"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Heyf o heyvana ki, onun adını sənə qoyublar

25 İyul 2017 - 11:30
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

“Ancaq o siyahıda pulla böhtanlar yazan, bilə-bilə şər böhtan atan çoxlu sayda «jurnalist» gördüm. Onlardan biri, Əli Həziquliyevi elə bu hakimiyyətin, heç də ədalət güzgüsü olmayan, məhkəməsi belə bu günlərdə mənə böhtan atdığına görə cəzalandırdı.” Bu sitat Aslan İsmayilov adlı bir zadın (özümə söz vermişəm ki, bir daha Aslana şey yazmayacam. Çünki Apelyasiya məhkəməsinin hakimi Fuad Talışinskinin qərarına görə şey başqa şeyə deyilirmiş. Hələ şeydən yaxşı başı çıxan ekspertiza idarəsinin Almaz adlı ekspertinin verdiyi rəyi demirəm.) Facebook səhifəsindən götürülüb. İlkin olaraq bu zadla məhkəmə prosesinə xırdaca ekskurs edim. Demək Aslan İsmayılov məni və “Lent.az” saytını hələ ötən ilin dekabrında məhkəməyə vermişdi. İşə Xətai royon məhkəməsinin hakimi Səadət Səlimova baxdı və bizim xeyrimizə qərar çıxararaq Aslan İsmayilovun iddiasını rədd etdi. Sonra da məsələyə Apelyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə (iki nəfər də məhkəmə heyəti ilə birlikdə) baxildi. Uzun çək-çevirdən sonra üç nəfər kişidə bir qadının ürəyi olmadı ki, Aslan İsmayılova yerini göstərsin. Nə isə… Hakim heyəti Aslan İsmayılovun mənəvi dəyərini 1000 manata qiymətləndirərək (məncə hələ bu da çox idi) adama 500 manat olmaqla “Lent.az”la mənim aramda böldü. Sonra da bizə məsləhat verdi ki, gedib o zaddan üzr istəyib təkzib verək. Bu ekskursu niyə etdim? Gördüyünüz kimi hələ 6 ay əvvəl mən məhkəmədə adını vəkil qoyaraq insanları jantajla məşğul olan birisinə qalib gəlsəm də heç yerdə bir kəlmə də olsun yazmadım. Çünki belə ucuz reklamlar mənim çapım deyil. İndi bu “ləyaqət dağarcığı” məni “pulla böhtanlar yazan, bilə-bilə şər böhtan atan” kimi qələmə verərək növbəti böhtanını atır. Təbii ki, o buna görə məhkəmə qarşısında cavab verəcək. Bu məsələnin hüquqi tərəfidir və mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəm. İkinci tərəfi isə odur ki, sən, ləyaqət dağarcıgı, iki yaşlı Zəhranı qətlə yetirən erməniləri pul alıb müdafiə etmədinmi. “Emre Plic” ermənisini nə tez unutdun. Pula görə ermənini müdafiə edən bir şərəfsiz, ləyaqətsiz, alçaq hansı üzlə başqalarını ittiham edə bilər? (Məhkəmənin və ekspertin nəzərinə: mötərizədən qabaqkı cümlənin Aslan İsmayilova heç bir aidiyyatı yoxdur. Bu cümləni birbaşa iki yaşlı Zəhranın canına qıyan ermənilərə və pula görə ermənini müdafiə edənşərəfsizlərə şamil etmişəm).

İki gündən bir Sumqayit hadisələri ilə bağlı adını kitab qoyub yazdığın cızmaqaranı millətin gözünə soxursan. Və “oğru elə bağırdı, doğrunun bağrı yarıldı” prinsipi ilə dövlət ittihamçısı kimi çıxış etdiyin həmin hadisələrin cinayət işində özünün zibillərini ört basdır etmək üçün Ramiz Mehdiyevlə Mənsur İbayevə çamur atırsan: “Bu hadisələrdə başqa bir təqsirkar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. O, Mərkəzi Komitədə ideologiya üzrə katib olub. Və bütün məsələlərdən xəbəri olub, lakin susub, heç bir iş görməyib. İndi də bu hadisələrdə təqsirkar olanlar əsl həqiqətlərin üzə çıxmasına mane olurlar”. Bu sitat sənin 28 fevral 2012-ci il tarixli “Azadlıq” qəzetindəki yazındandır. Və o zaman “ittiham nitqinin mahiyyəti belə olmuşdu: istintaqı dərinləşdirmədən icraçılara ölüm hökmü çıxarılır və iz itirilir”. Elə Mixail Qorbaçov da Siyasi Büronun 29 fevral iclasında göstəriş vermiş və işin xuliqanlıq edən elementlərin üzərinə qoyularaq tez yekunlaşdırılmasını tələb etmişdi. Bu məqam sənin öz kitabında da var. Bununla da sən Qorbaçovun göstərişi əsasında işi tez yekunlaşdıraraq və bir daha bu işə qayıtmağın mümkün olmayacağı situasiyanı yaradacaq ittiham irəli sürürsən. Qriqoryan və əlavə 4 nəfər azərbaycanlıya ölüm hökmü verilir, vəssalam! Hakim Mənsur İbayev isə başqa hökm çıxarır. Qrupun rəhbəri kimi Qriqoryana 12, azərbaycanlıların isə hər birinə 4,6 və s. iş kəsməklə yanaşı işdəki qaranlıq məqamların yenidən araşdırılması, təşkilatçıların tapılması üçün işin təkmili istintaqa qaytarılması haqda qərar çıxarır. Baxin, kimdir imperiyanın qulbeçəsi rolunda 4 nəfər azərbaycanlıya ölüm hökmü çıxartdıran – sən Aslan İsmayilov yoxsa Mənsur İbayevlə Ramiz Mehtiyev? Sənin həqiqətən iddiasında olduğun ləyaqətin çatırdısa nədən indi o hadisələr haqda çərənlədiklərini o zaman hamının gözü qarşısında söyləmirdin? Niyə o zaman demirdin ki, bu işin təşkilatçiları araşdırılıb tapılmalıdır? Deyə bilməzdin, çünki sən özün elə həmin təşkilatçıların bu işi ört basdır etmək üçün təyin etdikləri adam idin. İndi səsinin yoğun “yerinə“ salıb var gücünlə bağırmaqla deyil ki. Özünü gücə salma qaqa, oturacağın (məhkəmənin diqqətinə: taburetka nəzərdə tuturam ha)  gücə düşər.

Özunun “Milli matəm günü” adlı cızmaqaranda yenə də prezidentin köməkcisi Əli Həsənovu qaralayıbsan: “Azad mətbuatı boğmaq üçün hakimiyyət hər addımı atdı və son nöqtədə mətbuatı o günə saldı ki, indi mətbuat senzura olduğu dövrdən də pis günlərə qaldı”. Doğru buyurursan, həqiqətən də son dövr milli mətbuat sahəsində aparilan islahatlarla mətbuat xeyli müsbət dəyişikliklərə məruz qalıb. Qarayaxmalalarla, böhtanlarla məşgul olanlarin çoxu öz yerini Facebookda sənə və səninkimilərə verib.

Və sonda elə bilirsən niyə məndən əl çəkmədiyni bilmirəm? Bilirəm, vallah bilirəm. Məni söyməklə Monteneqroya qarmaq atmaq istəyirsən. Siyasi rəqslərinlə yandırdığın körpüləri bərpa etmək niyyətin çox qabarıq görünür.  Amma başa düşmürsən ki, o birdəfəlik əşyalardan çox az istifadə edir. (Məhkəmənin nəzərinə: Birdəlik əşya deyəndə plastik qida qablarını nəzərdə tuturam. Sonra cığallıq etməyin.) Xüsusən də yararlılıq müddəti çoxdan keçmişlərdən.

P.S. Heyf o heyvana ki, onun adını sənə qoyublar.

P.P.S. Qulu Məhərrəmlinin şərhinə gəlincə – “AzTV-nin həyətində hələ də bir qanlı tuman var” romanını oxusa yaxşı olar.

Əli Həziquliyev

Previous Post

Heyf o heyvana ki, onun adını sənə qoyublar

Next Post

Rusiya həbsxanasında 2350 azərbaycanlı cəza çəkir

Bənzər yazılar

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

26 Sentyabr 2026 - 10:13

İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. Elchi.az xəbər verir ki, bu fikriləri Prezident İlham...

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

25 Sentyabr 2026 - 17:27

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə görüşü müsbət qiymətləndirib və gələcəkdə bunun əla nəticələr verəcəyini gözlədiyini bildirib. Elchi.az...

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

25 Sentyabr 2026 - 17:22

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Musavat.com-un suallarını cavablandırıb. Söhbətimizin məzmunu Cənubi Qafqaz, Ukrayna böhranı və digər...

Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00

"NATO-nun Avropadakı üzv ölkələri ABŞ-ın iştirakı olmadan Yaxın Şərqdə hərbi əməliyyatlar apara bilmirlər və buna görə də Vaşinqtonun rəhbərliyinə ehtiyac...

Next Post

Rusiya həbsxanasında 2350 azərbaycanlı cəza çəkir

Rusiya həbsxanasında 2350 azərbaycanlı cəza çəkir

Son xəbərlər

Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

26 Sentyabr 2026 - 16:19
Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

26 Sentyabr 2026 - 15:58
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

26 Sentyabr 2026 - 15:40
Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

26 Sentyabr 2026 - 15:02
Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

26 Sentyabr 2026 - 13:49
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

26 Sentyabr 2026 - 13:33
“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

26 Sentyabr 2026 - 13:13
Bakı ərazisində vulkan püskürüb

Bakı ərazisində vulkan püskürüb

26 Sentyabr 2026 - 13:00
Anım gününün hava proqnozu açıqlanıb

Anım gününün hava proqnozu açıqlanıb

26 Sentyabr 2026 - 12:47
Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

26 Sentyabr 2026 - 12:22
27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

26 Sentyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.