EN RU

Keçmiş deputatın nəhəng obyekti işıqsız qaldı: 28 min borca görə

Keçmiş deputatın nəhəng obyekti işıqsız qaldı: 28 min borca görə

Kürdəmir rayon Mərkəzi Bazarının elektrik enerjisi ilə təchizatı 8 gündür məhdudlaşdırılıb.

Bunu da oxuyun

Bu barədə Lent.az-a bazarda fəaliyyət göstərən ticarətçilər məlumat verib. Elektrik verilişinin kəsilməsi səbəbindən bəzi iş adamları xeyli ziyana düşüb. Bildirilir ki, elektrik enerjisi obyektin işıqpuluna görə xeyli borcunun yaranması səbəbindən kəsilib. Bazarın “Azərenerji”yə 28 min manat borcu var.

Qeyd edək ki, bu bazar Aran regionunda ən iri ticarət mərkəzi hesab edilir. Bazar keçmiş deputat, iş adamı Fərhad Qəribova məxsusdur. Obyektə rəsmən Fərhad Qəribovun oğlu Zöhrab Qəribov rəhbərlik edir.

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com