EN RU

Bu gün Azərbaycanda ilk – Su çərşənbəsi qeyd olunur

>

Bunu da oxuyun

Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur.

Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaqla bağlı çərşənbələri təntənəli şəkildə qeyd edirlər.

El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi – kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur.

Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər. Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.

Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.

Bənzər yazılar

Next Post

Son xəbərlər

İran ABŞ-ni yeni hərbi avantüralardan çəkindirərək ölkənin ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qətiyyətlə müqavimət göstərməyə hazır olduğunu bildirib.  “Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı bildirib.  Qeyd olunub ki, tərəflər regiondakı son hadisələri müzakirə edib və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Əraqçi İran xalqının və ölkənin silahlı qüvvələrinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq qətiyyətini vurğulayaraq, ABŞ-nin İrana son zərbələrini pisləyib.  Əraqçi, həmçinin bildirib ki, ABŞ rəsmilərinin qarşılıqlı anlaşma memorandumuna əməl edilmədiyinə dair bəyanatları Vaşinqtonun öz öhdəliklərini pozduğunu və onun eskalasiya siyasətini davam etdirdiyini göstərir.
WP2Social Auto Publish Powered By : XYZScripts.com