"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sabiq nazir müavinindən casus şəbəkəsi ilə bağlı sensasion iddia

21 İyul 2017 - 09:40
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Geomaqnit qasırğası olacaq

Həbs edilən dəstənin hansı ölkəyə informasiya ötürmələri ilə bağlı müəmmalar var; Sülhəddin Əkbər: “…Tutulanların Rusiya ilə əlaqəli olduqları bilinir, amma başqa dövlətin adı çəkilir”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycan Respublikasından çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb. DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, dövlətə xəyanət faktı üzrə casus şəbəkəsinin üzvləri – Azərbaycan vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlər və digər dairələrə nüfuz etmək, Azərbaycanın təhlükəsizlik orqanları, silahlı qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib.

Təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev deyir ki, kimisə dövlətə xəyanət ittihamı ilə həbs ediblərsə, deməli, bu, əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan bir qurumun uzun müddət apardığı müşahidələrin nəticəsidir: “Xarici ölkəyə casusluq edən şəxslərdən birinin ölkədən qaçmaq istəməsi onun topladığı məlumatları sifarişçiyə çatdırması üçün atılan addım olduğunu təsdiq edir. Məhz bu səbəbdən o, sərhəddə həbs edilib. Bundan başqa, belə bir maddə ilə cinayət işi başlamaq üçün obyekt, subyekt, obyektiv və subyektiv tərəflər tam şəkildə olmalıdır. Böyük ehtimalla, istintaq dövründə bunların hamısı tam leqallaşdırılacaqdır”.

Ekspertin fikrincə, burada əsas məsələ casusluq faktının olmasıdır: “Əgər tutulan Muxtar Yağubov casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycandan kənara çıxarmağa cəhd edibsə, deməli, o, buna uzun müddət hazırlaşıb. Xaricdən ona verilən sifarişi yerinə yetirib. Maraqlıdır ki, həmin şəxs dövlət əhəmiyyətli məlumatlara necə yol tapıb, onları necə əldə edib? Əlbəttə, bu da təfsilatı ilə araşdırılacaq. Bildiyim qədər casus şəbəkəsinin topladığı məlumatlar arasında məxfi, tam məxfi, dövlət əhəmiyyətli məlumatlar var. Bu məlumatların konkret nədən ibarət olması çox önəmlidir”.

A.Nağıyev hesab edir ki, istintaq dövründə həbs olunanların sayı daha da arta bilər: “Hətta düşünürəm ki, artıq həmin çevrə və oradakıların fəaliyyəti barədə əməliyyat orqanında lazım olan məlumatlar var”.

Xüsusi xidmət orqanının yüksək rütbəli sabiq əməkdaşı ictimaiyyətə açıqlanan məlumatda casus şəbəkəsinin hansı dövlətə işləməsinin nə üçün qeyd edilməməsinə də aydınlıq gətirib: “İstintaq getdiyi dövrdə casusların hansı ölkəyə işləməsini açıqlamaq qeyri-mümkündür. Məsələ ondadır ki, sifarişçi 3-cü, 4-cü ölkə də ola bilər. Yəni bir şəxs hansısa ölkənin sərhədində tutulursa, bu o demək deyil ki, casus məlumatları məhz həmin ölkəyə ötürür. Hər halda, əminəm ki, həmin məlumatların sifarişçisinin hansı ölkə olduğu tam dəqiqləşdirilib. Ancaq əməliyyat məlumatları olduğuna görə onları tam açıqlamaq qeyri-mümkündür. Çünki hələ bu faktlar tam istintaq hərəkətləri ilə sübuta yetirilməlidir. Bundan əlavə, xüsusi xidmət orqanlarında ”3-cü bayraq altında” deyilən məfhum var. Yəni kimlərinsə bir ölkənin ərazisində hansısa cəlbetməni digər ölkə üçün 3-cü bayraq altında etmələri mümkündür. Məhz bu səbəblərdən hələlik casusların hansı ölkənin sifarişi əsasında Azərbaycana xəyanət etmələri açıqlanmır”.

Image result for Arzu Nağıyev

Azərbaycan xüsusi xidmət orqanının sabiq birinci müavini Sülhəddin Əkbər casus şəbəkəsi üzvlərinin həbsini şərh edərkən deyib ki, cəmiyyətə verilən açıqlama obyektiv, hərtərəfli, tam olmalıdır, cəmiyyətdə suallar yaratmamalıdır:

“Məlumatlandırma tam deyil. Həbs olunanlar hansı dövlətin xüsusi xidmət orqanına xidmət ediblərsə, bu, göstərilməliydi”.

S.Əkbər deyir ki, belə məlumatların təhlili göstərir ki, adətən Rusiya xüsusi xidmət orqanları ilə bağlı olan hallarda konkret dövlət adı çəkilmir: “Praktikada elə hallar da var ki, tutulanların açıq şəkildə Rusiya ilə əlaqəli olduqları bilinir, amma başqa dövlətin adı çəkilir”.

Image result for Casus şəbəkəsi

Sabiq təhlükəsizlik zabiti tutulanların Azərbaycanda topladıqları məlumatların daşıyıcılarda ölkədən çıxarmaq istəyinin onların qeyri-peşəkar olmalarına dəlalət edən fakt kimi qiymətləndirilməsinə belə münasibət bildirdi:“Doğrudur, internetin, xüsusi proqramların olduğu bir dönəmdə toplanan məlumatların daşıyıcılarda – istər hard-disk olsun, istərsə də fleş-kart və ya digər bir vasitədə ölkədən çıxarmaq istəyi qəribə görünür. Amma bu gün elə daşıyıcılar var ki, açırsan, hansısa müğənninin konsertinin, oyun proqramının yazıldığını görürsən. Hər bir xüsusi xidmət orqanının informasiya daşıma yolu var. Amma həmin konsertin, oyun proqramının olduğu disk, digər daşıyıcıya xüsusi şifrə yazılanda tamam başqa görüntülər – gizli şəkildə casusların çəkdiyi video, əldə olunan məlumatlar, bir sözlə, daşıyıcıya yazılan, lakin şifrəsiz baxılması mümkün olmayan informasiyalar ortaya çıxır”.

Image result for Sülhəddin əkbər

S.Əkbər deyir ki, Azərbaycan böyük güclərin qarşı-qarşıya gəldiyi bir regionda yerləşdiyindən, bura bir çox dövlətlərin xüsusi xidmət orqanlarının maraq dairəsindədir: “Azərbaycanlıların əksəriyyəti hansı coğrafiyada yaşadıqlarının fərqində deyillər. Azərbaycan geopolitik baxımdan çox mürəkkəb bir məkanda qərarlaşıb. Geopolitikda Hartlənd və Rimlənd anlayışları var. Hartlənd Rusiya, Rimlənd okean ərazisindəki sahil qurşağıdır. Azərbaycan Hartləndlə Rimləndin arasındadır. Ona görə də Azərbaycan Hartlənd və ya əksinə Rimlənd uğrunda aparılan mübarizədə həmişə savaş meydanına çevirilir. Rusiya ilə ABŞ və onun ABŞ-ın müttəfiqləri arasında gedən geopolitik savaşda biz coğrafi olaraq ortadayıq. Bundan başqa, Rusiya ilə İranın arasındayıq. Dünya siyasəti ilə məşğul olanlar bilirlər ki, Azərbaycan Qacarlar dövlətinin bir parçası olub. Bunu Azərbaycan türklərinin böyük əksəriyyəti dərk etməsələr də, dünya siyasəti ilə məşğul olanlar yaxşı bilirlər. Hazırda Azərbaycan müharibə vəziyyətindədir. Və ən nəhayət, Azərbaycanın taleyi həll olunmayıb. Digər tərəfdən, Azərbaycanın yerləşdiyi regionda geopolitik, geostrateji, geoekonomik, geokültürəl mübarizə gedir. Taleyimiz geoekonomik baxımdan nisbətən həll olunub. Geokültürəl taleyimiz bəllidir – əhalinin böyük hissəsi İslam dininə etiqad edir. Geopolitik, geostrateji baxımdan bunları demək olmaz. Azərbaycan strateji seçimini etməyib. Nə Avropa Birliyinin NATO yoluna, nə də Avroasiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmayıb. Düşünürlər ki, neytral yol seçmək daha uyğun, təhlükəsizdir. Amma tam əksinədir. Azərbaycan kiçik dövlət olduğuna görə seçim edənə qədər daim ikitərəfli – Rusiya və Qərbin təzyiqi altında olacaq. Azərbaycan KTMT-ni seçəcəksə, Azərbaycan sərhədlərini sovet dövründə olduğu kimi Rusiya qorumalıdır. Hava hücumundan müdafiə sistemləri Rusiyanın anoloji sistemlərinə birləşdirilməlidir. Və ya NATO və Avropa Birliyinə qoşulmalı, NATO təhlükəsizlik sistemi çətiri altına keçməlidir. Bu seçim olmayınca Azərbaycanda xarici dövlətlərin xüsusi xidmət orqanlarının xüsusi marağı qalacaq”.(musavat.com)

Previous Post

Sabiq nazir müavinindən casus şəbəkəsi ilə bağlı sensasion iddia

Next Post

Mərkəzi Bankının valyuta məzənnələri

Bənzər yazılar

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Next Post

Mərkəzi Bankının valyuta məzənnələri

Mərkəzi Bankının valyuta məzənnələri

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.