"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Problemli kreditlər rekord həddə çatıb

21 İyul 2017 - 11:42
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Neft yenə 105 dollara yaxınlaşır

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Əkrəm Həsənov: “Problemli kreditlərin əksəriyyəti əliəyriliklə verilmiş kreditlərdir”

2017-ci il mayın 1-dək 1 739,8 milyon manat kreditin ödəmə vaxtı keçib. Mərkəzi Bankdan verilən məlumata görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,8 faizini təşkil edib. Ümumilikdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə problemli kreditlər 14,9 faiz artıb.

Bank sektorunu çökdürən əsas amillərdin biri olan problemli kreditlərin həcminin ildən-ilə artması cəmiyyəti narahat etsə də, ötən iki ildə hökumət tərəfindən heç bir ciddi addım atılmayıb. Bunun nəticəsində demək olar ki, əksər banklar müflis duruma düşüb, kredit verilişi dayandırılıb, vətəndaşlar banklar qarşısında borclu qalıblar. İqtisadçı ekspertlər isə hesab edir ki, problemli kreditlərin həcmi1,7 milyard manatdan daha çoxdur.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, problemli kreditlərin real həcmi ən azı göstərilən rəqəmdən iki dəfə çoxdur: “Beynəlxalq reytinq agentlikləri də bunu daim vurğulayır və elə məhz buna görə də banklarımızın reytinqini endirməyə davam edir. Sadəcə, banklarımız real həcmi gizlədir. Bunun iki səbəbi var. Problemli kreditlər üzrə ehtiyatlar saxlamaq lazımdır, bu isə xərcdir və bankların kapitalını azaldır, nəticədə prudensial tələblər (yəni qanunun və Palatanın banklara qoyduğu normativ göstəricilər) pozulur. Digər tərəfdən, problemli kreditlərin yüksək olması bankların imicinə mənfi təsir göstərir: belə çıxır ki, bank ona pulunu etibar etmiş müştərilərin vəsaitini qeyri-qənaətbəxş yerləşdirir (kredit verir) və müflis olma ehtimalı artır. Təbii, bu da müştəriləri qaçıra bilər. Onsuz da banklarımızdakı əmanətlərin həcmi 2 ildən çoxdur ki, azalan xətlə gedir. Hər bir halda problemli kreditlərin həcmi getdikcə daha çox artır”.

Problemli kreditlərin həcmi niyə artır?

Ə.Həsənovun fikrincə, problemli kreditlərin həcminin artmasının 2 əsas səbəbi var: “Əvvəla, ölkədə iqtisadi böhran yaşanır. Gəlirlər azaldığı üçün kreditləri ödəmək getdikcə daha da çətinləşir. Digər tərəfdən, dollar kreditləri problemi hələ də həllini tapmayıb. Hətta indiyədək borcunu birtəhər ödəyən də artıq ödəmək istəmir və bankdan güzəşt tələb edir. Başqa sözlə, dollarla borcu olanlar devalvasiyanın ağır nəticəsini bankla bölüşmək istəyir. Məsələn, deyir ki, mən krediti alanda məzənnə 0,78 idi, indi 1,7 olub, heç olmasa 1,05 məzənnəsi ilə ödəyim. Amma təəssüf ki, bankların əksəriyyəti məzənnə məsələsində ciddi güzəştə getmir və bu da ödəməyənlərin sayını artırır”.

Nə etmək lazımdır?

Əkrəm Həsənov 3 addımın ardıcıl olaraq atılmasını təcili və zəruri hesab etdi: “Əvvəla, bütün banklarda obyektiv yoxlama aparılmalıdır. Müflis bankların taleyi göstərdi ki, banklar bərbad kredit siyasətinin qurbanı olub. Problemli kreditlərin əksəriyyəti müəyyən sahibkarlara bilərəkdən bank üçün əlverişsiz şərtlərlə verilib. Həmin şəxslər çox güman ki, ya bank sahibləri və inzibatçılarına yaxın şəxslərdir, ya da rüşvət nəticəsində daha asan şərtlərlə alanlardır. Bu məsələ də araşdırılmalıdır. Həmin kreditləri isə bank sahibləri və inzibatçıları verib, kənar auditor və Mərkəzi Bank isə buna nədənsə göz yumub. Yoxlama nəticəsində bu hallar aşkar edilməli, təqsirkarlar müyyən edilməli və kreditlərin dərhal qaytarılması tələb olunmalıdır. Əks halda, cinayət işi açılmalıdır. Bu addımın atılması yəqin ki, qanunda da müəyyən dəyişikliklərin edilməsini tələb edəcək. Belə ki, hesab edirəm ki, kreditlər qayıtsa, cinayət işi açılmamalıdır. Yəni daha çevik olmalıyıq: əsas pulun qayıtmasıdır, kiminsə cəzalandırılması deyil. Bu ilk addım nəticəsində banklara xeyli vəsait qayıdacaq”.

İqtisadçı vurğuladı ki, problemli kreditlərin əksəriyyəti elə əliəyriliklə verilmiş kreditlərdir: “Bu pulların qayıtması nəticəsində bankların çoxunu xilas etmək olar və onların hesabına digər iki addımı da atmaq olar. İkinci addım fakitiki iflasa uğramış şəxslərin məhkəmə tərəfindən müflis elan olunması və onların borclarının silinməsidir. Bu da normal haldır. Kimsə borcunu ödəyə bilmirsə, borcu bağışlanmalıdır. Sivil dünyada bu belədir. Amma eyni zamanda müflis şəxslərə dair qanun müəyyən müvəqqəti məhdudiyyətlər təsbit etməlidir: hansısa vəzifələri tutmaq və s. Nəhayət, üçüncü addım dollar kreditləri olanlara məzənnə güzəştlərinin tətbiqindən ibarətdir. Bundan sonra həmin şəxslər də borclarını ödəyə biləcək. Təbii, bu addımların nəticəsində hansısa bankların vəziyyəti yenə də çətin qala bilər. Bu halda dövlət onlara yardım edə bilər. Xüsusilə vurğulayıram ki, dövlət yalnız bütün bu addımlardan sonra banklara yardım etməlidir. Bütün bu işlər üçün maliyyə ombudsmanı institutunun da təsisi zəruridir ki, kreditorlarla borclular arasında vasitəçi qurum olsun”.

Niyə hökumət bu addımları atmır?

İqtisadçı sualımıza cavab olaraq təəssüflə bildirdi ki, burada subyektiv amillər daha çoxdur: “Əvvəla, maliyyə sistemimizi idarə edənlərin banklarla, bank sahibləri və inzibatçıları ilə sıx əlaqələri var. Necə deyərlər, kəsdikləri ”duz-çörəyin” üstündən keçə bilmirlər. Digər tərəfdən, ciddi kadr problemi var. Böhran göstərdi ki, maliyyə sistemimizi idarə edənlərin əksəriyyəti yaxşı günün inzibatçısı imiş və elə dərin savad və səriştələri yoxdur. Çoxunu yaxşı tanıdığım üçün bunu deyə bilərəm. Bəziləri elementar şeyləri belə bilmirlər. Nəhayət, maliyyə sahəsi üzrə işləyən dövlət qurumları arasında ciddi ziddiyyətlər və konfliktlər var. Hətta bəzi qurumların öz daxilində belə bu hallar var. Məsələn, Palatanın daxilində Rüfət Aslanlının rəhbərlik etdiyi Direktorlar Şurası ilə İbrahim Alışovun başçılıq etdiyi İdarə Heyəti arasında ziddiyyət var. Belə şəraitdə konsturktiv idarəçilik çətindir. Ümumiyyətlə, ən azı hökumətin iqtisadi blokuna vahid rəhbərlik lazımdır ki, hərəsi öz havasını oynamasın”.

Previous Post

Problemli kreditlər rekord həddə çatıb

Next Post

Sumqayıt sakini özünü asdı

Bənzər yazılar

Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42

Dünya bazarlarında neft bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 104,72 dollara, yüngül neftin bir barreli...

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

09 Oktyabr 2026 - 17:17

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici...

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

09 Oktyabr 2026 - 16:45

İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Elchi.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki,...

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

09 Oktyabr 2026 - 14:53

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50 milyard 774,7 milyon manatlıq mal satılıb. Elchi.az bu barədə Dövlət...

Next Post

Sumqayıt sakini özünü asdı

Bakı-Sumqayıt marşrutu: “ölüm avtobusları” hələ də iş başındadır

Son xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

10 Oktyabr 2026 - 11:20
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13
BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59
Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.