"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Tələbələrin sayına görə region dövlətlərindən geri qalırıq”

13 İyun 2017 - 21:38
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ
FacebookVatsap

<font color=red><b>“Tələbələrin sayına görə region dövlətlərindən geri qalırıq”</b></font>

Bunu da oxuyun

Merz Trampla danışıqdan imtina edib

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

Qüdrət Həsənquliyev: “Hazırlıq kurslarını bütün ixtisaslar üzrə açmaq lazımdır”

“Dəyişiklər həqiqətən də normal və əhəmiyyətlidir. Amma mən Milli Məclisin müvafiq komitəsinin diqqətinə bir məsələni çatdırmaq istəyirəm. Bu qanunda gələcəkdə nəzərə alınsın ki, dopinqdən istifadəyə görə, yarışlardan kənarlaşdırılmış idmançı ilə, sanksiyaların qüvvədə olduğu dövrdə reklam çarxlarının çəkilişi barədə müqavilənin bağlanması qadağan edilsin”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin növbədənkənar iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. “Əgər hansısa idmançı ilə belə bir müqavilələr bağlanıbsa belə, qəbul olunmuş qərar qüvvəyə mindiyi vaxtdan həmin reklam müqaviləsinə xitam verilsin”, – deyən millət vəkili “ona görə ki, dopinq yolverilməzdir, pis nümunədir, həm də insanın sağlamlığöı üçün ciddi təhlükələr yaradır”, – deyə vurğulayıb: “Ona görə də belə bir əmələ yol vermiş şəxsi ekranda da təbliğ etmək doğru deyil. Dünyanın bir çox ölklərində də belə qaydalar var”.

“Terror yalnız siyasi məqsədlər üçün törədilən aktdır”

Millət vəkili həmçinin “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamandı fikirlərini bölüşüb: “Burada əlbəttə terrorçuluqla bağlı anlayış verilir, daha çox terrorçuluğun subyektləri barədə danışılır. Burada həm də qeyd oluna bilər ki, terrorçuluq siyasi motivlərlə bu və ya digər dövlət hakimiyyəti orqanı tərəfindən, yaxud bu və ya digər dövlət hakimiyyəti orqanını təmsil edən vəzifəli şəxslər tərəfindən bu və ya digər qərarın qəbul edilməsi və həmin qərarın qəbul olunmasına mane olmaq məqsədilə filankəslər tərəfindən törədildikdə bu terrorçuluq kimi qiymətləndirilir. Cinayət Məcəlləsində terror aktının anlayışı var. Terrorun digər kütləvi qətliamlardan fərqi ondadır ki, bu yalnız siyasi məqsədlər üçün törədilən bir aktdır”.

“Pusluz pendir tələdə olur”

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirən millət vəkili “hesab edirəm ki bu qanunla bağlı heç bir problem yoxdur”,- deyə vurğuladı: “Biz burada ictimai münasibətləri tənzimləyirik. Dövlət bəzən dəyəri milyonlarla ölçülən bir obyekti simvolik rəqəmə – 1 dollara satır və deyir ki, bura investisiya yatır. Həmin şəxs də sonra ora investisiya yatırır. Bundan sonra biz həmin insanı, dəyəri milyonlarla ölçülən bir obyekti 1 doillara satdığı üçün müsadirə edib onun əlindən almalıyıq? Hazırda Bakıda məhkəmə prosesləri gedir. Biz izləyirik ki, çox gəlirli böyük bir bazarı 60-70 min manata özəlləşdiriblər. İndi bu müsadirə olunmamalıdır? Sözsüz ki müsadirə olunmalıdır. Mən hesab edirəm ki, biz qanunda hər bir detalı nəzərdə tuta bilmərik. Təbii ki, kimsə evini təcili pul lazım olduğu üçün dəyərindən ucuz sata bilər. Amma inanmıram ki, kimsə evini dəyərinin 20, yaxud 15 faizi məbləğində satsın. Burada istintaq orqanı var. İstintaq orqanı araşdırır. Ondan sonra məhkəmə prosesi var və sonda məhkəmə qiymətləndirəcək ki, doğurdan da əmlak dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılıb, yoxsa yox? Hətta əhəmiyyətli dərəcədə aşağı satılıbsa belə, burada qeyd olunur ki, həmin şəxsin hüquqlarına xələl gətirilməyəcək. Ona kompensasiya ödəniləcək, verdiyi vəsait qaytarılacaq. Tutaq ki, 60 minə bazar alıbsa, onun 60 mini qaytarılacaq və bildiriləcək ki, bu bazarın qiyməti məsələn 10 milyon dollardır. Amma həmin bazar axı müsadirə olunmalıdır. Ona görə də düşünürəm ki, biz qanunda hər bir halı, bütün detalları nəzərə ala bilmərik. Amma ümumiyyətlə kifayət qədər ədalətli yanaşmadır və burada heç bir problem yoxdur. Biz bunu qəbul etməliyik. Burada vətəndaşın da məsuliyyətini artırırq. El arasında deyim var: “Pusluz pendir tələdə olur”. Sən bilmirsən ki, şəhərin gözəl bir yerində məsələn dəyəri 200 min olan bir evi, 50, yaxud 30 minə alırsansa bunun arxasında hansısa başqa məqsədlər var? Bu ya çirkli pulla alınıb, yaxud hansısa başqa problemlər var. Buna görə də sözsüz ki, vətəndaşlar əmlak alanda diqqətli olmalıdır və aydınlaşdırmalıdırlar ki, kimdən və hansı əmlakı alırlar?”

“Keçid balı ləğv olunmalıdır”

“Təhsil haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı isə Qüdrət Həsənquliyev “vaxtilə mən bu məsələni qaldırmışdım ki, azərbaycanlı uşaqlar gedirlər xarici ölkələrdə heç də yüksək reytinqi olmayan universitetlərdə oxuyurlar”, – deyə diqqətə çatdırıb: “Ölkədən çoxlu valyuta çıxır, həmçinin valideynlər də əziyyət çəkirlər. İndi bilirsiniz ki, valyuta almaq üçün daha çox vəsait xərclənilməlidir. Ona görə də mən bunu alqışlayıram. Qanunda da açıq qeyd olunub ki, testlə daha yuxarı bal toplayıb, amma müvafiq universitetlərə daxil ola bilməyən şəxslər hazırlıq kurslarına qəbul ediləcəklər. Mənim narahatlığım başqa məsələ ilə bağlıdır. Qanunda qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələrində hazırlıq kursları açılacaq. Mən hesab edirəm ki, bu səlahiyyət universitetlərə verilməlidir. Burada sadəcə 22.3-1-ci maddədə biz belə yaza bilərik. Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla ali təhsil müəssisələri tərəfindən hazırlıq kursları açılır. Amma indi belə çıxır ki, müvafiq icra hakimiyyəti, Təhsil Nazirliyi istədiyi universitetə belə bir hüquq verəcək. Biz tələbələrin sayına görə, region dövlətlərinin hamısından geri qalırıq. Ermənistanın əhalisinin sayı 2,9 milyon nəfərdir, amma hazırda 92 558 tələbə var. Gürcüstanın əhalisinin sayı 3,7 milyon, tələbənin sayı isə 109 533-dür. Azərbaycanda isə əhalinin sayı 10 milyon olduğu halda 150 000 tələbə var.
Yəni biz adambaşına düşən tələbələrin sayına görə, region ölkələrindən 2,5; 2,7 dəfə geridə qalırıq. Əlbəttə, 90-cı illə müqayisədə Azərbaycanda tələbələri sayı 2 dəfə artıb. Məsələn 90-cı ildə təqribən 75 000 tələbə var idisə, indi bu rəqəm 2 dəfə artaraq 150 000-ə çatıb. Amna qeyd etmək istəyirəm ki, bu rəqəm olduqca aşağıdır. Həm də fəlsəfə doktorları, elmlər doktorlarının sayına görə də biz vergion dövlətlərindən geri qalırıq. Hazırlıq kurslarını bütün ixtisaslar üzrə açmaq lazımdır. Bu imkan verəcək ki, universitetlər tərəfindən təhsil haqları da azaldılsın, müəllimlərin əmək haqqı artırılsın.
Təhsil Nazirliyinin 2016-cı il illik hesabatını jurnal şəklində buraxıblar. İstərdim ki, o bütün millət vəkillərinə paylanılsın. Doğurdan da Azərbaycanda dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində Təhsil Nazirliyi tərəfindən çox iş görülüb. İnkişaf etmiş bütün ölkələrdə yay tətilinin müddəti 45 gündür. Məsələn mən Britaniyadaydım, orada iyul ayında bütün uşaqların dərsə getdiyini müşahidə etdim. 3 ay 15 gün uşaqların təhsildən ayrılması onlarda təhsil vərdişlərinin itməsinə gətirib çıxarır. Ona görə də, bu müddət həddindən artıq çoxdur və bu müddətin qısaldılmasına ehtyac var.
Bundan başqa yüksək keçid balı topladığı halda Azərbaycanda ali məktəbə daxil ola bilmədiyi üçün 20 min uşaq başqa ölkələrə üz tutub. Halbuki o universitetlərdə təhsilin səviyyəsi bizim universitetlərdəki təhsilin səviyyəindən elə də yüksık deyil. Keçid balı toplayan uşaqların Azərbaycana yenidən qayıtmasını, yəni bu köçürmə prosesini də asanlaşdırmaq lazımdır ki, onlar qayıdıb öz universitetlərimizdə oxusunlar. Hesab edirəm ki, keçid balı deyilən məsələ də ləğv olunmalıdır. Əgər universitetlərdə boş yer varsa daha çox yüksək bal toplamış siyahıdakı uşaqlar həmin universitetlərə daxil olmalıdırlar. Ona görə də hesab edirəm ki, keçid balı məsələsinə də diqqət yetirmək lazımdır”.

“Bu qanun sığorta şirkətlərinin maraqlarına xidmət edir”

“İşsizlikdən sığorta haqqında” qanun layihəsi barədə də danışan millət vəkili əvvəlcə qanunun hazırlanmasında zəhməti olan hər kəsə minnətdarlığını bildiririb: “Amma düşünürəm ki, bu qanunun Azərbaycanda qəbul olunmasına ehtiyac yoxdur. Hadi müəllim qeyd etdi ki, qanunun əsas məqsədi sığorta verməkdən daha çox məşğulluq idarələrini canlandırmaqdır. Ancaq mən düşünürəm ki, həm də və ən əsası sığorta təşkilatlarına pul qazandırmaqdır. Məsələn qanunda elə müddəalar var, qeyd olunur ki, əgər məşğulluq idarəsi 2 dəfə hər hansı sığorta olunmuş şəxsə iş təklif edirsə və şəxs bundan imtina edirsə ona sığorta ödəmirik. Həmçinin birinci 6 ay, sonra isə 3 ay müddətinə sığortanın tətbiq olunması. Bundan başqa Azərbaycanda vətəndaşların əmək haqlarından vergilərə və sosial fondlara ödəmələrə 49 faiz tutulur. Ona görə Azərbaycanqa qara mühasibatlıq var. Ona görə bir çox idarə, müəssisə, təşkilat, şirkət rəhbərləri işçilərlə əmək müqavilələri imzalamırlar. Ona görə ki, 49 fazi həddindən artıq yüksəkdir. İndi bunun üzərinə işsizliyə görə sığortanın ödənməsini gəlsək bu məsələni bir az da çətinləşdirəcək. Ona görə də, düşünürəm ki, indiki dövrdə, əhalinin gəlirlərinin kifayət qədər yüksək olmadığı zamanda işçiləri sığortalasaq, bu vəziyyəti yaxşılaşdırmayacaq, bir az da korlayacaq. Azərbaycanda insanlar avtomobillərini sığorta ediblər. Məsələn avtomobilin təmiri üçün 5000 manat lazımdır. Sığörta şirkəti gəlib deyir ki, sənə 3000 manat verirəm. İstəyirsən qəbul et, istəmirsən məhkəməyə ver. Məhkəmə də uzun müddətli araşdırmalar, prosedurlar deməkdir. Heç camaat bunu elətdirə bilmir. Qaldı ki, işsizliyə görə də sığorta edək. Ona görə də, düşünürəm ki, bu qanunun qəbulu tezdir, müzakirədən çıxarılmaldır. Bu sırf sığorta şirkətlərinin maraqlarına xidmət edən bir qanundur”.

Previous Post

“Tələbələrin sayına görə region dövlətlərindən geri qalırıq”

Next Post

Bu balıq ovuna qadağa qoyula bilər

Bənzər yazılar

Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib. Elchi.az xəbər verir...

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00

"Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44

Çox yüksək temperaturda isti çay və qəhvə kimi içkilərin müntəzəm olaraq qəbul edilməsi qida borusu xərçəngi riskini artırır. Mütəxəssislər içkinin...

Next Post

Bu balıq ovuna qadağa qoyula bilər

Bu balıq ovuna qadağa qoyula bilər

Son xəbərlər

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
SEPAH ABŞ-yə məxsus iki hərbi gəmini raketlə vurduğunu bildirib

SEPAH ABŞ-yə məxsus iki hərbi gəmini raketlə vurduğunu bildirib

09 Sentyabr 2026 - 16:43
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib

Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib

09 Sentyabr 2026 - 16:36
Kadırovdan xəbərdarlıq: “Uzun saqqal və qatlanmış şalvar dəbinə son qoyun”

Kadırovdan xəbərdarlıq: “Uzun saqqal və qatlanmış şalvar dəbinə son qoyun”

09 Sentyabr 2026 - 16:24
Azərbaycan cüdoçuları Budapeştdə tatamiyə çıxacaq

Azərbaycan cüdoçuları Budapeştdə tatamiyə çıxacaq

09 Sentyabr 2026 - 16:20
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Gürcüstana uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Gürcüstana uduzdu

09 Sentyabr 2026 - 16:07
Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00
Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

09 Sentyabr 2026 - 15:52
Messi Avropada klub alır

Messi Avropada klub alır

09 Sentyabr 2026 - 15:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.