"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Səngər Aslanlarının KOMANDİRİ-“Güllə dərən” zabitlər

27 İyun 2018 - 12:09
in aktual-banner, Banner, BannerVeteninfo, CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

İndiyə qədər 7 mindən çox şəxs kolleclərə qəbul üzrə ixtisas seçimində iştirak edib

Ölkənin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

Səngər Aslanlarının KOMANDİRİ-
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi və təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bayramınız mübarək!!!
Bu gün Ordu Günüdür!
Bu gün və ümumiyyətlə isə ömrünü Vətənə xidmət edən zabitə, əsgərə Vətənin, Ali Baş Komandanın dəyər verməsi qədər ALİ MƏMNUNLUQ HİSSİndən gözəl nə ola bilər ki?
Bu gün mən həm ehtiyatda olan hərbçi kimi, həm də jurnalist kimi sevvincliyəm. Ən azından ona görə ki…
Millətimizin və dövlətimizin onurğa sütunu olan Azərbaycan Ordusunun dünəninə baxaraq, bu gününün sabaha QƏLƏBƏ imzası ata biləcək zabitlərindən biri haqqında yazmaq xoşbəxtliyim var! Vətən və Yaradıcılıq kontekstindən baxanda, bundan gözəl hiss yoxdur.
… Ümumilikdə götürsək, Azərbaycan zabitləri, başda Ali Baş Komandan olmaqla, xalqının etimadını doğruldur. O xalqın ki, onlara Vətən etibar edib. 
Ali Baş Komandan cənab İlham Əliyevin və Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun etimadını doğruldan zabitlərimiz hər zaman nümayiş etdirirlər ki, onlar əsgərləri ilə birlikdə müharibənin başlanmasından qorxmur, əksinə, bunu səbirsizliklə gözləyirlər.
Vətən, əlbəttə ki, Azərbaycan əsgərindən qələbə gözləyir. Əziz əsgər və zabitlərimiz də qələbə cücərdən, qəhrəmanlar yetişdirən bir torpağın əsirlikdə qalmamalı olduğunu gözəl bilirlər!
Azərbaycan Ordusunun zabit və əsgərlərinin o qələbəni qazanacağına inanıram! Azərbaycan əsgərinin vətənpərvərlik ruhunun həm də çox yüksək olması yaradıb o inamı məndə. Və həm də bu gün səngərdə dayanan əsgərə dövlət və ordu rəhbərliyi tərəfindən kifayət qədər qayğının göstərilməsi də dövlətin ordusuna inamı ilə bağlıdır.
Bu gün səngərdə – ön xətdə xalqın müdafiəsi üçün dayanmış əsgər və zabitlərimizin məqsədi, vəzifəsi birdir: Azərbaycan xalqının qələbəsini təmin etmək, şəhidlərimizin qanını yerdə qoymamaq, ana-bacılarımızın qisasını almaq və ən əsası, ÜÇRƏNGLİ BAYRAĞIMIZI Şuşada, Xankəndində dalğalandırmaq!
Ordumuzun qələbə əhvalına köklənmiş ruhundan vətən torpaqları da məmnundu. Hələ ki, mina partlayışlarından sinəsi dağılan torpaqlarımız sanki düşmən topunun zərbələrini öz canında, öz bədənində əridir! – bunu öz övladının, öz əsgərinin itkisinə yol verməmək üçün hətta  müqəddəs torpağımızın şəhidliyi kimi də başa düşmək olar. Güllə yağışından başları dəlik-deşik olmuş Vətən daşları da, qol-budaqları qırıq-qırıq olmuş ağaclar da düşmən gülləsini özləri dərirlər. Belə demək mümkündürsə, bu Vətənin torpağı da, daşı da, qol-budağı da sipərdi övladları üçün. Çünki onların nəfəsiylə oyanır o torpaqlarımız, onlara qucaq açır, onlara sğıınır vətən daşları da…
“Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi və təltif edilməsi haqqında imzaladığı sərəncam içərisində “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuş polkovnik-leytenant Xanıyev Vüsət Barat oğlunun adı diqqətimi çəkdi. Mən “Ali Baş Komandanın sərkərdə müdrikliyi bütün silahlardan üstündür və bütün döyüşlərdən qalib çıxmağa yetərlidir!” düşüncəsində olan bu zabiti yaxından tanıdığımdan, mükafata oxucularımıza da təqdim etmək istəyirəm…

Mükafata layiq görülən polkovnik-leytenant Vüsət Xanıyev qələbə əzmli, ürəyindən millət, torpaq sevgisi əskik olmayan ümummilli lider Heydər Əliyevin “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!” fikrini sübuta yetirmək üçün həmişə döyüşə hazır olub!
“Bu Vətənin torpağı – dərəsi də, dağı da bilir ki, əsgərlərimiz müharibəni səbirsizliklə gözləyirlər” , – deyir şəxsi heyətlə hər söhbətində polkovnik-leytenant Xanıyev: “Hələ ki, bağrı cadar-cadar olan dərələr də, sinəsi çat verən təpələr də bizi öz ağuşunda qoruyur və qələbəyə doğru səsləyir…”
“Uzaqdan asan gələn döyüşü addım-addım yaxınlaşdıran zaman yetişəndə Azərbaycan əsgər və zabitləri bu döyüşə qalib gəlmək üçün atılacaq. Necə ki, aprel döyüşlərində, Naxçıvan əməliiyatında bunun şahidi olduq” – bunu da polkovnik leytenant Xanıyev hər dəfə əsgər və zabitlərinə döyüş tapşırığını öyrədərkən deyir.
Və bir də…zabitin ən güvəndiyi məqam, an bilirsiz nədir? Vüsət Xanıyevın güllə səslərinə diksinən və don vurmuş  Murovun 35 dərəcə şaxtasında da, düşmənlə ən yaxın postlarda da heç vaxt qələbə ümidi qırılmayıb…
“Mənim uşağım camaatın övladından artıq deyil”
… Bir dəfə zabit dostum şəhərə xəstəxanaya gəlmişdi. Oğlan övladı dünyaya gələn Xanıyev elə həmin axşam geriyə qayıdanda təəccübümü gizlədə bilmədim və dedim:
– Vüsət, axı sənin həyat yoldaşının və oğlunun vəziyyəti agırdır. Bunları burda qardaş ümidinə qoyub hara gedirsən?
Cavabı verdiyim sual kimi məni təəcübləndirdi:
– 18 metrlik məsafədə əsgərlərimi düşmənlə üz-üzə qoyub gəlmişəm, mənim övladım heç kimin övladından artıq deyil!
Və özünü əsgərlərinə çatdırdı!
Əsgərin güllə yalayan alnından öpən komandir !
Bir dəfə komandir dostumla toy məclsiində idik. Arada bir nəfər gəlib  polkovnik-leytenant Vüsət Xanıyevə salam verdi:
– Komandir, tanıdnızmı məni?
– Nədən tanımayım, Aslanım?
Həmən də sualına cavab verdiyi əsgərə sualla müraciət etdi:
– N saylı postda atışmada güllə hansı üzündən kecmişdi?
Əsgər sifətinin sol tərəfini göstərdi.
 Komandir kecmiş əsgərinin alnınndan öpüb:
– Siz Səngər Aslanlarısız! Siz bu Vətənin yolunda yuxusuz qaldınız dövləti, milləti qorumaq naminə. Əsgər kimi yaxşı əsgər olmusan, çalış, həm də bu vətənin yaxşı vətəndaşı ol.
Bu sözləri əsgərinə polkovnik-leytenant Vüsət Xanıyev ona görə deyə bilir ki, o, hərbi xidmətdə olduğu müddətin 90 faizini səngərdə keçirib, əsgərlər onu görəndə “anası onu səngər üçün dünyaya gətirib” deyir! Vətənpərvər bir insan olaraq, millətinə olan sevgisindən qürur duyaraq, hamıya sübut edə bilib ki, o… əsgəri oz balası kimi sevən zabitdi!
22 nəfərlik düşmən dəstəsini zərərsizləşdirən zabit
Hələ apreldən əvvəl – avqust hadisələrində düşmənin gecə yarısı postumuza erməni kəşfiyyat-diversiya qrupunun qəfil hücumunun qarşısını alanda Vüsət Xanıyev xüsusi qəhrəmanlıq göstərmişdi.
Erməni diversiya qrupu sol və sağ tərəfdən olmaqla – iki istiqamətdən təpədəki postumuza qalxmağa cəhd göstərsə də, şəxsi heyət dairəvi müdafiəyə keçərək postu müdafiə edib. Verilən dəstək nəticəsində post gücləndirilib və düşmən sıxışdırılaraq itki verib.
Yeri gəlmişkən, qeyd edək ki, hadisə gününün səhərisi müdafiə naziri, general-polkovnik Zakir Həsənov dərhal hadisə yerinə gedərək bir qrup hərbi qulluqçuya  «Hərbi xidmətdə fərqlənməyə görə» medalının 3-cü dərəcəsi və qiymətli hədiyyələr təqdim edib.
Qürur, ağrı, təəssüf keçirən əsgərlərimizin arzuladığı qələbə əzmini nümayiş etdirməyə, qələbəni qazanmağa Vətən də hazırlaşır.
Bu vətən sizdən zəfər gözləyir, ey səngərdə güllə yağışında gül yox, güllə dərən əsgər və zabitlərimiz! Sizinlə qürur duyuruq və sizdən tez bir zamanda qələbə zəfəri gözləyirik.
YAZIYA SÖZARDI:
Bu gün hər birimizin içində bir Səngər Alqışı olmalıdı: “Yaşasın Azərbaycan Ordusu!”. “Yaşasın Azərbaycan əsgəri!”
Bizlər – evimizi Səngər etməyi bacaranlar, Səngərdə olmaya-olmaya Səngər həyatı yaşayanlar bu alqışlara həyat verməliyik!
“FARAĞAT! DİQQƏT SƏNGƏRƏ!!!” nidası bizim – qisas borcu boynunda qalan, qələbə haqqına yiyə duracaq insanların o möhtəşəm günədək hər an yaşam Himni olmalıdır!
O Himn “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan əsgəri!!!” anlamından keçir!..
Bu gün həm Azərbaycan Silahlıq Qüvvələr günüdür, həm də Azərbaycan Silahlıq Qüvvələrinin 100 illiyidir!  
Bayramımız Azərbaycan Ordusu! 
Bayramımız Azərbaycan əsgəri!
Aqil Alışov
 Miq.Az saytının təsisçisi və baş redaktoru
Ehtiyatda olan baş leytenant
Previous Post

Səngər Aslanlarının KOMANDİRİ-“Güllə dərən” zabitlər

Next Post

“Facebook”un səhmdarları Zukerberqdən narazıdır

Bənzər yazılar

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

İndiyə qədər 7 mindən çox şəxs kolleclərə qəbul üzrə ixtisas seçimində iştirak edib

07 Avqust 2026 - 09:57

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 9 avqust saat...

Biləcərinin bir hissəsində işıq olmayacaq

Ölkənin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

07 Avqust 2026 - 09:11

Bu gün ölkənin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq "Azərişıq"dan Elchi.az-a verilən məlumata görə, elektrik...

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

06 Avqust 2026 - 16:16

Dövlət İmtahan Mərkəzi 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək. Bu barədə Elchi.az-a DİM-dən məlumat verilib....

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

06 Avqust 2026 - 15:51

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40,4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki...

Next Post
“Facebook”un səhmdarları Zukerberqdən narazıdır

“Facebook”un səhmdarları Zukerberqdən narazıdır

“Facebook”un səhmdarları Zukerberqdən narazıdır

“Facebook”un səhmdarları Zukerberqdən narazıdır

Son xəbərlər

Süni intellekt yeni virusların yaradılmasında istifadə olundu

Süni intellekt yeni virusların yaradılmasında istifadə olundu

07 Avqust 2026 - 10:45
Qalibaf ABŞ-a: “Bizə daha çox teatr lazım deyil”

Qalibaf ABŞ-a: “Bizə daha çox teatr lazım deyil”

07 Avqust 2026 - 10:35
Ebola epidemiyası böyüyür: Virus mutasiyaya uğramış ola bilər

Ebola epidemiyası böyüyür: Virus mutasiyaya uğramış ola bilər

07 Avqust 2026 - 10:29
Danimarkada AI ilə köçürməyə qarşı şifahi müdafiə tələbi

Danimarkada AI ilə köçürməyə qarşı şifahi müdafiə tələbi

07 Avqust 2026 - 10:16
İsrail Diaspor Naziri Çikli: Makron bizi arxadan bıçaqladı

İsrail Diaspor Naziri Çikli: Makron bizi arxadan bıçaqladı

07 Avqust 2026 - 10:08
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

İndiyə qədər 7 mindən çox şəxs kolleclərə qəbul üzrə ixtisas seçimində iştirak edib

07 Avqust 2026 - 09:57
Azərbaycandan Ermənistana 5 vaqon taxıl yola düşdü

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 8 vaqon buğda, 10 vaqon daş kömür göndəriləcək

07 Avqust 2026 - 09:44
Birjalarda neft bahalaşdı

Azərbaycan nefti bahalaşıb

07 Avqust 2026 - 09:36
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

07 Avqust 2026 - 09:23
Biləcərinin bir hissəsində işıq olmayacaq

Ölkənin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

07 Avqust 2026 - 09:11
Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

06 Avqust 2026 - 19:28
UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

06 Avqust 2026 - 19:14
“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

06 Avqust 2026 - 18:58
Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50
Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

06 Avqust 2026 - 18:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.