"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bakının tıxac probleminə son qoyulacaq

21 İyul 2017 - 14:05
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

    

Heydər Əliyev prospekti ilə mərkəzi ərazini birləşdirən ən əhəmiyyətli yol – Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Yolların Optimallaşdırılması Layihəsi çərçivəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) mütəxəsissləri Y.Səfərov küçəsi ilə bağlı geniş təhlillər aparıb, yolda nəqliyyatın maneəsiz hərəkətinə səbəb olan problemlər müəyyən edilərək optimal həll yolları təklif edilib.

Təklif edilən həll yollarının əsas özəlliyi onların minimum xərclər hesabına başa gəlməsidir. Təkliflər hazırlanarkən diqqətda saxlanılan digər vacib məqam isə Y.Səfərov küçəsinə yaxın ərazilərin gələcək inkişaf planlarının nəzərə alınmasıdır. Məhz bu həll variantının reallaşdırılması sayəsində Y.Səfərov küçəsindən keçməklə şəhərə giriş-çıxışa imkan verən alternativ yollara malik səmərəli yol şəbəkəsinin qurulmasına nail olunacaq.

Günün pik saatlarında Y.Səfərov küçəsindən şəhər istiqamətində 8500 avt/saat, əks istiqamətdə isə 5000 avt/saat nəqliyyat vasitəsi hərəkət edir. Y.Səfərov və Afiyəddin Cəlilov küçəsi ilə şəhər istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin böyük əksəriyyəti (7500 avt/saat) yollarını Üzeyir Hacıbəyov küçəsi ilə davam etdirirlər ki, bu da adıçəkilən küçədə nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Siqnallaşdırma müddətləri tez-tez Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mexaniki qaydada dəyişdirilir (artırılır) və yaxud yol hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir, nəticədə Ü.Hacıbəyov küçəsi üzrə hərəkətə üstünlük verilir. Ü.Hacıbəyov küçəsində yaranan sıxlıq “domino effekti” nəticəsində bütün kəsişən və paralel küçələrdə problemlər yaradır.

Y.Səfərov küçəsinin Ü.Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən geridönmə yerinin ləğv edilərək yerinin dəyişdirilməsi Nizami küçəsinin də əhəmiyyətini azaldıb. Belə ki, artıq şəhərdən çıxış məqsədilə Y.Səfərov küçəsindən istifadə edən nəqliyyat vasitələri birbaşa Neftçilər prospekti vasitəsilə yola daxil olurlar ki, bu da pik saatlarda Y.Səfərov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Yeni təşkil edilən geriyədönmə yerində gözləmə ərazisinin az olması və geriyədönmə üçün xüsusi zolaqların olmaması digər nəqliyyat vasitələrinin hərəkətində maneələr yaratmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini təmin etməyə imkan vermir.

Günün pik saatlarında Y.Səfərov küçəsi şimal istiqamətdə də nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Bunun əsas səbəbi də A.Cəlilov küçəsinin şimalında yerləşən ərazidən hərəkət edən nəqliyyat vasitələrinin Y.Səfərov küçəsinə daxil olaraq geridönmə yeri vasitəsilə şəhər istiqamətində hərəkətlərini davam etdirmələridir. Bu axın artıq sıx olan Y.Səfərov küçəsinin böyük hissəsi boyunca hər iki istiqamətdə mənfi şəkildə təsir edərək nəqliyyat vasitələrini uzun dairəvi hərəkətlər etməyə vadar edir. Uzun dairəvi hərəkətlər ləngimələrə, toqquşan axınlara, həmçinin yanacaq sərfiyyatının və tullantıların artmasına səbəb olur.

Hazırda A.Cəlilov küçəsindən Ü.Hacıbəyov küçəsi vasitəsilə şəhər mərkəzinə giriş istisna olmaqla, Y.Səfərov küçəsinin iki tərəfi arasında birbaşa qoşulma yoxdur. Alternativ yolların olmaması A.Cəlilov və Ü.Hacıbəyov küçələrində nəqliyyat şəraitini pisləşdirir, belə ki, hərəkətin intensivliyi yolun buraxma qabiliyyətindən yüksəkdir.

Y.Səfərov küçəsində nəqliyyat axınının daha səmərəli paylaşdırılması, yeni alternativ yolların yaradılması məqsədilə BNA və “GEMMS” məsləhətçi şirkəti tərəfindən aşağıdakı təklif irəli sürülür:

Yusif Səfərov küçəsində daha 2 kəsişmədə düzünə hərəkətin təşkil edilməsi:

• Sabit Orucov küç. – Nizami küç.
• 28 May küç. – Mehdi Mehdizadə küç.

M.Mehdizadə və S.Orucov küçələri səmərəli həndəsi xarakteristikalara malik olsalar da, onlar nəzərdə tutulduğundan az istifadə edilir, çünki onlar şəhər mərkəzinə getmək üçün uzun dairəvi marşrutlar təklif edirlər.

Bu kəsişmələr svetoforlar vasitəsilə idarə olunacaqlar ki, bu da Y.Səfərov küçəsinin hər iki tərəfi arasında həm şəhər mərkəzinə giriş, həm də şəhər mərkəzindən çıxış üçün qısa və birbaşa keçid təmin edəcək, hər iki istiqamətdə intensivliyi azaldaraq Y.Səfərov küçəsində uzun dairəvi marşrutları ləğv edəcək. Kəsişmələrin sinxronlaşdırılmış işıqforlarla idarə olunması ərazidə nəqliyyat sıxlığının yaranmasının qarşısını almaqla yanaşı, həm də Ü.Hacıbəyov küçəsində nəqliyyat axınının nizamlanmasına imkan verəcək. Nizami küçəsi ilə kəsişmədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidinin təşkil edilməsi də nəzərdə tutulub. Eyni zamanda, qeyd edilən kəsişmələr Y.Səfərov küçəsində mövcud geridönmə yerinin ləğv edilməsi, geridönmələrin bu kəsişmələr vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.

Bu kəsişmələrin təşkil edilməsi, həm də “Ağ Şəhər” layihəsini şəhər mərkəzi və Nəriman Nərimanov prospekti (Sovetski Layihəsi) ilə birbaşa birləşdirəcək əhəmiyyətli cüt dəhliz yaradacaq. Nəzərə alsaq ki, “Ağ Şəhər” layihəsi çərçivəsində qeyd edilən ərazidə 50 min sakinin məskunlaşacağını və 30 000-dən çox nəqliyyat vasitəsinin gün ərzində bu ərazidən istifadə edəcəyi nəzərdə tutulması layihənin əhəmiyyətliliyini daha da artırır. Nəcəfqulu Rəfiyev küçəsi Babək prospektindən şəhər mərkəzinə və əks istiqamətdə əsas dəhlizə çevirəcək. S.Orucov və M.Mehdizadə küçələrini müvafiq olaraq, A.Cəlilov küçəsi və Neftçilər prospektinə paralel alternativlərə çevirəcək.

Yuxarıda təsvir edilən işlər daha əlverişli yol şəbəkəsi təmin etməklə kifayətlənməyəcək, həm də Ağ Şəhər və Y.Səfərov küçəsi arasındakı bütöv ərazinin xarakterini müsbət şəkildə dəyişəcək, sosial və biznes mühitin inkişafına təkan verəcək.

Previous Post

Bakının tıxac probleminə son qoyulacaq

Next Post

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

Bənzər yazılar

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir...

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09

Azərbaycanda faktiki hava açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, oktyabrın 3-ü saat 11:00-a olan məlumatına əsasən...

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51

Oktyabrın 3-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan...

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25

Böyük Qayıdış proqramı çərçivəsində Suqovuşana 180 ailənin, ümumilikdə 591 nəfərin köçürülməsi təmin olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,...

Next Post

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

Son xəbərlər

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

03 Oktyabr 2026 - 11:02
Şimali Koreya Yapon dənizinə doğru raket atdı

Şimali Koreya Yapon dənizinə doğru raket atdı

03 Oktyabr 2026 - 10:50
Lukaşenko Trampla görüşə hazırlaşır

Lukaşenko Trampla görüşə hazırlaşır

03 Oktyabr 2026 - 10:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.