"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Füzuli və Cəbrayılın işğalından 24 il ötür

23 Avqust 2017 - 10:01
in MANŞET
FacebookVatsap

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür.

Bunu da oxuyun

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.

Füzuli rayonu 1988-ci ildən başlayaraq mütəmadi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıldan olan 61 100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçib. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlıkəndində tam təhlükəsiz həyat şəraiti təmin edilib. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir. Birinci mərhələdə yaşayış məntəqəsində 50 fərdi ev, məktəb binası və müvafiq infrastrukturun tikintisindən sonra ikinci mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin inşası aparılır.

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək. Bu gün bütün ölkə ictimaiyyəti, qaçqın və məcburi köçkünlər hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan bu qətiyyətli addımlar növbəti uğurlarımızın, doğma ellərə “Böyük qayıdış”ın başlanğıcıdır.

Previous Post

Füzuli və Cəbrayılın işğalından 24 il ötür

Next Post

Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirəcək

Bənzər yazılar

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07

Təxminən 100 000 nəfərin məlumatlarını təhlil edən bir araşdırma, yuxu keyfiyyətinin sağlamlıq üçün yuxu müddəti qədər vacib ola biləcəyini üzə...

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39

Tehranın "ağır zərbələr"lə bağlı xəbərdarlığından sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatlar verərək, ölkəni tamamilə məhv etməklə hədələyib....

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli...

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. Elchi.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin...

Next Post

Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirəcək

Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirəcək

Son xəbərlər

Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13
Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar sabah tam ödəniləcək

21 Sentyabr 2026 - 12:20
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq

21 Sentyabr 2026 - 12:17
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59
Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

21 Sentyabr 2026 - 11:47
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41
Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33
Lerikdə 15 kq narkotik aşkarlanıb

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

21 Sentyabr 2026 - 11:21
Lerikdə 15 kq narkotik aşkarlanıb

Lerikdə 15 kq narkotik aşkarlanıb

21 Sentyabr 2026 - 11:14
Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07
Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

21 Sentyabr 2026 - 10:57
Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

21 Sentyabr 2026 - 10:48
Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39
İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

21 Sentyabr 2026 - 10:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.