"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Vaqif Əliyevin şübhəli bank əməliyyatları

04 May 2018 - 13:05
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Vaqif Əliyevin şübhəli bank əməliyyatları
Azərbaycan Dövlət Neft Şirkətinin vəsaitlərini talamaqa ittiham olunan SOCAR-ın xarici sərmayələr idarəsinin rəisi, “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin oğlunun İsveçrə banklarındakı hesabında 28 milyon dollar dondurulub.
Bu barədə avropa.info məlumat yayıb.
Məlumata görə, İsveçrə hökuməti tərəfindən Vaqif Əliyevi qəfil ifşası çox məqamlardan xəbər verir: “Ən azı düşünmək olar ki, indi Vaqif Əliyevin dəbdəbəli həyat tərzi keçirən oğlunu korrupsiya cinayətləri üzrə həbs gözləyir. Çünki İsveçrə Konfederasiyası hökuməti sözügedən vəsaiti çirkli pullar hesab edir. Bununla əlaqədar İsveçrə Konfederasiyası hökuməti Azərbaycanın müvafiq qurumlarını da xəbərdar edib. Hətta yaxın vaxtlarda İsveçrə Federal Şurası tərəfindən Vaqif Əliyevin bütün aktivlərinin dondurulması gözlənilir”.
“Əgər aparılan təhqiqat nəticəsində bu aktivlərin qanunsuz yolla əldə olunduğu müəyyənləşdirilərsə, İsveçrə hökuməti bunları Azərbaycan dövlətinə qaytarmağa borcludur. Hazırda Azərbaycanın müvafiq qurumlarının bu məsələ ilə bağlı hansı addımları atması hələlik bizə məlum olmasa da, görünən odur ki, Vaqif Əliyev bütün vasitələrlə özünü xilas etməyə çalışır”, – məlumatda deyilir.
Rəsmi məlumatlara görə, SOCAR özünün SOCAR Turkey törəmə şirkəti ilə Türkiyə iqtisadiyyatına 12,6 mlrd. dollar sərmayə yatıraraq, bu ölkədə ən böyük investora çevrilib.
SOCAR Turkey-in strukturuna Petkim, STAR Rafineri, Petlim, SOCAR Fiber, SOCAR Dagitim, SOCAR Depolama kimi şirkətlər daxildir. SOCAR-ın törəmə şirkəti həmçinin TANAP layihəsində 7% pay alıb.
SOCAR Türkiyə şirkətində Vaqif Əliyevin rəhbərliyi altında onlarla şirkət fəaliyyət göstərir, onlara milyardlarla dollar vəsait yatırılıb, 2020-ci ilin sonuna isə Azərbaycanın Türkiyəyə yatırımlarının həcminin 19,5 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.
Belə investisiyalar şirkət rəhbərliyindən maksimal peşəkarlıq, dövlətin hər bir qəpiyinin hesablanması, gələcək investisiyalar üçün ölkə və şirkət rəhbərliyinə təqdim olunan layihələrin dərin təhlilinin aparılmasını tələb edir: “Lakin reallıqda biz nə alırıq? Əgər axtarış sistemlərində Vaqif Əliyevin adını yazsaq, KİV-də başçılıq etdiyi şirkətin fəaliyyəti haqqında bir neçə növbətçi bəyanatlardan başqa, biz böyük mətbu orqanlarda sonuncunun Fətullah Gülənin terrorçu FETÖ təşkilatı ilə sıx əlaqələrindən bəhs olunan onlarla məqalə ilə qarşılaşırıq. Türkiyənin “Sabah” qəzetinin hələ 2015-ci ildə yazıdığına görə, Fətullah Gülən və onun tərəfdarları Türkiyənin energetika sektorunu özlərinə tabe etmək üçün qardaş ölkənin bu sənayesinə onlarla milyard dollar yatırmağa hazırlaşan SOCAR-da öz adamlarını yerləşdiriblər. Bu adamların başlıca məqsədi isə təmsil etdikləri şirkətlərə gəlir gətirmək yox, Türkiyə hakimiyyətini, o cümlədən prezident Ərdoğanı dəstəkləyən sənayeçilərin mövqelərinin zəiflədilməsi olub. Əlbəttə, yekunda Azərbaycan dövləti, Azərbaycan xalqı on milyardlarla dollar vəsait itirir, onun pulları uğurlu layihələrə yox, gülənçilərin Türkiyənin qanuni hakimiyyəti ilə mübarizəsinə sərf olunur. Bir neçə il əvvəl Türkiyə rəhbərliyi terrorçu-gülənçilərlə mübarizəyə başladı və Azərbaycan tərəfi bu işdə onlara dəstək oldu, özünü SOCAR Turkey-in rəhbərliyinə soxmuş bir çox nurçular işdən qovuldular. Lakin bu gün SOCAR Turkey-in qardaş ölkənin ərazisindəki fəaliyyətini təhlil edib, bunun tam belə olmadığı qənaətinə gəlirsən”.
“Belə ki, SOCAR Turkey-in indiki rəhbəri Vaqif Əliyevin adı daim “nurçu”, “gülənçi” kimi sözlərlə yanaşı çəkilib. Buna əmin olmaq üçün Azərbaycan və Türkiyə KİV-dəki çoxsaylı məqalələri oxumaq kifayətdir. Axı “Sabah” qəzeti kimi hörməli mətbu orqan əlində konkret sübutlar olmadan gülənçi Vaqif Əliyev haqqında yazmazdı. Nəzərə alaq ki, həmin yazıda adı keçən bir çox şəxslər nəticədə öz işlərini itirdilər, onların günahları sübut olundu. Lakin şirkət rəhbəri Vaqif Əliyev əsl nurçu davranışı nümayiş etdirərək, bu dəfə də gizləndi və SOCAR Turkey-in başında dayanaraq, müəllimi Gülənin qardaş Türkiyə rəhbərliyinə qarşı müharibəsini davam etdirdi. Bu məqsədlə xərclənən milyardlar isə Azərbaycan xalqının və dövlətinindir. Belə ki, bu gün Petkim istisna olarsa, SOCAR Turkey-in bütün digər fəaliyyəti yalnız Azərbaycanla bağlıdır – bura həm neft və neft məhsulları, həm də qaz ixracı daxildir. Gələcək neft-kimya layihələrinin böyük əksəriyyəti də məhz Azərbaycan qazına söykənir. Başqa sözlə, bu şirkətlər Azərbaycan qazının satışında vasitəçi rolunu oynayacaqlar və beləliklə, Azərbaycan üçün heç bir əlavə dəyər formalaşdırmayacaqlar. Onlar Türkiyədə qazın yayılması şəbəkəsini quraraq, qardaş ölkə bazarında uğurlu ola bilərlər, yəni qısaca, gülənçilərin Ərdoğan tərəfdarları sənayeçilərlə mübarizəsi prizmasından”.
“Azərbaycan üçün böyük gəlir gözləməyə dəyməz. SOCAR Turkey-in indiki rəhbərliyinin yatırımları, sadəcə, Türkiyə rəhbərliyinə yaxın şəxslərin bazardan çıxarılmasını nəzərdən tutur və belə fəaliyyət Azərbaycana heç bir gəlir gətirmir. Gülənçi Vaqif Əliyevin tək məqsədi var. Və bu məqsəd Azərbaycan xalqının və dövlətinin rifahı deyil. Digər tərəfdən Vaqif Əliyev və onun oğlunun bu əməlləri ölkə başçısının məmur övladları ilə bağlı etdiyi xəbərdarlıq çıxışlarına adekvat deyil. Təcrübə də göstərir ki, prezident İlham Əliyev dövlətin vəsaitlərini oğurlayan, xaricdə dəbdəbəli həyat tərzi keçirən bu cür məmurları əsla bağışlamır. Yaxın tarixə nəzər salsaq görərik ki, son illər ölkə başçısı qudurğanlıq edən məmur övladlarının əməllərinə görə nə qədər dövlət məmurunu işdən azad edib”, – məlumatda qeyd olunur.
“Burada maraqlı sual da ortaya çıxır, məgər Vaqif Əliyev korrupsiyada ittiham olunaraq həbs edilən məmurların sonrakı aqibətinindən nəticə çxarmır? Buna görə də hər bir insan hansı mənsəb və ya var-dövlətə sahib olmasından asılı olmayaraq, həddini aşmamalıdır. Həmişə çalışıb həddini bilməlidir. Nəfsin ağıla bələdçilik elədiyi insanlarda, ailədə, nəsildə və cəmiyyətdə heç kim xoşbəxt ola bilməz. Övladı harınlıq edən məmur gedib hansısa strukturda yüksək vəzifədə otura və ya pulun, milyonların içində üzə bilər, amma o mənsəb və pullar onun üçün “qızıl ləyən”dir, içində qan qusur. Gərək ki, Vaqif Əliyev də bu məsələlərdə “gözü çıxmış qardaş”ından öyrənsin!”, – mənbə deyir.
Previous Post

Qüdrət Həsənquliyev: “Region ölkələrindən əməkhaqqına görə geri qalırıq”

Next Post

Ödənişsiz onlayn sınaq imtahanı olacaq

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post
Ödənişsiz onlayn sınaq imtahanı olacaq

Ödənişsiz onlayn sınaq imtahanı olacaq

Ödənişsiz onlayn sınaq imtahanı olacaq

Ödənişsiz onlayn sınaq imtahanı olacaq

Son xəbərlər

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 22:42
Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

25 Avqust 2026 - 22:41
Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

25 Avqust 2026 - 22:40
Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

25 Avqust 2026 - 22:36
“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

25 Avqust 2026 - 20:24
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

25 Avqust 2026 - 20:22
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

25 Avqust 2026 - 20:21
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20
Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bu şəhərdə qaz olmayacaq

25 Avqust 2026 - 19:25
Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

25 Avqust 2026 - 19:18
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

25 Avqust 2026 - 19:16
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

25 Avqust 2026 - 19:08
Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

25 Avqust 2026 - 18:56
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.