"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəzalar təsdiqləndi

01 May 2018 - 17:12
in SİYASƏT
FacebookVatsap
Hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəzalar təsdiqləndi
Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişiklik hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəzaları nəzərdə tutur.
Dəyişikliklə İnzibati Xətalar Məcəlləsinə yeni-517-2-ci (Hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsi əlavə edilir.
Maddəyə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.
Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunur.
Rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnir.
Karantin tələblərinin, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin pozulmasına görə fiziki şəxslər əlli manatdan doxsan manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə olunur.
Şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılmasına maneçilik törədilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə kəsilir.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların keçirildiyi xüsusi iş rejiminə əməl olunmamasına görə vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi üçün tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunmasına, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə cərimə olunur.
Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətə əməl olunmamasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışı ilə bağlı qoyulmuş məhdudiyyətə və ya qadağaya, yaxud narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə müəyyən edilmiş xüsusi rejimə əməl olunmamasına, habelə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər dörd min beş yüz manatdan altı min beş yüz manatadək məbləğdə cərimələnir.
Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminə əməl etməməyə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Hərbi vəziyyət dövründə stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunmasına (köçürülməsinə) maneçilik törətməyə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli qanununun tətbiqi ilə əlaqədardır.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Bunu da oxuyun

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

İlham Əliyev Buxarada səfərdədir

Previous Post

Hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəzalar təsdiqləndi

Next Post

Yeni cərimələr təsdiq olundu

Bənzər yazılar

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust 2026 - 18:09

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi təltif edib....

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

24 Avqust 2026 - 11:46

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib. Elchi.az xəbər verir ki,...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev Buxarada səfərdədir

24 Avqust 2026 - 11:32

Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib. Elchi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Prezident İlham Əliyev Zelenskini təbrik edib

24 Avqust 2026 - 11:10

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əlamətdar...

Next Post
Yeni cərimələr təsdiq olundu

Yeni cərimələr təsdiq olundu

Yeni cərimələr təsdiq olundu

Yeni cərimələr təsdiq olundu

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən aparılacaq

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən aparılacaq

24 Avqust 2026 - 19:28
DİM rezidentura namizədlərinə müraciət etdi

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyatın vaxtı bilinib

24 Avqust 2026 - 19:20
ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

24 Avqust 2026 - 19:17
DİM bu imtahanın nəticələrini elan etdi

İxtisas seçiminin nəticələri açıqlanıb, 58 947 nəfər ali məktəblərə qəbul olunub – YENİLƏNİB

24 Avqust 2026 - 19:15
300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib

300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib

24 Avqust 2026 - 19:10
İtaliya Ukraynaya yeni yardım paketi hazırlayır

İtaliya Ukraynaya yeni yardım paketi hazırlayır

24 Avqust 2026 - 19:04
Xətai rayonun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

Xətai rayonun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək

24 Avqust 2026 - 18:53
Bu il 44 min uşaq bağçalara qəbul olunub

Bu il 44 min uşaq bağçalara qəbul olunub

24 Avqust 2026 - 18:45
İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb

İndiyədək 121 909 nəfər I sinfə qəbul üçün elektron sistem vasitəsilə sorğu yaradıb

24 Avqust 2026 - 18:38
Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

24 Avqust 2026 - 18:27
Bağdadda “Həşd əl-Şaabi”nin yüksəkrütbəli nümayəndəsi Əbu Cəfər əl-Kəabi saxlanılıb

Bağdadda “Həşd əl-Şaabi”nin yüksəkrütbəli nümayəndəsi Əbu Cəfər əl-Kəabi saxlanılıb

24 Avqust 2026 - 18:19
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust 2026 - 18:09
Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

24 Avqust 2026 - 18:00
Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

24 Avqust 2026 - 17:46
Bakıda bu yol bağlanır

Bakıda bu yol bağlanır

24 Avqust 2026 - 17:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.