"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Beynəlxalq təşkilatlara müraciət ünvanlandı

07 İyul 2017 - 15:06
in aktual-banner, Banner, BannerVeteninfo, Cebhe-banner, MANŞET
FacebookVatsap

Beynəlxalq təşkilatlara müraciət ünvanlandı

Bunu da oxuyun

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Zaxarova Zelenskinin yalanlarından danışdı

Tramp: İranı darmadağın edirik

 İyulun 6-da Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstən fondu və “Xəzər” İssık Kul Azərbaycanlıları ictimai birliyi keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət ünvanlayıblar.

Tədbir iştirakçıları Ermənistanın silahlı qüvvələrinin öz xislətlərinə tamamilə uyğun gələn atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsindən hiddətləndiklərini bildiriblər, bu vandalizmi pisləyib və həlak olmuş şəxslərin Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızının ailələrinə dərin hüznlə başsağlığı veriblər

Müraciət ingilis dilinə tərcümə olunaraqdünyanın aparıcı dövlətlərinin liderlərinə liderlərə göndəriləcək.

Müraciətdə deyilir:”İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bütün dünyadakı Azərbaycan icmalarını, o cümlədən Bişkekdə fəaliyyət göstərənTürkdilli dövlətlərin siyasətinə dəstən fondu və “Xəzər” İssık Kul Azərbaycanlıları İctimai Birliyinin üzvlərini hiddətləndirib. Təxribat xarakterli bu vəhşilik aktı Ermənistan dövlətinin, Ermənistan hərbi-siyası rəhbərliyinin terrorçu mahiyyətini bir daha göstərib.

Azərbaycan mülki əhalisinə və mülki obyektlərə qarşı sistematik xarakter almış belə hücumlar beynəlxalq hüquq və insan haqlarının, uşaqların hüquqlarına dair beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Artıq 29 ildir ki, müstəqil Azərbaycanın torpaqlarının iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin ərazilərin azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu gün də davam etməkdədir. Üstəlik Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəfə alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli fəaliyyətlərini davam etdirir.

Bütün bəşəri qanunlarda günahsız insanların, xüsusilə də uşaqların qətli ən ağır cinayət hesab edilir. Təəssüflə qeyd edirik ki, 2 yaşlı Zəhra terrorun ilk qurbanı deyil. 2011-ci ildə Ağdam şəhərindən olan 9 yaşlı Fariz Bədəlov snayper atəşi nəticəsində həlak olmuşdu. Ümumilikdə, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılaşma əldə edildikdən sonra 33 uşaq terrora məruz qalıb. Onlardan 14-ü dünyasını dəyişib, 19-u isə yaralanıb.

Biz – Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun və “Xəzər” İssık Kul Azərbaycanlıları İctimai Birliyi nümayəndələri iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törətməsini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünyanın aparıcı dövlətlərinin liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırırıq.

Dinc əhaliyə qarşı silah işlədilməsi Ermənistan dövlətinin 29 ildən artıq davam edən hərbi təcavüzünün, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə və terror aktlarının davamıdır. Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin mütəmadi atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur qoyulması beynəlxalq müstəvidə təcavüzkara qarşı münasibəti kökündən dəyişməyin, “pisləmək”, “baş verənlərdən narahatlıq keçirmək” kimi növbəti açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir.

Ötən ilin aprel ayında təmas xəttində baş verən təxribatlar zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu və dövlətlə birliyini, qalibiyyət əzmini, haqq-ədalətin bərpası, Vətən torpağı uğrunda hər an şəhid olmağa hazır olduğunu bütün dünya gördü. Biz indi də Ali Baş komandan Prezident İlham Əliyevin yanındayıq, istənilən vaxt əlimizə silah alıb qisas almağa, işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq. Bu reallıq 29 ildən artıq davam edən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan tərəflərin nəzərə almalı olduğu mühüm məqamdır. İşğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirmək münaqişənin həllinə xidmət edə bilməz. Beynəlxalq hüquq və normalara riayət istisnasız olaraq hamının borcudur.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, beynəlxalq qurumların ikili standartları işğalçı Ermənistanı yeni-yeni terror fəaliyyətlərinə həvəsləndirir.

Ermənistan hərbi-siyasi rəhbərliyinin tapşırığına əsasən erməni silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bir daha göstərir ki, Ermənistanın sülh yolu ilə zəbt etdiyi torpaqları tərk etməsinə ümidlər aradan qalxır. Münaqişə zonasında baş verəcək gərginliyə görə məsuliyyət işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

İrqindən, dinindən və milliyətindən asılı olmayaraq heç kim bu hadisəyə sadəcə Azərbaycan xalqının problemi kimi baxmamalıdır. 2 yaşlı uşaq vəhşicəsinə qətlə yetirilib. Bu əməl cəzasız qalmamalıdır. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və laqeyd qalmamalıdır. Belə faciələrin qarşısı alınmalıdır. Bu faciənin bir adı var:Terrorvə faşizm!

2 yaşlı məsumbirqızcığazın, Zəhranınqətlitəkcə Azərbaycan üçünyox, bəşəriyyət, insanlıq üçünfaciədir!

2 yaşlı birkörpəninqətlindənböyükcinayətyoxdur!!! Beynəlxalqictimaiyyətbelə dəhşətlicinayətlərə biganəlikgöstərməməlidir! Ana, uşaq,nənə qatilləricəzasızqalmamalıdır!

Biz bir daha bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik.

Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması üçün real qərarların qəbul edilməsini tələb edirik”.

Previous Post

Beynəlxalq təşkilatlara müraciət ünvanlandı

Next Post

08 iyulda gözlənilən hava şəraiti – Yağış yağacaq

Bənzər yazılar

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10

Amerika Prezidenti Donald Tramp İrandakı Nətənz yaxınlığında yerləşən və ABŞ-də "Kirka" adlandırılan Kolanq Qaz-La dağı altında gizlədilən ehtimal olunan yeni...

Zaxarova Zelenskinin yalanlarından danışdı

Zaxarova Zelenskinin yalanlarından danışdı

28 İyul 2026 - 16:00

"Ukrayna lideri Volodimir Zelenski hələ hakimiyyətə gəlməzdən əvvəl Ukraynadakı münaqişəyə son qoymaq barədə yalan danışmış ola bilər". Elchi.az xəbər verir...

Tramp: İranı darmadağın edirik

Tramp: İranı darmadağın edirik

28 İyul 2026 - 10:41

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında "Siz onları məğlub etməlisiniz və biz onları pis şəkildə məhv edirik" dedi. Elchi.az...

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52

Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib. Elchi.az xəbər verir ki, bu barədə Əmək...

Next Post

08 iyulda gözlənilən hava şəraiti – Yağış yağacaq

08 iyulda gözlənilən hava şəraiti – Yağış yağacaq

Son xəbərlər

Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
“Sabah” Finlandiya səfərində – Canlı

“Sabah” Finlandiya səfərində – Canlı

28 İyul 2026 - 19:08
“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

28 İyul 2026 - 18:57
Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48
U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

28 İyul 2026 - 18:36
Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

28 İyul 2026 - 18:26
Sahibə Qafarova Efiopiyaya səfərə gedib

Sahibə Qafarova Efiopiyaya səfərə gedib

28 İyul 2026 - 18:19
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

28 İyul 2026 - 18:11
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.