"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycana 6 ayda 747 mindən çox əcnəbi gəlib

17 İyul 2017 - 15:26
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Hərbi Prokurorluğun rəhbərliyi gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşdü – FOTO

Külək güclənəcək – XƏBƏRDARLIQ

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

DMX-dan Elchi.az-a verilən məlumata görə, xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Xidmət rəisi bildirib ki, Azərbaycan öz tarixinin ən möhtəşəm inkişaf və qüdrətli dövlətçilik dövrünü yaşayır. Bu nailiyyət Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə uğurla davam etdirdiyi milli intibah siyasətinə və ictimai sabitliyə söykənir. Son illər dünyanın müxtəlif ölkələrində baş verən böhran, ayrı-ayrı ölkələrin tənəzzülü bir daha sübut edir ki, ilk növbədə təhlükəsizlik təmin olunmadan cəmiyyətin inkişafı mümkün deyil. F.Nəbiyev əlavə edib ki, bütün hökumət strukturlarında fəaliyyətin milli maraqlar, qanunçuluq, insan hüquq və azadlıqlarının aliliyi prinsipləri üzərində qurulmasını əsas məqsəd kimi müəyyənləşdirmiş cənab İlham Əliyevin 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə keçdi, gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi.

Xidmət rəisi qeyd edib ki, Azərbaycan sabitlik adası kimi əcnəbilərin diqqətini çəkməkdədir. Bununla yanaşı təkcə bu ilin birinci yarısında respublikamız bir sıra beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və DMX də bu proseslərlə bağlı həvalə edilmiş vəzifələri müvəffəqiyyətlə yerinə yetirib. Belə ki, bu il keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Avropa Qran-pri yarışları, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın yaratdığı növbəti mükəmməl təşkilatçılıq modeli idi. İstər bu mötəbər layihələrlə bağlı, istərsə də müxtəlif məqsədlərlə əlaqədar ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza sərbəst gəlməsinin və getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli istiqamətində hesabat dövdündə zəruri tədbirlər görülüb.

Xidmət rəisi vurğulayıb ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının 6 ay ərzində kifayət qədər artmasına səbəb olub.

F.Nəbiyev məlumat verib ki, 2017-ci ilin birinci yarısında 1.199.770 halda 747.107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduqları Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb. Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955.279 halda 529.924 olub. Diqqətə çatdırılıb ki, 6 ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 328.159 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib ki, bu da ötəni ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Bu ilin birinci yarısında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5.391 qərar qəbul olunub. Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 45.099 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib.

2017-ci ilin 6 ayı ərzində Xidmətin Çağrı mərkəzinə 46.992 zəng daxil olub. F.Nəbiyev xüsusi vurğulayıb ki, Xidmətin əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Xidmət rəisi Nazirlər Kabinetinin 2017-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. Bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və düzgün icra edilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini yüksək peşəkarlıqla, ciddi tələbkarlıq şəraitində yerinə yetirməlidir.

Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib. Müşavirəyə yekun vuran Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi kimi vəzifə və tapşırıqları bundan sonra da müvəffəqiyyətlə yerinə yetirəcək.

Previous Post

Azərbaycana 6 ayda 747 mindən çox əcnəbi gəlib

Next Post

Bakıda qumarda 20 min uduzan qadından gözlənilməz addım

Bənzər yazılar

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 18:38

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş yığıncaq keçirilib. Dövlət Komitəsindən Elchi.az-a...

Hərbi Prokurorluğun rəhbərliyi gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşdü – FOTO

Hərbi Prokurorluğun rəhbərliyi gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşdü – FOTO

06 Noyabr 2026 - 16:51

8 noyabr – Zəfər günü münasibətilə Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında...

Külək güclənəcək – XƏBƏRDARLIQ

Külək güclənəcək – XƏBƏRDARLIQ

06 Noyabr 2026 - 16:14

Noyabrın 7-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya...

DYP Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakıda keçiriləcək hərbi yürüşlərlə bağlı müraciət edib

DYP Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakıda keçiriləcək hərbi yürüşlərlə bağlı müraciət edib

06 Noyabr 2026 - 16:06

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakıda keçiriləcək hərbi yürüşlərlə bağlı müraciət edib....

Next Post

Bakıda qumarda 20 min uduzan qadından gözlənilməz addım

Bakıda qumarda 20 min uduzan qadından gözlənilməz addım

Son xəbərlər

Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

06 Noyabr 2026 - 23:05
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

06 Noyabr 2026 - 22:18
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

06 Noyabr 2026 - 20:13
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

06 Noyabr 2026 - 20:12
“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

06 Noyabr 2026 - 20:10
FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

06 Noyabr 2026 - 19:24
Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

06 Noyabr 2026 - 19:12
Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00
Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

06 Noyabr 2026 - 18:47
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 18:38
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

06 Noyabr 2026 - 18:26
Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

06 Noyabr 2026 - 18:16
Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

06 Noyabr 2026 - 18:05
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər – YENİLƏNİB

06 Noyabr 2026 - 18:02
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.