"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Vaqif Əsədovdan sürücülərə və piyadalara MÜRACİƏT

01 Fevral 2018 - 09:57
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

“Paytaxtın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. Bu məsuliyyət, o qədər həssas məqamdır ki, ictimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq. Əgər şəxs – sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, hüquq və vəzifələrə görə məsuliyyət yaranır”.

“Report”un xəbərinə görə, bunu Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, nəhəng meqapolisə çevrilən, 674 min avtomobilin istifadə olunduğu, 655 yol ayrıcı, 70 piyada keçidinin, svetoforla tənzimlənən 319 yol, 83 dəmiryolu ilə avtomobil yolunun kəsişməsinin, 69 tunel və körpünün mövcud olduğu paytaxt Bakıda insanlar hüquq və vəzifələrinə diqqətli yanaşmalıdır: “Əsas qanun tələb edir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Yəni, hüquqlardan sui-istifadəyə yol verilmir. İndiki halda paytaxtın 2244 km məsafədə olan yol şəbəkəsinin son beş ildə hadisələr üzrə təhlili göstərir ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyatsızlıqdır.

Əsasən ehtiyatsızlıqdan 2017-ci ildə Bakı şəhərində 646 yol qəza hadisəsi qeydə alınırsa, nəticədə 207 nəfər insan təlafatı baş verirsə, bu təkcə dövləti, yol polisini qayğılandırmır, eləcə də həmin şəxsin üzvü olduğu ailənin faciəsinə səbəb olur, cəmiyyəti narahat edir. Başqa sözlə deyək ki, əgər hadisələrdə 552 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alırsa, həmin şəxs ömür boyu düşdüyü hadisəni, yaxud bais olduğu qəzanın izlərini daşıyır.

Təqsirli olaraq, ehtiyatsızlıqdan törədilən ölümlə nəticələnən nəqliyyat hadisələri üzrə 2013-cü ildən dövlət tərəfindən həyata keçirilən sistemli və qabaqlayıcı profilaktik tədbirlər göstərir ki, hərəkət iştirakçılarının təhlükəsizliyinin mühafizəsi səmərəli olub. Xüsusilə, ölən və yaralananların statitistikasını son 5 illə müqayisə etsək görərik ki, onların sayında azalma müşahidə olunur”.

V.Əsədov müqayisəli rəqəmlər göstərərək deyib ki, – 2013-cü ildə 1011 yol-nəqliyyat hadisəsində 342 nəfər insan tələfatı olub, 1000 nəfər yaralanıb: “Yəni, beş il əvvəlki ilə müqayisədə hadisələrin sayı, ölüm və xəsarət faktları azalıb. Beş il əvvəl Bakıda 520 min qeydiyyatda olan avtomobilin hərəkət etdiyi yolların uzunluğu 2100 km, 640 yol ayrıcı, 60 yeraltı və yürüstü piyada keçidi, svetoforla tənzimlənən 282, 62 dəmiryolu ilə avtomobil yolunun kəsişməsi, 67 tunel və körpü ilə əhatə olunurdu.

Daxili İşlər Nazirliyində, yol polisində aparılan ümumiləşdirmələrdən çıxan nəticə, məhkəmə təcrübəsi ilə yekunlaşan qərar və hökmlər də subut edir ki, avtomobil yollarında hərəkət iştirakçılarının əsas təqsiri ehtiyatsızlıqdır ki, istər sürücü olsun, istərsə də piyada ictimai qaydaya diqqətli yanaşmalıdır. Hər bir halda qanunla yolda hərəkət iştirakçısına çevrilən insan şəxsi məsuliyyətini həyat amalına çevirməlidir”.

Previous Post

Vaqif Əsədovdan sürücülərə və piyadalara MÜRACİƏT

Next Post

Televziyalarda ədəbi dil normaları pozulur – Monitorinqlər başlayır

Bənzər yazılar

Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

22 Sentyabr 2026 - 11:40

"Yerli istehsalın artırılması bizim üçün önəmlidir". Elchi.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağababayev “ADEX” və...

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

22 Sentyabr 2026 - 11:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu...

FHN-dən əhaliyə müraciət – VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

22 Sentyabr 2026 - 10:15

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib. Elchi.az xəbər evrir ki, müraciətdə deyilir: "Fövqəladə Hallar...

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59

Sabah Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Televziyalarda ədəbi dil normaları pozulur – Monitorinqlər başlayır

Televziyalarda ədəbi dil normaları pozulur - Monitorinqlər başlayır

Televziyalarda ədəbi dil normaları pozulur – Monitorinqlər başlayır

Televziyalarda ədəbi dil normaları pozulur - Monitorinqlər başlayır

Son xəbərlər

Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

22 Sentyabr 2026 - 11:40
Alimlər ilk dəfə ekzoplanetdən gələn radio siqnallarını aşkar edib

Alimlər ilk dəfə ekzoplanetdən gələn radio siqnallarını aşkar edib

22 Sentyabr 2026 - 11:34
ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

22 Sentyabr 2026 - 11:21
Aİ və 6 ölkə çoxtərəfli sistemi gücləndirmək üçün təşəbbüsə başlayıb

Aİ və 6 ölkə çoxtərəfli sistemi gücləndirmək üçün təşəbbüsə başlayıb

22 Sentyabr 2026 - 11:13
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

22 Sentyabr 2026 - 11:00
Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlanıb

22 Sentyabr 2026 - 10:57
Aİ-nin Ali Nümayəndəsi Kallas “güclü təzyiq” altında olan BVM-in qorunmasına çağırır

Aİ-nin Ali Nümayəndəsi Kallas “güclü təzyiq” altında olan BVM-in qorunmasına çağırır

22 Sentyabr 2026 - 10:48
“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev

“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev

22 Sentyabr 2026 - 10:46
Yaponiyada tayfun xəbərdarlığı: 2 ölü, 1,9 milyon nəfər təxliyə edilib

Yaponiyada tayfun xəbərdarlığı: 2 ölü, 1,9 milyon nəfər təxliyə edilib

22 Sentyabr 2026 - 10:37
Ağ Ev özünün “Trump TV” kanalını istifadəyə verib

Ağ Ev özünün “Trump TV” kanalını istifadəyə verib

22 Sentyabr 2026 - 10:24
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

22 Sentyabr 2026 - 10:15
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

22 Sentyabr 2026 - 09:54
İran Türkiyəyə qaz ixracını dayandırdı

Nyu-York birjasında təbii qaz bahalaşıb

22 Sentyabr 2026 - 09:46
Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında neftin qiyməti artır

22 Sentyabr 2026 - 09:38
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Yaşayış binasında köməksiz qalan azyaşlılar xilas olunub – VİDEO

22 Sentyabr 2026 - 09:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.