"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qərb Azərbaycanla bağlı hansı planı hazırlayır – şok təfərrüatlar

15 İyun 2017 - 10:17
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Tamara Qriqoryeva Bakıya qarşı…; “Narıncı inqilablar” mövzusu arxa plana keçsə də, indi dünyada başqa bir eksperiment “uğurla” həyata keçirilməkdədir: “seçkilərə kənardan müdaxilə”; təəssüf ki, bəzi hallarda milli hisslərdən uzaq, Azərbaycana içərisində nifrət daşıyanlar ölkəmiz əleyhinə kampaniyanın ən fəal üzvlərinə çevrilirlər…

Bunu da oxuyun

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

Azərbaycanda keçiriləcək prezident seçkilərinə 1 ildən çox zaman qalsa da, bəzi Qərb təsisatlarının indidən fəallaşması barədə ilkin siqnallar daxil olur. Artıq “narıncı inqilablar” mövzusu arxa planı keçsə də, indi dünyada başqa bir eksperiment “uğurla” həyata keçirilməkdədir. Bu, ümumi olaraq “seçkilərə kənardan müdaxilə” adlanır.

2016-cı ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi iddiası elə bir beynəlxalq qalmaqal yaradıb ki, bu, az qala “narıncı inqilab” kimi dağıdıcı gücə malikdir. Küçələrdə Ukraynadakı “narıncı inqilab” və ya Avromeydanda olduğu kimi, barrikadalar qurulmur, adamlar qarşı-qarşıya gəlib bir-birinin qanını tökmür, amma mahiyyət etibarilə proses hakimiyyətlərin dəyişməsinə hesablanıb.
Bu eksperimentin ilk qurbanı kimi qüdrətli ABŞ-ın qalmaqallı prezidenti Donald Tramp seçilib. “Rusiyanın adamı” kimi damğalanmış Tramp aylardır nəyisə sübut etmək üçün cəhdlər edir, amma faydası yoxdur. Bu prosesin sonunda Tramp kürsüsündən olarsa, əmin olun ki, tezliklə “seçkilərə kənar müdaxilə” modeli dünyanın dörd bir tərəfinə yayılacaq…

***

Nə qədər qəribə səslənsə də, Azərbaycan hakimiyyəti üçün “seçkilərə kənar müdaxilə” mövzusu yeni deyil, əksinə, ölkəmiz demək olar ki, hər seçkilərdə bu “müdaxilələrlə” üzləşir. Məsələn, 2013-cü il prezident seçkilərində Kremlin “Milyarderlər İttifaqı” adlı təşkilatı məhz Azərbaycandakı seçkilərə təsir etmək üçün yaradılmışdı. Amma bu proses adətən Qərb təsisatları üzərindən qurulur ki, hakimiyyət bu hücumları dəf etməkdə artıq kifayət qədər təcrübə toplayıb.

tamara.JPG (25 KB)

Yada salaq ki, 2009-cu ildən başlayaraq ABŞ-ın Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutu kimi ttəşkilatlar məhz bu və ya digər şəkildə “seçkilərə kənardan müdaxilə” ittihamları ilə Azərbaycanda fəaliyyətlərini dayandırıblar. Rəsmi Bakı seçkilərə bu cür müdaxilələri nəinki qəbul etməyib, üstəlik, “beşinci kolon” kimi tanıdığı bütün xaricdən maliyyələşən QHT-ləri son illər tam nəzarəti altına ala bilib.

Hakimiyyət “kənar müdaxilə”ni o həddə qəbul etmir ki, hətta o kampaniyaların arxasında hansı supergüclər dayanarsa, onları ifşa etməkdən də çəkinmir. Məsələn, 2015-ci il Avropa Oyunları və parlament seçkiləri ərəfəsi Azərbaycan əleyhinə xüsusilə Avropada ciddi anti-təbliğat başlamışdı. Azərbaycan hakimiyyəti tezliklə bu kampaniyanın arxasında dayanan təşkilatları de-şifrə etdi və külli miqdarda pul ayrılmış anti-Azərbaycan qüvvələrin ABŞ-ın o zamankı dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunduğunu açıqlamaqdan çəkinmədi.
Rəsmi Bakını indi Tramp administrasiyasından daha çox məmnun edən “kənar müdaxilə” siyasətindən imtina etməsidir ki, bu, ən yüksək səviyyədə bəyənilir.

***

Image result for Ağ ev

Amma Avropa təsisatları ilə bağlı məsələ o qədər də sadə deyil. Doğrudur, indi Avropa Birliyi ilə əlaqələrdə yeni bir mərhələ başlayıb ki, bu da hakimiyyəti tam qane edir. Ağ Ev rəsmilərinin “kənar dövlətlərin işinə qarışmırıq” deməsindən sonra ehtimal etmək olar ki, yaxınlaşmaqda olan seçkilərdə “kənar müdaxilələr” insan haqları qurumları üzərindən qurulacaq ki, yazının girişində dediyimiz fəallıq da bu səbəbdən diqqət çəkir.

İnsan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar üçün “kənar müdaxilə” aydındır ki, bütün hakimiyyətlərin ən həssas nöqtəsi olan insan haqları və siyasi məhbus problemi üzərindən qurulur. Azərbaycanda demokratiya və insan haqları sahəsində problemlər var, bunu heç kim birmənalı inkar da etmir. Fəqət bu cür “insan haqları” deyə bağıran təşkilatların bu kimi problemləri Azərbaycan dövləti əleyhinə siyasətə, seçkilərdə təzyiq alətinə çevirmələri qəbuledilməzdir.

Bir çox hallarda bu təşkilatların hesabatları hələ rəsmən açıqlanmazdan əvvəl ermənilərin əlinə düşməsi, Azərbaycan əleyhinə beynəlxalq erməni lobbisinin anti-təbliğatına çevrilməsi haqlı suallar yaradır. Qərbin insan haqları qurumlarının bəzilərinin ya mərkəzi, ya regional ofislərində ermənilərlə yanaşı, təəssüf ki, azərbaycanlılar da “çalışır”, külli miqdarda qrant layihələri “qardaş malı” kimi bölünür. Daha acınacaqlısı, bu tip dəyərsiz adamlar düşmən ölkə mediasında “ulduza” çevrilir, Azərbaycan haqda həqiqətdən uzaq reportajları yayılır. Təsadüfi deyil ki, Azərbaycanda bəzi insan haqları müdafiəçiləri siyasi məhbus probleminin ölkəmiz əleyhinə çirkin kampaniyaya çevrildiyinin fərqində olduğu üçün bəzi təşkilatlarla əlaqələri kəsiblər. Onlar siyasi məhbus siyahısı hazırlasalar da, onu beynəlxalq qurumlara deyil, Əfv Komissiyasına göndərirlər.

***

Əcnəbinin pulunun milləti yoxdur. Amma təəssüf ki, bəzi hallarda milli hisslərdən uzaq, Azərbaycana içində nifrət daşıyanlar bu kampaniyanın ən fəal üzvlərinə çevrilirlər. Mitinqlərdə heç vaxt barmağı belə qanamamış adamların Avropada rahat sığınacaq almalarının bir səbəbi də bu kimi Azərbaycana nifrət edənlər ordusu hazırlamağa hesablanıb.

Image result for avropada sığınacaq

Bu sırada mərkəzi qərargahı Vaşinqtonda yerləşən “Freedom House”nin daha fəal olması barədə məlumatlar var. Məsələn, bilgili mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, Avropada siyasi sığınacaq almaq istəyən şəxslər üçün Şengen vizaları “Freedom House”un Litva nümayəndəliyinin (əməkdaş Lyudmila Vackova) və bu dövlətin XİN-in (əməkdaş Danatas Butkus) dəstəyi ilə həmin ölkənin Gürcüstandakı səfirliyində alınır. “Freedom House” həmçinin Litva bankları vasitəsilə maliyyə vəsaitlərinin leqallaşdırılmasında da xüsusi rol oynayır.

“Freedom House” Gürcüstanla yanaşı, Polşada və Litvada da Azərbaycandan olan “siyasi qaçqınlar” üçün treninqlər təşkil edir. “Azərbaycan dəhşətlərini gözü ilə görmüş” adamların həmin ölkələrin ərazisində Qərb diplomatları ilə görüşünə şərait yaradılır. İddialara görə, bu cür görüşlərdə əsasən “göz yaşları” Azərbaycan üçün deyil, maliyyə yardımları ayrılması üçün axıdılır. Bu kimi görüşlərdən sonra isə “aktivistlərdən” Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün fəallıq, Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin sayının artırılması tələb olunur. Azərbaycanla bağlı məsələlərə hansı səviyyədə maraq göstərilməsinin göstəricisi kimi keçmiş dövlət katibi Con Kerrinin insan haqları üzrə müavini Tomas Malinovski və onun köməkçisi Robert Berschinskinin bu görüşlərdə iştirakını göstərmək olar.

Image result for Tbilisi

İddia olunur ki, xüsusilə Pribaltika və Qərbi Avropa ölkələrinin ərazilərində təşkil olunmuş bu kimi görüşlərdə ABŞ səfirliklərinin xüsusi fəallığı da nəzərə çarpır ki, bu da Ağ Ev administrasiyasında hələ də Trampın komandasının mövqelərinin möhkəmlənməməsi kimi izah edilir.

***

Siyasi məhbus problemindən Azərbaycana qarşı istifadə edilməsi üçün ölkədəki bəzi QHT-lərdən yararlanılması barədə xəbərlər var. Bildirilir ki, bu tip adamlar qonşu ölkələrə çağırılaraq treninqlərə cəlb edilir. Onlara Azərbaycandakı səfirliklərin əməkdaşları ilə sıx əlaqədə fəaliyyət göstərmək və işlərini qarşılıqlı koordinasiya etmək tapşırılır ki, əcnəbi diplomatlar da siyasi səhnədə cərəyan edən proseslər barədə məlumatlar toplayaraq öz ölkələrinin xarici siyasət idarələrinə ötürə bilsinlər.

***

Redaksiyamıza göndərilən e-maillərin birində isə bu məsələdə daha fəal olan bir adamın adı çəkilir: Tamara Qriqoryeva. T.Qriqoryeva 2004-2008-ci illərdə BDU-nun jurnalistika fakültəsində bakalavr, 2013-2015-ci illərdə ABŞ-ın Vaşinqton şəhərində yerləşən Amerika Universitetində rabitə və media araşdırmaları üzrə magistr təhsili alıb. T.Qriqoryeva 2008-ci ildə “France Press” agentliyinin Bakı müxbiri də işləyib. Hazırda “Freedom House”un “Emergency Asistance Programs” layihəsində Avrasiya üzrə mütəxəssis vəzifəsində işləyir. Onun həqiqətən də anti-Azərbaycan kampaniyasında hansısa rol aldığını iddia etmirik, çünki mənbə bizə yalnız öz bildiyi həqiqəti göndərib.

Lakin buradakı məlumatlar diqqətdən kənarda qalmamalıdır və böyük maraq doğurur. Orada hansı iddialar var?

Oxuyun: “Qriqoryeva Tamara Eyvazovna “siyasi məhbus”lara dəstək verilməsi, insan hüquq və azadlıqların bərqərar olması adı altında Azərbaycanda fəaliyyət göstərən gənclər sektorunun təmsilçilərini qonşu ölkələrə çıxararaq treninqlərə cəlb edir.

“Freedom House”da aparılmış vəzifə bölgüsünə əsasən, Tamara Qriqoryevanın məsuliyyət dairəsinə Tacikistan Respublikası da daxildir. O, həmin dövlətlərdə “rəngli inqilablar”ın baş verməsi üçün münbit şəraitin yaradılmasına çalışır.

Image result for Freedom House

Tamara xanımın dosyesindən bəzi ştrixlər onun gerçəkdən də necə mühüm mütəxəssis olduğunu göstərir. Məsələn, o, 2009-2014-cü illərdə “General Dynamics” informasiya texnologiyaları şirkətində araşdırmaçı qismində işləyib, Mərkəzi Asiya, Rusiya, Pakistan, Əfqanıstan və İran haqqında məqalələr hazırlayıb. 2013-2014-cü illərdə Vaşinqtonda təhsil aldığı müddətdə Avrasiya Fondu tərəfindən yaradılan “Gənc Mütəxəssislər Şəbəkəsi” proqramında təcrübə keçib. 2014-2015-ci illərdə ABŞ-da hökumət nümayəndələrinə informasiya texnologiyaları sahəsində xidmət göstərən və “Amerikanın səsi” radiosunun Ermənistan bürosuna yardımlar edən “Applied Memetics LLC” şirkətində media əməliyyatları üzrə direktor vəzifəsində çalışıb. Hazırda “Freedom House” təşkilatının “Emergency Asistance Programs” layihəsində Avrasiya üzrə mütəxəssis vəzifəsində işləyir. Bununla yanaşı, məlumatda iddia olunur ki, Tamara Qriqoryeva onlayn fəaliyyət göstərən Ermənistanın «a1plus.am» media şəbəkəsi üçün Azərbaycan barədə qeyri-obyektiv məqalələr hazırlayır. Azərbaycan, rus, ingilis və özbək dillərində danışır”.

İddia olunur ki, Tamara Qriqoryeva Qərb dövlətlərinin Azərbaycandakı səfirliklərinin əməkdaşları ilə sıx əlaqədə fəaliyyət göstərir və işlərini qarşılıqlı koordinasiya edirlər. Əcnəbi diplomatlar Azərbaycanda siyasi səhnədə cərəyan edən proseslər barədə məlumatlar toplayaraq öz ölkələrinin xarici siyasət idarələrinə ötürürlər.

Göstərilən layihələrdə bir sıra tanınmış simalar, o cümlədən də hazırda Gürcüstanda siyasi qaçaq olan bəzi soydaşlarımız da iştirak edirlər. Onların əsas işi maliyyə vəsaitlərini Gürcüstanda qəbul edərək Azərbaycana ötürməkdir. Hansı ki, bu proseslə bağlı yaxın zamanlarda Azərbaycan hüquq mühafizə orqanları iki səs-küylü əməliyyat keçiriblər.

***

Bilinən ən böyük həqiqət budur ki, Azərbaycan təkcə hakimiyyətdən və müxalifətdən ibarət deyil. Bu ölkənin pisi də, yaxşısı da, uğuru da, uğursuzluğu da bütövlükdə Azərbaycanın adına yazılır. Azərbaycanın problemlərini xaricə göndərilən donoslarla, qərəzli hesabatlarla həll etmək mümkün deyil… Azərbaycan iqtidarı isə “xaricdən təzyiqlərə”, yuxarıda da qeyd etdiyimiz kimi, həmişə hazırlıqlı və qətiyyətlidir…

“YM”

Previous Post

Qərb Azərbaycanla bağlı hansı planı hazırlayır – şok təfərrüatlar

Next Post

15 İyun Milli Qurtuluş Günüdür

Bənzər yazılar

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

27 Aprel 2026 - 15:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun...

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

17 Mart 2026 - 20:13

İsrail Müdafiə Ordusu Tehranda "Bəsic" bölmələrinə zərbələr endirdiyini elan edib. Elchi.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial...

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

17 Mart 2026 - 19:58

Bu günə qədər İsrail Müdafiə Ordusunun hücumları nəticəsində Livanda ölənlərin sayı 912 nəfərə çatıb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir...

Next Post

15 İyun Milli Qurtuluş Günüdür

Kreditlə telefon alanlara bəd xəbər -VİDEO

Son xəbərlər

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.