"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bakı-Sumqayıt marşrutu: “ölüm avtobusları” hələ də iş başındadır

21 İyul 2017 - 12:23
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Professor Tərlan Quliyev vəfat edib

Bu xətdəki mikroavtobusların əksəriyyəti bərbad durumdadır; Bakı Nəqliyyat Agentliyinin sözçüsü: “Onların fəaliyyəti qanunsuzdur, sərnişinlərin həyatına birbaşa təhlükədir…”

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəzadan nə sürücülər, nə də sərnişinlər bir nəticə çıxarmayıb. “20 Yanvar” metro stansiyası ətrafında qeyri-qanuni fəaliyyət göstərən onlarla sərnişin avtobusu yenə işindədir. Həmin sürücüləri kiminsə həyatı, təhlükəsizliyi maraqlandırmır. Əsas məqsədləri pul qazanmaqdır.

DYP və PPX əməkdaşları dəfələrlə Bakıdan Sumqayıta qanunsuz işləyən marşrut sürücülərinə qarşı reydlər keçirsə də, bunun qarşısını tamamilə almaq mümkün olmayıb. Müşahidələrimiz zamanı artıq istifadəyə yararsız olan marşrut avtobuslarının “20 Yanvar” metro stansiyası ətrafında sərnişin yığdıqlarının şahidi olduq. Qeyri-qanuni xidmət göstərən Bakı-Sumqayıt marşrutlarının əksəriyyəti bərbad durumdadır. Mikroavtobuslar isə necə deyərlər, tökülüb-itir.
Hər gün sərnişinləri ölüm təhlükəsi ilə üz-üzə qoyan, yolda sürət həddini aşıb bir-biri ilə yarışa girən sürücülərlə sərnişin qismində həmsöhbət olduq. 1997-ci il istehsalı olan “Ford” markalı sərnişin avtobusunun sürücüsü gizli-gizli işlədiklərini etiraf etdi: “İş yoxdu, brat. Olsa da, qoymurlar işləməyə. Elə bilirsən mənə xoşdu günün altında durub ””Sumqayıta 60 qəpik” qışqırmaq? Evdə 3 uşaq məndən çörək gözləyir. İçəri girəndə əlimə baxırlar. Bir sürücü ehtiyatsızlıq edib, 5 nəfəri ölümə aparıb. Elə bu səbəbdən də bizim işimiz çətinləşib. DYP ilə gizlənqaç oynayırıq. İllərdir bu xətt üzrə işləyirəm, bir dəfə də olsun qəza etməmişəm”.

“20 Yanvar” metro stansiyası ətrafında işıqlarını yandırıb, mikroavtobus sürücülərini qovan polis əməkdaşlarının da fikirlərini öyrəndik: “Özünüz də görürsüz ki, bayaqdan qanunsuz işləyən Bakı-Sumqayıt marşrutlarına sərnişin götürməyə imkan vermirik. Avtobuslar yalnız ”Avtovağzal” ərazisindən işləyə bilərlər. Onların fəaliyyəti qeyri-qanuni hesab olunur. Buradan sərnişin daşıyan sürücülərə müvafiq cərimələr tətbiq olunur. Çətin olsa da, bu problemin öhdəsindən gəlməyə çalışırıq”.

Qeyd edək ki, Bakı-Sumqayıt xətti üzrə çalışan mikroavtobusların bir neçəsi adıçəkilən metro stansiyasının ətrafında olan binaların həyətində və ara küçələrdə dayanıb sərnişin götürür. Bu məlumatı bizə adının çəkilməsini istəməyən taksi sürücüsü verdi: “Biləcəri-Xırdalan avtobusları istiqamətində olan binaların həyətlərində qeyri-qanuni işləyən mikroavtobuslar dayanır. Metrostansiyanın ətrafındakı sərnişinləri sürücülərin köməkçisi ora yola salır. Binaların həyətinə piyada 100-150 metr məsafə olduğundan, 60 qəpiklik yolu 50 qəpiyə getmək üçün sərnişinlər bu əziyyətə qatlaşırlar. Bu mikroavtobuslarda gediş haqqı ucuz olduğundan sərnişinlər ”Avtovağzal” kompleksinə getmirlər. Sürücülərin bu manevri sərnişinləri cəlb edir. Lakin həyatları üçün nə qədər təhlükəli addım atdıqlarının fərqində deyillər”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O, Bakı-Sumqayıt arasında işləyən mikroavtobusların sərnişindaşımada ciddi təhlükə yaratdığını bildirdi: “Bu nəqliyyat vasitələri əslində yükdaşıma üçün nəzərdə tutulsa da, sonradan edilən konstruksiya dəyişikliyi sayəsində bunlarla sərnişin daşınır. Lakin birmənalı olaraq qanunsuzdur, sərnişinlərin həyatı üçün birbaşa təhlükədir. Sumqayıt yolunda baş verən qəza bunun əyani sübutudur. Bu gün paytaxtın marşrut şəbəkəsində bu tip nəqliyyat vasitələri ilə sərnişin daşınması qadağan edilib. Lakin bizim paytaxt ərazisində apardığımız müşahidələrə, sərnişinlərin çoxsaylı müraciətlərinə əsasən deyə bilərik ki, bu gün hələ də bu nəqliyyat vasitələri ilə qanunsuz sərnişindaşıma ilə məşğul olanlar var. Metronun ”Əhmədli”, “Koroğlu”, “Qara Qarayev” “20 Yanvar” stansiyalarının ətrafında da belə nəqliyyat vasitəsi ilə sərnişin daşınmasına rast gəlmək mümkündür. Bundan əlavə, müxtəlif kənd və qəsəbələrdə bələdiyyə avtobusu adı ilə də yararsız, heç bir standarta uyğun olmayan bu tip nəqliyyat vasitəsilə sərnişindaşıma halları mövcuddur”.

M.Ağayev məsələnin ciddiliyini nəzərə alaraq və Sumqayıt yolunda baş verən ağır qəzanın təkrarlanmaması üçün səlahiyyətləri çərçivəsində bütün zəruri addımları atdıqlarını bildirdi: “Biz keçən həftə mikroavtobusla qanunsuz fəaliyyət göstərən bir nəfər sürücünü BNA-ya çağırdıq. Onun sənədləri tədbir görülməsi üçün müvafiq qurumlara göndərildi. Lakin bu işdə təkcə bir qurumun tədbir görməsi kifayət etmir. Müvafiq dövlət qurumları səylərini birləşdirib buna qarşı ciddi tədbir görməlidir”.

Previous Post

Bakı-Sumqayıt marşrutu: “ölüm avtobusları” hələ də iş başındadır

Next Post

Polşanın xarici işlər naziri Bakıya gələcək

Bənzər yazılar

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib. Bu...

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...

Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb. O,...

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə...

Next Post

Polşanın xarici işlər naziri Bakıya gələcək

Polşanın xarici işlər naziri Bakıya gələcək

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.