"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

İspaniya Azərbaycanın yolu ilə gedir? – Kataloniya məsələsində maraqlı gəlişmə

30 Oktyabr 2017 - 08:55
in aktual-banner, Banner, Cebhe-banner, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

“Kataloniya İspaniyanın daxili işidir” deyən beynəlxalq birlik eyni yanaşmanı niyə Qarabağ məsələsində sərgiləmir?

Bunu da oxuyun

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

İspaniya dövləti Kataloniyada keçirilən referendumdan sonra bu bölgə ilə bağlı ard-arda addımlar atmaqdadır. Son atılan addımlardan biri Kataloniyanın muxtariyyətinin ləğv edilməsi oldu. Prosesin gedişini izlədikdə İspaniyanın vaxtilə Azərbaycanın getdiyi yol ilə getdiyi təəssüratı yaranır. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycandan ayrıldıqlarını elan etdikdən sonra Azərbaycan da Dağlıq Qarabağın Muxtar Vilayət statusunu ləğv etmişdi.

Beynəlxalq təşkilatların və əsasən də Avropa dövlətlərinin Kataloniya və Dağlıq Qarabağ məsələsinə münasibətlərində isə açıq-aşkar fərq olduğu ortalıqdadır. Kataloniya məsələsinin İspaniyanın daxili işi olduğunu bəyan edən BMT, ATƏT, Avropa Birliyi, bütün Avropa dövlətləri eyni mövqeni illərdir Qarabağ məsələsinə münasibətdə ortaya qoymurlar. Belə fərqli yanaşmanın nədən qaynaqlandığı barədə politoloq Natiq Miri ilə danışdıq.

Politoloq öncə bildirdi ki, sözügedən hər iki prosesi düzgün dəyərləndirmək lazımdır: “Qarabağ problemi ilə Kataloniya məsələsinin mənbəyi və mahiyyəti eyni deyil. Onu qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ problemi təkcə separatizm deyil, eyni zamanda ortada kənar bir dövlət – Ermənistan tərəfindən Dağlıq Qarabağın işğal edilməsi faktoru var. Çünki bütün bu proses böyük Ermənistan ideyası adı altında Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal etməklə oranı Ermənistana birləşdirmək, mümkün olmasa, ən azından ikinci bir erməni dövlətinin yaradılmasına xidmət edir. Ancaq Kataloniyada fərqli bir situasiyadır. Kataloniyanı kənar hansısa dövlət işğal etməyib. O ki qaldı Dağlıq Qarabağ problemi ilə Kataloniya məsələsinə beynəlxalq qurumların və dövlətlərin fərqli yanaşmasına, burada müxtəlif səbəblər var. Dağlıq Qarabağ münaqişəsi bəlkə də dünyada yeganə münaqişədir ki, bütün beynəlxalq təşkilatların və dünya güclərinin ona yanaşması tamamilə fərqlidir. Yəni bu münaqişəyə beynəlxalq hüquq müstəvisində yanaşma tərzi yoxdur. Qarabağ məsələsinə münasibətdə faktiki olaraq beynəlxalq hüquq və konvensiyalar çeynənir. Beynəlxalq hüquqda selektiv yanaşma mümkün deyil. Beynəlxalq hüquq hər bir dövlətin özünün qəbul etdiyi hüquq çərçivələrindən də üstədir. Ona görə də Dağlıq Qarabağ məsələsinə münasibət də digər münaqişələrə olduğu kimi, beynəlxalq hüquq normalarına uyğun olmalı idi və olmalıdır. Ancaq çox təəssüf ki, ikili standart bu məsələdə tətbiq edilir. Xüsusilə də xristian həmrəyliyinin təsiri altında Dağlıq Qarabağ məsələsində xalqların öz müqəddəratını təyin prinsipini paralel olaraq tez-tez dövriyyəyə buraxırlar. Halbuki, bu birbaşa beynəlxalq hüququn özünü təkzib edir. Çünki Dağlıq Qarabağda yaşayan ermənilər milli azlıq olaraq tanınıb, erməni xalqı bu ərazilərdə aboregen olmadığı üçün burada milli azlıq statusundadırlar. Milli azlıqlar isə özlərinin yaşadığı coğrafiyanın siyasi taleyini beynəlxalq hüquqa görə həll edə bilməzlər. Yəni hər hansı bir səsvermə, referendum keçirməklə ərazisində vətəndaş olaraq yaşadıqları dövlətin qanunlarını tapdayıb onun ərazisində dövlət yarada bilməzlər. Beynəlxalq hüquq bunu qadağan edir. Təəssüf ki, beynəlxalq hüquq gözardı  edilir və Dağlıq Qarabağ məsələsinə yanaşmada fərqli mövqe ortalığa qoyulur”.

Image result for Natiq Miri

Politoloq vurğuladı ki, 24 ildir bu proses ona görə uzanır ki, ATƏT-in Minsk Qrupunda olan üç həmsədr dövlətin hamısı xristian dövlətləridir və erməni təəssübkeşliyi edirlər: “Çox maraqlıdır bu üç dövlətin ortaq qəbul etdiyi yeganə gerçək ondan ibarətdir ki, Dağlıq Qarabağda referendum keçirilsin. Azərbaycan isə haqlı olaraq buna razılaşmır. Beləliklə, məhz həmin üç dövlətin erməni təəssübkeşliyi üzündən Dağlıq Qarabağ problemi həll olunmur. Ancaq Kataloniyaya münasibətdə fərqli situasiya var. Çünki Kataloniyanın müstəqillik qazanması bütövlükdə Avropa Birliyi məkanının çox sürətlə dağılmasına gətirib çıxara bilər. Diqqət edirsinizsə, Kataloniyada referendum öz ardınca Avropada separatizm dalğasını gətirməyə başladı. Əgər Kataloniyada müstəqillik tanınsa əmin olun ki, çox yaxın zamanda Avropa Birliyi bir vahid məkan funksiyasını itirəcək. Bax, bu təhlükə mövcud olduğu üçün Avropa Birliyinin, ABŞ-ın, BMT-nin, ATƏT-in və digər beynəlxalq qurumların Kataloniya məsələsinə münasibəti birmənalı oldu, bu məsələni yalnız İspaniyanın daxili məsələsi olaraq tanıdılar”.

N.Mirinin sözlərinə görə, əslində Kataloniya məsələsinə bu cür münasibətin ortaya qoyulmasından sonra Azərbaycana Dağlıq Qarabağ məsələsi ilə bağlı hərəkətə keçmək üçün ciddi şans yaranıb: “Azərbaycan dövləti hücum xarakterli diplomatik fəaliyyətə keçməlidir. Məsələ qoyulmalıdır ki, Kataloniyanın müstəqilliyi tanınmırsa və bu məsələ İspaniyanın daxili işi elan edilirsə, bu, bir daha onu diktə edir ki, beynəlxalq birlik Dağlıq Qarabağ məsələsinin də Azərbaycanın daxili işi olduğunu elan və qəbul etməlidir. Bəyan edilməlidir ki, Azərbaycana yanaşma tərzi dəyişməyəcəksə, bu, beynəlxalq hüququn pozulmasının və ikili standartın etiraf olunmasıdır”.

Previous Post

İspaniya Azərbaycanın yolu ilə gedir? – Kataloniya məsələsində maraqlı gəlişmə

Next Post

Lənkəranskinin sərvəti “Lotu Quli”yə verildi- Kriminal aləmdə yeni qruplaşmalar yaranır

Bənzər yazılar

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

27 Aprel 2026 - 15:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun...

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

17 Mart 2026 - 20:13

İsrail Müdafiə Ordusu Tehranda "Bəsic" bölmələrinə zərbələr endirdiyini elan edib. Elchi.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial...

Next Post

Lənkəranskinin sərvəti "Lotu Quli"yə verildi- Kriminal aləmdə yeni qruplaşmalar yaranır

Lənkəranskinin sərvəti "Lotu Quli"yə verildi- Kriminal aləmdə yeni qruplaşmalar yaranır

Son xəbərlər

Dünya çempionatının bombardirləri: Kloze zirvədə, Messi və Mbappe siyahıda

Dünya çempionatının bombardirləri: Kloze zirvədə, Messi və Mbappe siyahıda

05 İyun 2026 - 16:44
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

05 İyun 2026 - 16:32
9-cu siniflərin qabiliyyət imtahanlarının qeydiyyat tarixi açıqlandı

9-cu siniflərin qabiliyyət imtahanlarının qeydiyyat tarixi açıqlandı

05 İyun 2026 - 16:25
Zakir Fərəcov səyyar görüş keçirdi

Zakir Fərəcov səyyar görüş keçirdi

05 İyun 2026 - 16:18
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

05 İyun 2026 - 16:09
Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrıldı

Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrıldı

05 İyun 2026 - 16:06
“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

05 İyun 2026 - 16:00
Hindistanda “Tarakan partiyası” bloklanıb

Hindistanda “Tarakan partiyası” bloklanıb

05 İyun 2026 - 15:46
Bir gündə 7 bağlı cinayət də açıldı

Bir gündə 7 bağlı cinayət də açıldı

05 İyun 2026 - 15:30
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 İyun 2026 - 15:14
ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

05 İyun 2026 - 15:00
Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

05 İyun 2026 - 14:49
Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

05 İyun 2026 - 14:38
Parlamentdə futbol müzakirəsi

Parlamentdə futbol müzakirəsi

05 İyun 2026 - 14:29
Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

05 İyun 2026 - 14:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.