"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Rövşən Lənkəranski”nin qardaşı qisas üçün Bakıdan Piterə killer göndərdi (FOTOLAR)

14 May 2018 - 18:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq İdarəsi 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun işi üzrə istintaqı tamamlayıb. 
Elchi.az Virtualaz.org-a istinadən xəbər verir ki,  “Peterbuqskiy dnevnik” nəşrinə istinadla xəbər verir ki, Nüsrətov ötən il aprelin 28-də şəhərin Lenin prospektində Cabir Həsənov adlı azərbaycanlının qətlinə yardım etməkdə təqsirləndirilir. Hansı ki, əməliyyat məlumatlarına görə Cabir Həsənov “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamı olub. Nüsrətovun işi və Həsənovun qətli kriminal qruplaşmalar (“Rövşən Lənkəranski”nin klanı ilə “Lotu Quli”nin qruplaşması) arasında bir neçə ölkəni əhatə edən müharibənin ən qanlı epizodlarından biridir.
İstintaqın versiyasına görə Nazim Nüsrətov özü nə “Lotu Quli”nin, nə “Rövşən Lənkəranski”nin qruplaşmasına bağlı deyil. O, 2017-ci ilin aprelində Bakıdan Sankt-Peterburqa gedən və hazırda axtarışda olan tanışı, 23 yaşlı Camal Həsənovun xahişi ilə Cabir Həsənovun qətlinə yardım edib. Öz adına nömrə götürərək Camal Həsənovu şəhərdəki mini-otellərdən birinə yerləşdirib, sonra ona qətldə istifadə etmək üçün avtomobil alıb, sim-kartlarla təchiz edib. Habelə uzaq qohumu vasitəsilə Həsənovu qətldən sonra Belarusa keçirib. Bütün bunlara görə 150 min rubl alıb. Pullar bir neçə tranşla onun bank hesabına köçürülüb.
Nüsrətovun əvvəllər qanunla ciddi problemi olmayıb, hərçənd cinayətdə iştirak edərkən onun yaşayış yerini tərk etməmək barədə iltizamı var idi. Çünki Nüsrətovun üzərindən patron aşkarlanmışdı. Bu iş üzrə o, Həsənovun qətlinə görə saxlanıldıqdan bir gün sonra 5 ay həbs cəzası alıb. Nüsrətov rəsmi olaraq işsizdir, amma şəhərdə “BMW X5”lə gəzirmiş və tez-tez mobil telefon nömrələrini dəyişirmiş.
Cinayət işinin materiallarına görə Nüsrətov Bakıdan gedən killer üçün “VAZ 21103” markalı, “badımcan” rəngli avtombili tanışı vasitəsilə 95 min rubla alıb. Əvvəlcədən xəbərdarlıq edib ki, avtomobil yeni sahibinin adına qeydiyyatdan keçirilməyəcək. Avtomobili dərhal avtoservisə göndəriblər və şüşələrinə qara plyonka vurdurublar. Lenin prospekti, 148 ünvanında yaşayan sakinlər sonrakı iki gün ərzində həmin avtomobili həyətdə görüblər, hansı ki, “qafqazlı görkəmli sürücü” kimisə gözləyirdi…
Aprelin 28-də axşamdan xeyli keçmiş həyətin əsas girişində atəş səsləri eşidilir, bundan sonra şahidlər qara gödəkçəli, “kapşonlu” şəxsin cəld həmin “VAZ”ın sükanı arxasına keçərək qaza basdığını görüblər. Həmin binada hadisədən bir neçə ay əvvəl məskunlaşan 42 yaşlı Azərbaycan vətəndaşı Cabir Həsənov isə aldığı 6 güllə yarasından yerindəcə ölmüşdü.
Hadisə yerinə gələn əməliyyatçılar onun üzərindən saxta sənədlər, mobil telefonunda isə Camal Həsənovun pasportunun fotosunu aşkar ediblər. Həmin Camal Həsənov ki, istintaqa ifadə verən gizli şahidin bildirdiyinə görə “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin ştatlı killeridir.
Qətldə istifadə olunan avtomobil hadisə yerindən bir neçə kvartal aralıda atılmış vəziyyətdə tapılıb. Məlum olub ki, killer kameralara yaxalanmamaq üçün qurbanını gözləyəndə heç tualetə də getmirmiş, kiçik ehtiyacını boş butulkalara “ödəyirmiş”.
Nazim Nüsrətov qətldən bir neçə gün sonra-mayın 31-də tutulub. Əvvəlcə o, daha səmimi ifadələr verib. Baş İstintaq İdarəsinin müstəntiqi Yuri Yaşkov deyir ki, Nüsrətov hətta killerə 150 min rubla tapança satdığını da bildirib. Guya həmin tapançanı tapıbmış. Lakin sonradan vəkilinin köməyi ilə ifadəsini dəyişdirib, bildirib ki, Həsənovun Bakıdan hansı məqsədlə gəldiyindən xəbəri yox idi. Və kömək etməyə bu səbəbdən razılaşıb ki, Əfqan adlı hansısa tanışı onun Azərbaycanda yaşayan valideyinlərinə divan tutmaqla hədələyib. Nüsrətov əvvəlcə həmin Əfqanı “köhnə dostu” kimi təqdim edib, daha sonra ifadəsini dəyişərək onu “təsadüfi tanışı” adlandırıb. Habelə ifadəsində killerin pistoleti özü aldığını, 150 min rublu isə əvvəlcədən bank kartı ilə köçürdüyü puldan geri qaytardığını bildirib.
“Lakin istintaqın heç bir şübhəsi yoxdur ki, təqsirləndirilən şəxs killerə şüurlu şəkildə kömək edib və hər şeyi anlayıb”-baş müstəntq Vyaçeslav Mazurenko bildirib.
Bəs Lenin prospektindəki bu qətlin motivi nə olub? “Rövşən Lənkəranski”nin əvvəllər gömrük orqanlarında işləyən qardaşı Bakıdan Cabir Həsənovu öldürmək üçün killeri hansı motilvlə göndərib?
Bu motiv barədə istintaqa ifadə verən gizli şahid danışıb. Şahidin ifadəsinə əsasən Cabir Həsənov bir neçə dəfə Sankt-Peterburqdakı “Apraksin dvor” bazarında alver edən azərbaycanlıların arasında sərxoş vəziyyətdə və narkotikin təsiri altında deyib ki, 2016-cı ilin avqustunda İstanbulda “Rövşən Lənkəranski”ni güllələyənlərdən biri şəxsən özüdür.
Hüquq-mühafizə orqanlarının məlumatlarına görə Cabir Həsənov “Apraksin dvor” bazarında ticarətçilərdən haqq yığmaqla məşğul olub. Onun öldürülməsindən sonra bu işi Mahir Məmmədova həvalə ediblər. Həmin Mahir Məmmədov isə bir neçə gün əvvəl Sankt-Peterburqun Lomonosov küçəsində 32 yaşlı Füzuli Qarayevi güllələyib. Daha sonra gizləndiyi mənzilin şkafında xüsusi təyinatlılar tərəfindən tutulub. Bildirilir ki, Mahir Məmmədov etibarını itirdiyi üçün onun yerinə bazardan haqq yığmağa Qarayevi təyin ediblər, qətl də bu səbəbdən törədilib.
İstintaqa ifadə verən gizli şahidin bildirdiyinə görə işdə adı keçən Əfqan adlı şəxs “Rövşən Lənkəranski”nin doğma qardaşının sürücüsüdür. Onun oğlu isə Azərbaycand həbsdədir. Çünki Nadir Səlifovun yaxın adamlarından olan “Piter Elçin” ləqəbli Elçin İsmayılovun yaxın qohumunu Masallıda qətlə yetirənlərdən biridir. (Bu səs-küylü qətl haqda Azərbaycan mətbuatı geniş yazıb)
Əməliyyat məlumatlarına əsasən vaxtilə “Rövşən Lənkəranski” ilə “Piter Elçin” arasında Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasına nəzarət uğrunda münaqişə yaranıb. Bu münaqişənin nəticəsi olaraq “Piter Elçin”in qardaşı Maarif İsmayılov 2016-cı il iyunun 20-də həmin bazarda güllələnib. Qətli törədən killer Emil Hüseynovu bazarın mühafizəçiləri saxlayıb. Bu yaxınlarda onun məhkəməsi başa çatıb və 12 il həbs cəzası alıb. İş üzrə daha iki azərbaycanlı fiqurantın məhkəməsi davam edir.
2017-c il oktyabrın 23-də isə Peterburun Turku küçəsində Azərbaycan vətəndaşları Hüseyn İsgəndərov və Emin Əhmədov yaxalanıblar. Onlar Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı. Çünki “Lotu Quli”nin yaxın adamı olan Elşən Məmmədovu Tiflisin mərkəzində güllələmişdilər. Peterburqa isə istintaqın versiyasına görə “Piter Elçin”in qətli üçün ezam edilmişdilər.
Həmin iki killerdən biri Emin Əhmədov Rövşən Canıyevin öldürülməsindən sonra onun klanına başçılıq etməyə başlayan Zaur Əhmədovun (“Zayka”) qardaşıdır. Gizli şahidin ifadəsinə görə “Ded Xasan”ın qətlinin də arxasında “Rövşən Lənkəranski”nin klanı dayanır.
Hazırda “Piter Elçin” ləqəbli Elçin İsmayılov axtarışdadır. 2017-ci ilin sonlarında onun barəsində raketçilik və quldurluq ittihamları ilə 11 il qiyabi həbs cəzası çıxarılıb. Məlum olduğu kimi “Lotu Quli”nin özü də Rusiyada axtarışdadır.
Rövşən Canıyevin qardaşı Namiq Canıyev başda olmaqla 2017-ci il noyabrın əvvəllərində İstanbulda tutulan 11 nəfərlə bağlı əhvalat barədə də artıq məlumdur. Həmin dəstə “Lotu Quli”nin iqamətgahına hücum edib onu öldürməyə hazırlaşırdı. Saxlanılanlar arasında Peterburqdakı həmin səs-küylü qətli törədən Camal Həsənov da olub, amma sonradan onları sərbəst buraxıblar. Müharibə isə davam edir…
 
Previous Post

“Rövşən Lənkəranski”nin qardaşı qisas üçün Bakıdan Piterə killer göndərdi (FOTOLAR)

Next Post

Sumqayıtda ağır qəza: yol polisi öldü, daha iki nəfər yaralandı

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post
Sumqayıtda ağır qəza: yol polisi öldü, daha iki nəfər yaralandı

Sumqayıtda ağır qəza: yol polisi öldü, daha iki nəfər yaralandı

Sumqayıtda ağır qəza: yol polisi öldü, daha iki nəfər yaralandı

Sumqayıtda ağır qəza: yol polisi öldü, daha iki nəfər yaralandı

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.