"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Akif Çovdarovun son sözünün şifrələri

06 Oktyabr 2017 - 09:48
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

İlham İsmayıl: “Bu, o deməkdir ki, Çovdarovu  qısa müddət ərzində azadlığa buraxacaqlar”

Bunu da oxuyun

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

“Odissey”in kitab satışları 1400 faiz artdı

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatır. Oktyabrın 4-də Akif Çovdarov son sözlə çıxış edib. Çovdarov son sözündə, açıq şəkildə olmasa da, sətiraltı hansısa məsələlərə toxunub, kimlərinsə ona qarşı qərəzindən bəhs edib. Çovdarov çıxışında bildirib: “Əgər dövlətim və hakim məni cəzalandırarsa, mən bunu xidmətimin davamı kimi qiymətləndirəcəyəm. Ölkəmə, dövlətimə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibətlər aparılıb”.

Çovdarov bildirib ki, həmişə prezidentə və dövlətinə sadiqdir: “Hətta indi də sadiqəm”. O, ittihamlarla razılaşmadığını və bunların böhtan olduğunu bildirib.  General çıxışında istintaq orqanının işi araşdırmasından və ona qarşı davranışından da gileylənib: “Mən dövlətə xidmət etmişəm. İstintaq orqanı mənlə elə davranırdı ki, ya hər şeyi danışım, ya da özümü öldürüm. İstəyirdilər ki, özümü öldürmək həddinə çatım. Amma mən zəif adam deyiləm ki, bunu edim. Və bunu etmədim. Düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar”.

Onu da qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 “Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, MTN generalının şifrəli çıxışında diqqəti əsasən bir məqam çəkir: “Mənə maraqlı gələn onun ”prezidentə və dövlətə bu gün də sadiqəm” ifadəsi oldu. Burada o nə demək istəyir? Mənə çox maraqlıdır. Yəni demək istəyir ki, keçmişimdə də nə etmişəmsə dövlətə və dövlət maraqlarına görə etmişəm? Onun fikirlərində əks mövqe də var. Deyir ki, məni tutanda irəli sürülən ittihama görə özümü öldürmək istədim. Belə görünür ki, onun narazılığı yalnız prokurorluqdandır. Son sözündə də müəyyən müəmmalar diqqətdən yayınmadı. Sözlərindən belə çıxdı ki, heç nəyi özbaşına etməyib. Sadəcə olaraq, verilən tapşırıqları yerinə yetirib. Özü də əfv istəmir. Birbaşa olaraq deyir ki, məni azadlığa buraxın. İnanmıram ki, onu birbaşa olaraq azadlığa buraxacaqlar. Ancaq bu, o deməkdir ki, Çovdarovu  qısa müddət ərzində azadlığa buraxacaqlar”.

İ.İsmayıl Çovdarovun qərəzlə bağlı fikirlərinə də münasibət bildirib: “Burada o, Eldar Mahmudovu nəzərdə tutmur. Çünki Çovdarov Mahmudovun sağ əli olub. Əgər qərəzi Eldar Mahmudovdan gözləsəydi, indiyə qədər məhkəmədə onun adını çəkərdi. Ancaq bu, baş verməyib. Bəlkə də DTX demək istəyib, çaşıb MTN deyib. Ancaq o da mümkün deyil. Çünki DTX-nın indiki rəhbərliyi onunla işləməyib. Hər halda ola bilər ki, daha çox adı hallanan Hilal Əsədovu nəzərdə tutur. Çovdarova qərəz ona görə ola bilərdi ki, o, çox kobud və qanunsuz hərəkət edib. Ona görə də istər-istəməz oradakı məsuliyyətli, qayda-qanunla hərəkət edən adamlar ona mənfi münasibət bəsləyə bilərdilər. Yəqin ki, Çovdarov bunu nəzərdə tutub. Deyir ki, məni özümü öldürmək həddinə çatdırırdılar və hər şeyi üzərimə yıxacaqdılar. O, bunu deməklə dolayısı ilə öz cinayətlərini və keçmiş nazirliyin bütün qanunsuz əməllərini təsdiqləmiş olur. Nəyi sənin üstünə yıxacaqdılar? Deməli, cinayət etdiyini bilir. Ancaq, yuxarıda da qeyd etdiyimiz kimi, Çovdarov dövlətə xidmət etdiyini vurğulayır. Məgər cinayətləri də dövlət naminə edib? Məhkəmənin bir hissəsinin də qapalı keçməsinin özü də müəmmalıdır. Məsələ Akif Çovdarov və MTN-lə bağlı 50 faiz hüquqi müstəvidə aparılırsa, 50 faiz də yazılmamış qanunlarla aparılır”.

Image result for İlham İsmayıl

Ekspert söyləyib ki, yaxın zamanlarda Akif Çovdarovla birlikdə digər üç nəfər də azadlığa buraxıla bilər: “Dəfələrlə bu cür şeylər olub. Çovdarovun bildiyi dövlət sirləri dövlət üçün maraqlı deyil. O nə bilir ki? Bəzi cinayətlərin üstünü aça bilər. Ancaq inanmıram ki, bundan sonra nə isə desin. Əgər bu günə qədər bəzi məsələlərdə susubsa, bundan sonra da susacaq. Görünür, ona deyiblər ki, sussan sənin üçün xeyirli olar. Başqa bir söhbət yoxdur. Çalışacaq ki, məhz elə susmağı ilə daha tez azadlığa çıxsın. Səhhətində də problemlər var. Ömrü vəfa etsə, azadlığa çıxar. Çovdarovu buraxsalar, digərlərini də ard-arda azadlığa buraxarlar. Lakin bunu indi etməyəcəklər. Üçdə bir tətbiq edəcəklər, əfv və ya perspektivdə dayanan ad günləri, bayramlar və sairə çoxdur. Həmin günlərdə buraxa bilərlər”.

Previous Post

Akif Çovdarovun son sözünün şifrələri

Next Post

İki uşaq atası boşandığı arvadının başını kəsdi – Azərbaycanda şok

Bənzər yazılar

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür edib

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

01 Avqust 2026 - 15:29

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib. Elchi.az xəbər verir ki,...

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

01 Avqust 2026 - 15:07

Müasir dövrdə qlobal və regional münasibətlər sistemindəbaş verən sürətli dəyişikliklər dövlətlər arasında çoxtərəfliəməkdaşlığın əhəmiyyətini daha da artırmaqdadır. Müxtəlifregionlarda inteqrasiya prosesləri...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Next Post

İki uşaq atası boşandığı arvadının başını kəsdi - Azərbaycanda şok

İki uşaq atası boşandığı arvadının başını kəsdi - Azərbaycanda şok

Son xəbərlər

​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq

​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq

01 Avqust 2026 - 16:35
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür edib

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

01 Avqust 2026 - 15:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

01 Avqust 2026 - 15:07
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

01 Avqust 2026 - 14:46
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.