"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiyaya və Qərbə “yaşıl işıq”, qonşularla “ağ vərəq” siyasəti….- İslam Kərimovun ölümündən sonra Özbəkistanda nələr dəyişdi?

15 Sentyabr 2017 - 09:57
in XƏBƏR LENTİ
FacebookVatsap

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun ölümündən bir il ötdü. Bu bir il ərzində qorxulan baş vermədi – Kərimovdan sonra prezident postu uğrunda qanlı qarşıdurma olmadı. Ölüm xəbəri sentyabrın 2-də elan edildi. Bunun ardınca proseslər öz axarı ilə getdi. Prezidentin səlahiyyətlərini müvəqqəti icra etmək o vaxtkı baş nazir Şavkat Mirziyoyeva həvalə olundu. Ötən ilin dekabr ayında –  seçkidəki qalibiyyətindən sonra isə elə onu ölkənin yeni başçısı elan etdilər.

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Strateq.az xarici mətbuata istinadən o vaxtdan bu yana Özbəkistanda nələrin dəyişdiyinə, yeni rəhbərliyin ölkədə hansı yeniliklərə imza atdığına aydınlıq gətirməyə çalışacaq.

Kərimovun qurduğu siyasi rejim Orta Asiyada ən sərtlərdən  hesab olunurdu – müxalifətin məhv edilməsi, fərqli düşünənlərin təqib olunması, siyasi məhbuslar, türmələrdə işgəncə halları…

İslam Kərimov, Şavkat Mirziyoyev

60 yaşlı Mirziyoyevin hakimiyyətə gəlişindən sonra yerlilər onun dilindən liberallaşmaya dair yeni vədlər və bəyanatlar eşitməyə başladılar. Lakin müşahidəçilərə görə, bu vədin gerçəkləşməsindən hələ ki söhbət gedə bilməz.

Orta Asiyada İnsan Haqları Assosiasiyasının rəhbəri Nadejda Ataeva deyir ki, dəyişikliklər sistemsiz qaydada baş verir: “Şavkat Mirziyoyev karyerasını sərt totalitar rejim şərtlərində qurub. O birdən-birə liberal ola bilərmi?”.

“Fərqanə” beynəlxalq informasiya agentliyinin rəhbəri Daniil Kislov isə bildirir ki, siyasi “liberallaşma” fonunda rejimin bir neçə köhnə opponenti həbsdən azad edilib. Bundan başqa, mətbuat yumşaq da olsa hakimiyyəti tənqid etməyə və əvvəllər qadağan olunan mövzulara toxunmağa başlayıb.

2005-ci ildə Əndicandakı qanlı toqquşmalar zamanı 2 minə yaxın insan həyatını itirmişdi. Həmin vaxtdan Qərbdən olan media təmsilçiləri və hüquq müdafiəçiləri hökuməti tənqid etdiklərinə görə Özbəkistandan çıxarılmağa başladı. Lakin hazırda onlardan bir neçəsinin, məsələn, BBC və Azadlıq radiosunun və Human Rights Watch-un akreditasiyasının bərpa ediləcəyi ilə bağlı söhbətlər gəzir.

Kislovun sözlərinə görə, adı çəkilənlərin nə zaman və necə geri gətiriləcəyi heç kimə bəlli deyil. Heç o qurumların özünə də. Amma xəbərin özü artıq Mirziyoyevin imicinə müsbət təsir edir.

Bu arada, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT kimi nüfuzlu təşkilatların Özbəkistanda fəaliyyətinə hələ də icazə verilmir.

 

Gülnarə Kərimova danışarsa…

 

Gülnarə Kərimova

Yeni hakimiyyət keçmiş prezidentin qızı Gülnarə Kərimovanın mövqeyini darmadağın etdi. Bu ilin yayında Özbəkistanda Kərimovaya bir neçə maddə üzrə ittiham elan olundu. Və həbs edildiyi barədə məlumat verildi.

Son illərə qədər Gülnarə Kərimova Özbəkistanda az qala, bir nömrəli ictimai fiqur hesab olunurdu. Bu mənada hətta atasını da bir qədər üstələyə bilmişdi. Dəbdəbəli həyat sürən, müğənnilik və modelyerlik edən Kərimova ictimai xadim və messenat kimi tanınırdı.

Həbs qərarı ictimailəşəndən sonra məlum oldu ki, bir neçə Qərb ölkəsi də Gülnarəyə qarşı çirkli pulların yuyulması, vergidən yayınma kimi ittihamlar irəli sürüb. İsveçrə hökuməti isə Kərimovaya məxsus, dəyəri 840 milyon dollar olan aktivlərin üzərinə həbs qoyduğunu elan etdi.

Xanım Kərimovaya qarşı ittihamlar cinayətkar qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürülüb. Məlumata görə, 12 xarici ölkədə G.Kərimovaya məxsus cinayət yolu ilə qazanılmış 1 milyard 394,1 milyon dollarlıq, 18,5 milyon franklıq və 63,5 milyon avroluq aktivlər aşkarlanıb.

Prezident qızının ağır günləri hələ atası sağ ikən başlamışdı. 2014-cü ildən bu yana o ev dustaqlığında saxlanılırdı. Lakin bu barədə ictimaiyyətə elə geniş məlumat verilmirdi. İndi yeni hökumət əvvəlkilərin köhnə günahlarını qapatmaq üçün hərəkətə keçib.

Nadejda Ataeva hesab edir ki, əgər Gülnarə danışarsa, bu, hakimiyyətdə təmsil olunub dövlət sifarişlərini yerinə yetirən bir neçə açar fiqurun və oliqarxın işini çətinə salacaq. 

 

“Köhnə zibil sistemin oğruları…”

 

Mirziyoyev

Mirziyoyevin yaddaqalan bəyanatlarından biri də prokurorluq işçilərini sərt tənqid edərək onları “köhnə zibil sistemin oğruları…” adlandırması oldu.Prezident bildirdi ki, güc strukturları sahibkarlara hörmətlə yanaşmalıdılar.

«Üzürlü sayın, amma mən prokurorları heç sevmirəm. Bunu açıq şəkildə də deyirəm. Soruşsaz, niyə, cavab verərəm. Mən rayon rəhbərliyində, vilayət rəhbərliyində işləmişəm. Və eşitmişəm ki, onlar özlərini necə vicdansızca aparırlar. Yaxşı bilirəm ki, prokuror olan kimi onların baxışı belə, dəyişir. İnsanları tanımırlar belə”.

Bu sərt  bəyanat Özbəkistanın bütün hakimiyyət qolları üçün ciddi siqnal idi.

Mehriban qonşuluq siyasəti…

 

Mirziyoyev, Nazarbayev

Özbəkistanın İslam Kərimovun hakimiyyəti dövründə  qonşuları, xüsusən də Tacikistan, Qırğızıstan və Türkmənistanla münasibətləri elə də yaxşı deyildi. Deyilənə görə, Kərimov bu ölkələrin rəhbərlərini sevmirmiş. Lakin ondan fərqli olaraq yeni prezident Mirziyoyev gələn kimi qonşu ölkələrin liderlərini ələ almağa başladı. 

Aşqabada və Astanaya səfər etdi. Yeni prezidentin bu siyasi gedişi çoxları üçün gözləilməz oldu. Məsələn, Türkmənbaşının (Saparmurad Niyazov) dövründə Özbəkistanla Türkmənistan arasında münasibətlər soyuq idi. O dərəcədə ki, tərəflər arasında diplomatik qalmaqaldan tutmuş, sərhəd insidentlərinə qədər bir çox xoşagəlmizliklər yaşanırdı. Hətta türkmən silahlıları Özbəkistan vətəndaşlarına atəş də açmışdılar.

Ötən ilin dekabrında Qırğızıstanın prezidenti Almazbəy Atambayev Özbəkistana səfərə gəldi. Bu səfər də xüsusi diqqət çəkmişdi. Çünki iki ölkə arasındakı münasibətlər 2010-cu ildəki məlum olaylardan sonra gərginləşmişdi. Həmin olaylarda Qırğızıstanda yaşayan xeyli etnik özbək zərər görmüşdü.

Ekspertlərə görə, qonşuların Mirziyoyevə rəğbəti iki səbəblə bağlıdır. Birincisi, o köhnə tanışdır (Özbəkistanda 13 il baş nazir postunu tutub). İkincisi də, hamı onun gəlişinin münasibətləri canlandıracağına, hər şeyin ağ vərəqdənbaşlayacağına ümid edir.

Rusiya ilə məsafəli dostluq?

 

Özbəkistana 30 ilə yaxın rəhbərlik edən İslam Kərimov Rusiyayla da soyuq münasibətlərdəydi. Moskva ilə bağlı kurs  praqmatik idi. Daşkənd Moskvanın təşəbbüslərini ya rədd edir, ya da xüsusi şərtlərlə qəbul edirdi.

Mirziyoyev gələndən bəri münasibətlərdə isinmə başlayıb. Deyilənə görə, bu məsələdə xüsusi rolu əslən özbək olan rusiyalı milyarder Alişer Usmanov oynayır.

Hökumət son illərdə ilk dəfə olaraq Rusiya ilə aktiv hərbi əməkdaşlığa başlayıb. Özbək zabitlər ilk dəfə olaraq Rusiyaya təlimə göndərilib. Bu ilin oktyabrında Özbəkistanın Foriş poliqonunda  iki ölkənin hərbçilərinin birgə təlimi keçiriləcək.

Mirziyoyevin Moskvaya səfərindən sonra iki ölkə arasında biznes sahəsində də irəliləyişlər başlayıb. Bu ziyarətdən sonra Rusiya Özbəkistanda ayrı-ayrı sahələrə sərmayə qoyub. Əgər əvvəllər prioritet sahə neft-qaz idisə, indi bu sıraya metallurgiya sənayesi və turizm də qoşulub.

Son illər Özbəkistan iqtisadiyyatında “kağız üzərində” nəzərəçarpacaq inkişaf vardı. Məqsəd də ölkədə rifahın olduğu barədə qənaət yaratmaq idi. Lakin inflyasiya, işsizliyin səviyyəsinin yüksək olması, milyondan artıq insanın iş dalınca Rusiya və başqa ölkələrə getməsi faktı gözdən qaça bilməzdi.

Mirziyoyevin gəlişindən sonra ekspertlər bu istiqamətdə də canlanma müşahidə edirlər. Məsələn, ölkədə ixracat borcları və xarici valyuta mənfəətlərinin məcburi satışı üzrə faiz azaldıldı.

Hüquqi şəxslər üçün konvensial bazarda valyuta konvertasiyası təmin edildi və bunun fiziki şəxslər üçün keçərli olacağı gözlənilir. Kənd təsərrüfatı sahəsində irəliləyiş oldu.

Özbəkistanın ən ciddi problemlərindən biri də Rusiyaya pənah aparan əməkçi miqrantlarla bağlıdır. Qeyri-rəsmi məlumatlara görə, 32 milyonluq Özbəkistan əhalisinin təxminən 3 milyonu ölkədən gedib. 

İslam Kərimov iş dalınca ölkədən gedənlərin sayının kütləvi olduğunu qəbul etmirdi. Yeni prezident bu məsələyə də fərqli münasibət sərgiləyir. Belə ki, hökumət əməkçi miqrantların işini asanlaşdırmaq üçün Rusiyadakı konsulluqlarının sayını artırır.

Bu arada, yeni hökumətin əvvəlki prezidenti tənqid edəcəyi ilə bağlı gözləntilər özünü doğrultmadı. Bir il ərzində Kərimovun əleyhinə cəmi bir informasiya getdi ki, sonradan bunun da yalan xəbər olduğu üzə çıxdı. Hələ ki Mirziyoyev hökuməti bu məsələdə də təmkinli davranmağa, ölkənin birinci prezidentinə hörmətlə yanaşmağa üstünlük verir…

Strateq.az

Previous Post

Rusiyaya və Qərbə “yaşıl işıq”, qonşularla “ağ vərəq” siyasəti….- İslam Kərimovun ölümündən sonra Özbəkistanda nələr dəyişdi?

Next Post

Qarabağda 8 düşmən hərbçisi ölüb, 4-ü yaralanıb

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Qarabağda 8 düşmən hərbçisi ölüb, 4-ü yaralanıb

Qarabağda 8 düşmən hərbçisi ölüb, 4-ü yaralanıb

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.