"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda qəzalarda ölən insanların orqanları dərhal götürülə bilər

08 İyun 2018 - 12:22
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

Azərbaycanda qəzalar və ya təbii fəlakətlər zamanı ölmüş insanların orqan və toxumaları transplantasiya, tədris və elmi məqsədlər üçün götürülə bilər. Trend-in məlumatına görə, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Belə ki, qanuna təklif edilən 9.4-cü bəndə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olman şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər.

Bu halda məhkəmə-tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruri olmamasını bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir).

Qeyd edək ki, qanuna dəyişikliklər iyunun 5-də Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilib, lakin müzakirələrdən sonra dəyişikliklərin yenidən işlənməsi və müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, orqan köçürülməsində ən vacib şərtlərdən biri əməliyyatın tez həyata kerçirilməsidir: “Çünki beyin ölümü baş verəndən sonra müəyyən vaxtdan sonra bütün orqanlar öz funksiyalarını dayandırmağa başlayır və sıradan çıxır. Ona görə də beyin ölümü baş verəndən sonra nə qədər tez müddətdə orqan köçürülərsə, o qədər də effektiv nəticə verər”.

Deputat qəzada ölən şəxsin orqanlarının yaxınının icazəsi olmadan götürülməsi məsələsinə də aydınlıq gətirib: “Biz indi elektron səhiyyəyə keçirik, digər tərəfdən, icbari tibbi sığorta işləməyə başlayıb. İcbari tibbi sığortada hər bir şəxsin sığorta kartı olacaq. O sığorta kartında onun bütün tibbi göstəriciləri yazılacaq, o cümlədən əgər şəxs sağlığında vəsiyyət edibsə ki, “mən öləndən sonra orqanlarımı bağışlayıram və yaxud da orqanlarımın götürülməsinə etiraz etmirəm”, bu onun həmin kartında yazılacaq. O kartın nömrəsi isə vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi ilə eyni olacaq. Yəni vətəndaşın kartına baxdıqdan sonra daha onun qohumlarını gözləmək lazım deyil. Elektron qaydada vətəndaşın kartına baxıb görəcəklər ki, vətəndaş orqanlarını bağışlayıb, yoxsa yox. Əgər etirazı yoxdursa, orqanlar götürüləcək, lakin etiraz edibsə, təbii ki, onun orqanlarını götürmək olmaz. Yəni burada əsas məqsəd orqanın götürülməsinin tezliyini təmin etməkdir. Tutaq ki, bir şəxs rayonda qəzada dünyasını dəyişir, yaxını isə Bakıdadır. O gəlib razılıq verənə qədər ölmüş şəxsin orqanları artıq sıradan çıxacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanda hər il 1500-ə qədər insanın donorluğa ehtiyacı olur, ancaq meyitdən donor götürülə bilmədiyinə görə canlı insandan insana ildə 100-120 donorluq əməliyyatı keçirilə bilir: “Deməli, bundan təxminən 10 dəfə artıq ehtiyac ödənilməlidir. Ona görə də qanuna bu dəyişikliklərin edilməsinə ehtiyac var. İnsanlarımız da anlamalıdır ki, onsuz da bunun əzizi dünyadan köçüb, geri qaytarmaq mümkün deyil, heç olmasa orqan köçürməsi ilə digər insana kömək etməklə rəhmət qazanır”.

Previous Post

Azərbaycanda qəzalarda ölən insanların orqanları dərhal götürülə bilər

Next Post

Türkiyə İraqın üç bölgəsinə zərbə endirə bilər

Bənzər yazılar

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

20 Avqust 2026 - 15:52

2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib. Bu barədə Elchi.az-a MÜTDA-dan məlumat verilib. Qeyd olunub ki, proses 2–9-cu...

Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

20 Avqust 2026 - 15:14

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Elchi.az APA-ya istinadən xəbər...

Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

20 Avqust 2026 - 13:52

2026-cı ilin ilk yarısında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8 doğum düşüb. Elchi.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə,...

Qanunsuz çıxarılan 63 nəfər işinə bərpa edilib

Qanunsuz çıxarılan 63 nəfər işinə bərpa edilib

20 Avqust 2026 - 13:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan...

Next Post

Türkiyə İraqın üç bölgəsinə zərbə endirə bilər

Türkiyə İraqın üç bölgəsinə zərbə endirə bilər

Son xəbərlər

“İranı tam təcrid edəcəyik” – Trampdan yeni kampaniya

“İranı tam təcrid edəcəyik” – Trampdan yeni kampaniya

20 Avqust 2026 - 16:00
Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

20 Avqust 2026 - 15:52
Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır

Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır

20 Avqust 2026 - 15:43
8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi

8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi

20 Avqust 2026 - 15:30
Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

20 Avqust 2026 - 15:14
Mertsin reytinqi bütün dövrlərin ən aşağı səviyyəsinə düşüb

Mertsin reytinqi bütün dövrlərin ən aşağı səviyyəsinə düşüb

20 Avqust 2026 - 15:00
Türkiyənin əhalisinin sayı açıqlandı

Türkiyənin əhalisinin sayı açıqlandı

20 Avqust 2026 - 14:48
Paşinyan: Ermənistan ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır

Paşinyan: Ermənistan ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır

20 Avqust 2026 - 14:39
Özünə xəsarət yetirmişdi: AFFA-dan ağır cəza…

Özünə xəsarət yetirmişdi: AFFA-dan ağır cəza…

20 Avqust 2026 - 14:28
Ermənistanda Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Ermənistanda Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

20 Avqust 2026 - 14:13
Tokionun NATO planları Pekini narahat etdi

Tokionun NATO planları Pekini narahat etdi

20 Avqust 2026 - 14:00
Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

Doğumun ən yüksək və ən az olduğu RAYONLAR

20 Avqust 2026 - 13:52
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı

Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı

20 Avqust 2026 - 13:43
Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

20 Avqust 2026 - 13:30
Qanunsuz çıxarılan 63 nəfər işinə bərpa edilib

Qanunsuz çıxarılan 63 nəfər işinə bərpa edilib

20 Avqust 2026 - 13:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.