"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Azərbaycanda yaxınlaşan seçki ili – Qərbdən müdaxilə olacaqmı?

27 Sentyabr 2017 - 08:59
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT
FacebookVatsap

Elçin Mirzəbəyli: “İki pisdən daha yaxşısını seçmək də mümkün deyil”

Bunu da oxuyun

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Vaşinqton Rusiyada prezident seçkisi ərəfəsində etiraz aksiyalarını maliyyələşdirə bilər. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergeyi Ryabkov bildirib. “İstisna etmirik ki, Vaşinton seçki ərəfəsində etiraz aksiyalarının dəstəklənməsi üçün əhəmiyyətli maliyyə vəsaitini göndərməyə çalışacaq”, – agentlik diplomatdan sitat gətirib.

S.Ryabkov proqnozlaşdırıb ki, seçki yaxınlaşdıqca ölkə daxilində də vəziyyətə təsir etmək və sabitliyi pozmaq cəhdləri azalmayacaq: “Belə cəhdlər güclənəcək. Biz bu prosesə tam hazır olmalıyıq”.

Siyasi şərhçilər Rusiya XİN-in narahatlığının əsassız olmadığını deyirlər. Bu ilin martından Rusiyada korrupsiya əleyhinə mitinqlərin keçirildiyi və getdikcə etirazların geniş vüsət aldığı, proseslərin gedişatında Aleksey Navalnı kimi siyasi bir liderin üzə çıxdığı önə çəkilir. Məhz Amerikanın bu etirazlardan və Navalnı fiqurundan istifadə edəcəyi, Rusiyada sabitliyi pozmaq üçün əlindən gələni edəcəyi vurğulanır.

Müzakirələrdə Azərbaycanda gələn ilin oktyabrında keçiriləcək seçkilərə də burada diqqət çəkilir. Belə ki, Azərbaycanda da müxalifətin fəallaşması gözlənilir, iqtidar isə Qərbin seçkilərə müdaxilə edə biləcəyini istisna etmir.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Rusiya rəsmisinin açıqlaması uğurlu gediş deyil: “Sergey Ryabkovun açıqlamasını bir neçə kontekstdən dəyərləndirmək olar. Əvvəla, qeyd edim ki, belə bir açıqlamanın dövlət rəsmisi tərəfindən dilə gətirilməsi heç də uğurlu gediş deyil. Çünki bütün hallarda Rusiyanın daxili siyasətində ciddi boşluqların olması zəiflikdən doğan narahatlığın etirafı kimi qiymətləndirilə bilər. Bu açıqlamanın digər tərəfi isə çox güman ki, Rusiyada seçkiqabağı repressiyalar üçün bəhanə yaratmaqla bağlıdır. Daha doğrusu, bu, gözlənilən bəhanənin anonsudur. Nəzərə alsaq ki, Rusiyada ölkə xaricindən maliyyələşə biləcək siyasi qüvvə demək olar ki, yoxdur, mərkəzi hakimiyyət etirazçıların bütün maliyyə kanallarını bağlayıb və yollarını kəsib, o zaman Ryabkovun anonsunu Rusiya ilə qonşuluqda olan ölkələrlə də əlaqələndirmək mümkündür. Məsələn, bəzi rus ekspertləri Mixail Saakaşvilinin Ukraynaya qayıdışını 2018-ci ildə Rusiyada keçirilən seçkilərlə əlaqələndirirlər. Onların qənaətinə görə, seçki öncəsi və seçki zamanı daxili proseslərə müdaxilə məhz Ukrayna vasitəsilə həyata keçiriləcək. Moldova ilə bağlı da ehtimallar dilə gətirilir. Görünən odur ki, Rusiyanın hakim dairələri yenə də ”cadugər ovu”na çıxıblar. Və bu cadugərlər Kremlin qaralamaq istədiyi bütün postsovet respublikalarında peyda ola bilər. Şübhəsiz ki, Vaşinqton seçkilərə müdaxilə etməyə və hakim komandanın seçkidən zəifləmiş, parçalanmış şəkildə çıxmasına çalışacaq. Amma məsələ burasındadır ki, hazırda bu müdaxiləni siyasi texnologiyalar yolu ilə həyata keçirmək üçün heç bir mexanizm yoxdur. Rusiyada siyasi institutlar çoxdan sıradan çıxarılıb və ən yaxşı halda marginallaşıblar. Belə olduğu zaman müdaxilə fərqli və heç də arzuolunmayan müstəvilərdə baş verə bilər. Rusiya federal dövlətdir və federasiyanın subyektlərinin inkişaf səviyyəsi bir-birindən kəskin şəkildə fərqlənir. Ola bilsin ki, Ryabkovun açıqlamasında bu amil daha çox rol oyanyıb”.

Image result for Politoloq Elçin Mirzəbəyli

Politoloq Rusiya daxilindəki proseslərə təsir etməyin çətin olduğunu düşünür: “Sanksiyalar Rusiyaya ciddi təsir göstərib və getdikcə bu təsir daha qabarıq şəkildə nəzərə çarpacaq. Ən təhlükəli məqam odur ki, Rusiya sanksiyalar nəticəsində itirdiklərini postsovet məkanındakı təhdid və təzyiq xarakterli manevrləri hesabına kompensasiya etməyə çalışır. Sanksiyaları tətbiq edən tərəflər isə bu manevrlərinin qarşısını almaq üçün heç bir prinsipial addımlar atmırlar. Əksinə, müstəqil siyasət yürütməyə can atan dövlətləri hədəfə almaqla Rusiya üçün daha əlverişli təzyiq imkanları yaratmağa çalışırlar. Postsovet respublikalarının əlini gücləndirmədən, onların təhlükəsizliyinə təhdid yaradan amilləri neytrallaşdırmadan Rusiya daxilindəki proseslərə ciddi təsir göstərmək mümkün deyil. Məsələ burasındadır ki, Sovet İttifaqı dağıldıqdan sonra Qərbin yürütdüyü çoxsifətli siyasət bu qütbün postsovet məkanına təsir imkanlarını xeyli zəiflədib. Hazırda postsovet məkanında Qərbin ideoloji müttəfiqi yoxdur. İnteqrasiya üçün ortalıqda iki pis var və onların heç biri digərindən fərqli deyil. Bu səbəbdən də iki pisdən daha yaxşısını seçmək də mümkün deyil. Beynəlxalq müstəvidə olduğu kimi, regionda da hər kəs vəziyyətin aydınlaşmasını gözləyir. Aydınlaşacaqmı? Bu suala indi cavab vermək çox çətindir. Lakin Qərbin ikiüzlü siyasəti və regionu yenidən qarşıdurmalara sürükləmək niyyəti davam etdikcə hətta əksliklər belə vəhdətdə olmaq məcburiyyətində qalacaqlar.

Navalnı isə Rusiyanın indiki hakimiyyətinə ciddi problem yarada biləcək gücdə və potensialda olan bir lider deyil. O, 2018-ci ildə keçiriləcək seçkilər öncəsi narazı kütləni idarə etmək üçün düşünülmüş növbəti layihədir. Rusiyanın hakim komandası parçalanmayacağı təqdirdə bu ölkədə yaxın zaman ərzində dəyişikliyə nail olmaq inandırıcı görünmür. Mən Amerikanın Rusiyada hakimiyyət dəyişikliyində maraqlı olduğuna da inanmıram. Çünki Rusiya və təbii ki, Putin təhlükəsi ABŞ və müttəfiqlərinin arasında bir vaxt daha qabarıq görünən ziddiyyətləri kölgədə qoyub. Putin təhlükəsi Qərbi birləşməyə vadar edib. Amerikanın dünya miqyasında hegemonluğunu möhkəmləndirmək üçün əlverişli zəmin yaradıb. Rusiyanın indiki hakimiyyəti ölkənin iqtisadi potensialını Qərb dövlətləri ilə rəqabət halına gətirmədən silahlanma yarışına, geosiyasi maraqlar savaşına qalxıb. Öz-özünü zəiflədən hakimiyyətin dəyişməsində Qərb niyə maraqlı olmalıdır ki? Rusiyanın sivil, demokratik, modern dövlətə çevrilməsi Ermənistan istisna olmaqla, bütün postsovet respublikalarının marağındadır. Lakin bu, ölkənin daxili resursları hesabına, məqsədyönlü şəkildə aparılan islahatlar hesabına baş verə bilər. Kənardan müdaxilə ilə Rusiyada heç bir müsbət dəyişikliyə nail olmaq mümkün deyil. Rusiya kimi nəhəng bir dövlətin xaosa sürüklənməsi isə bütün Avrasiya materikinin idarəolunmaz bir hala gəlməsi deməkdir. Düşünürəm ki, bu reallığı hər kəs başa düşür. Bu baxımdan, 2018-ci ildə Rusiyada keçiriləcək seçkinin ölkənin daxili siyasətini qarışdıra biləcək səviyyədə gərginliklə müşahidə olunacağına inanmıram. Azərbaycanda isə bütün proseslərin normal məcrada inkişaf edəcəyini gözləyirəm. Bunun əksi üçün heç bir əsas və zəmin yoxdur. Regionda qüvvələr balansının qorunması isə hər kəsin xeyrinədir”.

Previous Post

Azərbaycanda yaxınlaşan seçki ili – Qərbdən müdaxilə olacaqmı?

Next Post

Saatlıda 4 otaqlı ev yanıb

Bənzər yazılar

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41

Azərbaycanın Baş naziri Əli Əsədov Mərakeşin hökumət başçısı postuna təyin olunması münasibətilə Fatimə Əzzəhra Əl-Mənsurini təbrik edib. Elchi.az xəbər verir...

Zelenski: Ukraynada seçkilər mümkün deyil

Zelenski: Ukraynada seçkilər mümkün deyil

12 Oktyabr 2026 - 18:43

Zelenski Ukraynada seçkilərin keçirilməsini yenidən istisna edib Elchi.az xəbər verir ki, Ukraynada seçkilərin keçirilməsi mümkün deyil. "RİA Novosti"nin məlumatına görə,...

Next Post

Saatlıda 4 otaqlı ev yanıb

Putin masallılı və bakılı oliqarxın “qələmini niyə qırıb”?

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.