"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan hərbi parkını gücləndirir – Qarabağ prioriteti

29 İyul 2017 - 09:32
in XƏBƏR LENTİ
FacebookVatsap

Sülh danışıqlarında durğunluq Bakını güc amilini daim öndə saxlamaq zorunda qoyur; Azərbaycan yeni silahlar almaqla yanaşı, öz silah sənayesini də gücləndirir; “Stratfor”: “Qarabağda yeni müharibə riski heç vaxt olmadığı qədər yüksəkdir…”

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Hərbi əməliyyatlar üçün ən əlverişli olan yay mövsümü davam eləsə də, hələ ki genişmiqyaslı toqquşmaları önləmək mümkün olur. Bu isə heç də sülh danışıqlarında hansısa ciddi dönüşlə bağlı deyil. Belə bir dönüş, irəliləyiş əfsuslar olsun ki, yoxdur. Paradoksal olanı də elə budur. Yəni əslində böyük toqquşma hər an baş verə bilər.

Siyasi və hərbi ekspertlər də konkret bir tarix deyə bilməsələr belə, Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibə riskini olduqca böyük qiymətləndirirlər. Yaranmış durumda ərazisinin 20%-i işğal altında olan Azərbaycanın özünün hərbi qüdrətini artırmaq və işğalçıya qarşı informasiya-təbliğat savaşını gücləndirməkdən savayı yolu qalmır.

***

Bu arada Azərbaycanın dost-müttəfiq Pakistandan hərbi təyyarələr aldığı haqda xəbər yayılıb (virtualaz.org). Xəbərə görə, Pakistanın aviasiya marşalı Ərşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrlərinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycan Hərbi Hava Qüvvələrlərinə on ədəd “Super Muşak” təyyarəsinin çatdırılması haqqında razılaşma imzalayıblar.

Bu barədə Pakistan Müdafiə Nazirliyinin bugünkü press-relizinə istinadən “Samaa” TV kanalı xəbər yayıb. Müqavilə, təyyarələrin çatdırılmasından başqa, həmçinin texniki dəstəyi, pilotların praktiki hazırlığına köməyi də nəzərdə tutur. “Bu tarixi razılaşma iki qardaş ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq” – Pakistan Müdafiə Nazirliyinin press-relizində belə deyilir.

“Super Muşak” – Pakistan Aeronautical Complex-in layihəsini 1980-ci illərdə əldə etdiyi Saab şirkətinin MFI-17 təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır. 260 at gücünə malik mühərriklə təchiz edilmiş MFI-395 “Super Muşak”ın hazırlanmasına 1995-ci ildə başlanılıb. Təyyarə ilk uçuşunu 1996-cı ilin avqustunda yerinə yetirib. Pakistanın Hərbi Hava Qüvvələrlərinin silahlandırılmasına isə 2001-ci ilin mayında qəbul edilib. Maşının praktik tavanı 6,705 m (22,000 fut), maksimal surəti 268 km/saat, uçuş məsafəsi 814 kilometrdir.

“Super Muşak” Səudiyyə Ərəbistanı, Oman, İran və Cənubi Afrika Silahlı Qüvvələrinin silahlanma sisteminə də daxildir. 2016-cı ilin başlanğıcında Nigeriya, iyulunda isə Qətər də həmin təyyarələrin partiyasını alıblar. Bundan başqa, Türkiyənin Hərbi Hava Qüvvələrlərinə 52 ədəd “Super Muşak” təyyarəsinin çatdırılması haqda razılaşma imzalanıb.

***

Onu da qeyd edək ki, yeganə nüvə müttəfiqimiz kimi Pakistan Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini bu gün də saxlayır. İslamabad nəinki Türkiyə kimi işğalçı Ermənistanla heç bir siyasi-diplomatik əlaqə qurmayıb, ümumiyyətlə, Ermənistanı dövlət kimi tanımır. Bundan əlavə, Pakistan dövləti dəfələrlə bəyan edib ki, işğalçı Ermənistana qarşı müharibədə Azərbaycanın öz ərazi bütövlüyünü təmin eləmək üçün istənilən dəstəyi verməyə, o cümlədən hərbi köməyi göstərməyə hazırdır.

Azərbaycanla Pakistan arasında əlaqələr, o sırada həmçinin hərbi əməkdaşlıq xüsusən də son illər dinamik inkişaf etməkdədir. Ən yüksək səviyyədə (baş nazir, prezidentlər) reallaşan qarşılıqlı səfərlər bunun bariz sübutu hesab oluna bilər. İki dost dövlət arasında hərbi-texniki əməkdaşlıq və silah ticarətinin həcmi də ilbəil genişlənməkdədir.

Yeri gəlmişkən, Pakistan Azərbaycana yeni hərbi attaşe göndərib. Bu haqda müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşündə məlum olub.

Musavat.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan əldə edilən “Super Muşak” təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını qeyd ediblər.
Sonra səfir ölkəmizdə fəaliyyət müddəti başa çatmış hərbi attaşe polkovnik Syed İmran Əli və bu vəzifəyə yeni təyin olunan polkovnik Nadem Yaqub Çaudrini müdafiə nazirinə təqdim edib. General-polkovnik Z.Həsənov Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə polkovnik Syed İmran Əliyə təşəkkürünü bildirib, ona gələcək işlərində uğurlar arzulayıb.

Yeni hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin silahlı qüvvələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

***

Qeyd edək ki, Azərbaycan Pakistan, İsrail, Türkiyə kimi dost-tərəfdaş ölkələrdən yeni silahlar almaqla yanaşı, öz silah sənayesini də gücləndirməkdədir. Bakı üçün, hərbi qüdrətimiz üçün bu amilin xüsusi önəmi var. Ən azı ona görə ki, sülh danışıqlarının perspektivi görünmür. Qarabağ danışıqları belə görünür, iki əsas vasitəçi dövlətlər – ABŞ və Rusiya arşında münasibətlərin getdikcə daha da gərginləşməsi üzündən bir az da dalana girməkdədir.

Demək, işğal problemi yaşayan Azərbaycan üçün hərb amili əsas prioritet kimi önə qalır. Siyasi müşahidəçilərə görə isə, nə qədər ki, ATƏT-in Minsk Qrupu həmsədrləri, xüsusən də Rusiya Qarabağ probleminin həllinə real maraq göstərməyib, Azərbaycan və Ermənistan prezidentlərinin payızda nəzərdə tutulan görüşü də nəticəsiz başa çatacaq. O zaman sülh (müharibə) perspektivinə heç bir təsiri olmayacaq daha bir görüş xətrinə görüş keçirməyə, danışıqlar xətrinə danışıq aparmağa dəyərmi?

***

“Bu gün Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağın statusu və ərazilərin qaytarılması məsələsində ziddiyətlər o qədə dərindir ki, üfüqdə heç bir nizamlanma əlamətləri görünmür”. Bu barədə ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor”un məruzəsində bildirilir. “Stratfor” təhlilçiləri qeyd edirlər ki, Fransa bu yaxınlarda Əliyevlə Sərkisyan arasında sammit təşkil etməyə çalışıb, lakin bu səylər nəticə verməyib (virtualaz.org). “Rusiya sülh prosesinin irəliləməsində maraqlıdır, bir şərtlə ki, ona regionda öz qoşunlarını yerləşdirməyə icazə versinlər” – məruzədə deyilir.

Amerikalı təhlilçilərə görə, əgər Azərbaycan ötən ilin aprelində olduğu kimi, qısamüddətli hərbi əməliyyatlarda ərazilərin bir hissəsini geri qaytarmağa cəhd eləsə, Moskva regiona qoşun yeridə bilər. Əks halda, Rusiyanın məqsədi münaqişənin nizamlanması halında regionda özünün sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsini qoymaqdır.

“Stratfor” bildirir ki, Azərbaycan münaqişənin nizamlanmasından ümidini üzüb silahlanmanı davam etdirir, öz arsenalını gücləndirir. Rusiya və İsraildən milyardlarla dollarlıq silah alır. Ermənistan isə münaqişəyə görə getdikcə daha çox təcrid vəziyyətinə düşür.

“Dördgünlük müharibə Rusiyanın dəstəyinin hüdudlarını göstərdi, İrəvanın Moskvanın dəstəyi məsələsində ümidləri doğrulmadı. Azərbaycan regionda Rusiyanın əsas tərəfdaşı olmaq məsələsində Ermənistanı sıxışdırdıqca İrəvanda narahatlıq artır ki, Moskva Dağlıq Qarabağ üzərində nəzarəti Bakıya verə bilər. Buna cavab olaraq Ermənistan özünün xarici siyasətini şaxələndirmək üzərində işləyir, Avropa İttifaqı ilə sıx əlaqələr yaratmağa çalışır. NATO ilə əməkdaşlığı genişləndirir” – məruzədə göstərilir.

“Stratfor” təhlilçiləri hesab edirlər ki, ötən ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında çox şey dəyişib: “Ermənilər növbəti qəfil həmlə ehtimalına qarşı təmas xətti boyu hərbi texnika yerləşdirib. ABŞ-da yeni administrasiya hakimiyyətə gəlib və onun Rusiyaya dair mövqeyindən Qarabağ danışıqlarında çox şey asılı olacaq. Qarabağda yeni müharibə riski heç vaxt olmadığı qədər yüksəkdir. Bununla belə, Azərbaycan Rusiyadan dəstək almasa ərazilərini geri almaq üçün ötən ilin aprelindəkinə bənzər hərbi əməliyyatlara cəhd etmək istəmir. Lakin məsələ ondadır ki, Bakı başqa yanaşmanı sınaqdan keçirmək istərdimi – məsələn, hərbi təyyarələri də tətbiq etməklə Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyatlara başlamaq kimi. Bu halda isə Ermənistan özünün raket sistemlərini tətbiq edəcək, Sərkisyan ”Qarabağı qorumaq üçün tərəddüd etmədən bütün arsenalı işə salacağını” deyib” – məruzədə deyilir.

Göründüyü kimi, Qarabağ danışıqlarında tezliklə irəliləyiş ehtimalının olmadığını və müharibə riskinin böyük olduğunu amerikalı təhlilçilər də etiraf edirlər…

Previous Post

Azərbaycan hərbi parkını gücləndirir – Qarabağ prioriteti

Next Post

İŞİD-in tərkibində döyüşən azərbaycanlıların çoxu geri qayıtmaya bilər -Təhlükəsizlik eksperti

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

İŞİD-in tərkibində döyüşən azərbaycanlıların çoxu geri qayıtmaya bilər -Təhlükəsizlik eksperti

İŞİD-in tərkibində döyüşən azərbaycanlıların çoxu geri qayıtmaya bilər -Təhlükəsizlik eksperti

Son xəbərlər

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr 2026 - 12:26
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

13 Oktyabr 2026 - 12:18
9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

13 Oktyabr 2026 - 12:10
Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

13 Oktyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

13 Oktyabr 2026 - 11:56
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

13 Oktyabr 2026 - 11:44
Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

13 Oktyabr 2026 - 11:30
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

13 Oktyabr 2026 - 11:24
Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

13 Oktyabr 2026 - 11:05
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr 2026 - 10:59
DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

13 Oktyabr 2026 - 10:51
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

13 Oktyabr 2026 - 10:42
Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

13 Oktyabr 2026 - 10:34
Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

13 Oktyabr 2026 - 10:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.