac-a istinadən xəbər verir ki, qolkiper karyerasını ölkəsində...

“Kəpəz” – “Şamaxı” oyununu 15 000 tamaşaçı izlədi

“Kəpəz” – “Şamaxı” oyununu 15 000 tamaşaçı izlədi

07 Sentyabr 2026 - 12:17

Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə tamaşaçı rekordu yenilənib. Elchi.az PFL-ə istinadən xəbər verir ki, bu, IV turun “Kəpəz” – “Şamaxı”...

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32

Bakıda "ALUFAR IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı start götürüb. Elchi.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi və Heydər...

Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

04 Sentyabr 2026 - 16:45

Yeniyetmə boksçular arasında U-15 Azərbaycan Kuboku keçirilib. Federasiyadan Elchi.az-a bildirilib ki, yarışda 39 komandanın 97 idmançısı 17 çəki dərəcəsində mübarizə...

Next Post
Ordumuzun mövqeləri atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

Son xəbərlər

Kiyevdə kütləvi tədbirlər qadağan edildi: Komendant saatının qrafiki dəyişir

Kiyevdə kütləvi tədbirlər qadağan edildi: Komendant saatının qrafiki dəyişir

07 Sentyabr 2026 - 16:37
Azad edilmiş ərazilərdə daha 168 mina, 1390 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 168 mina, 1390 PHS aşkarlanıb

07 Sentyabr 2026 - 16:25
Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib

Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib

07 Sentyabr 2026 - 16:19
Yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

07 Sentyabr 2026 - 16:08
Rusiya Misirdə “F-35″i nümayiş etdirəcək

Rusiya Misirdə “F-35″i nümayiş etdirəcək

07 Sentyabr 2026 - 16:00
Hazırda Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

Hazırda Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

07 Sentyabr 2026 - 15:51
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

07 Sentyabr 2026 - 15:42
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

07 Sentyabr 2026 - 15:30
Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

07 Sentyabr 2026 - 15:16
“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08
“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00
Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

07 Sentyabr 2026 - 14:53
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

07 Sentyabr 2026 - 14:44
Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:30
Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

07 Sentyabr 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.