"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Gücümüz həmrəylikdədir!” – Mehriban Əliyeva

13 May 2017 - 10:43
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Mertsin partiya qərargahına hücum edilib

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

“İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir”.

Bunu Oyunların açılış mərasimində çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, İslam Əməkdaşlığı Təşkilatının baş katibi Zati-aliləri D. Yusif bin Əhməd Əl-Osaymin, İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri, Zati-aliləri, İslam aləminin idmançıları, Xanımlar və cənablar, Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz! “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına xoş gəlmisiniz!

Əziz həmvətənlər! Biz birliyin və idmanın təntənəsi olan 4-cü İslam Həmrəyliyi Oyunlarını bu axşam fərəh hissi ilə qəbul edirik. Oyunlara ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.

Bu gün Azərbaycan bütün İslam aləmini qəbul edir! Dörd qitədən gəlmiş minlərlə idmançıları və paytaxtımızın qonaqlarını səmimi qəlbdən salamlayır, onlara “Xoş gəlmisiniz” deyirəm! Yeni uğur münasibətilə gözəl Vətənimizin hər bir vətəndaşını təbrik edirəm və minnətdarlığımı bildirirəm. Qoy, Ulu Tanrı Azərbaycanı qorusun!

Əziz dostlar, 50-dən artıq ölkənin nümayəndəsi bu axşam Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini qeyd edir. Sizin burada olmağınız bizim üçün şərəfdir. Qardaşlarımız və bacılarımız, Azərbaycan Sizi səmimiyyətlə salamlayır.

Mən 4-cü Oyunların keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımı bildirmək istəyirəm”.

Birinci vitse-prezident bildirib ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir: “İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur.

Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Ötən il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi”.

Mehriban Əliyeva vurğulayıb ki, ölkəmizin multikultural tarixi açıq tolerant cəmiyyətimizin ən ülvi hissəsidir: “Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərləri ilə bölüşməkdən fərəhlənirik. Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizlə ilhamlanlanıb. Odlar Diyarı Azərbaycan həm də büllur sular ölkəsidir. Bənzərsiz göllərimiz və çaylarımız, şəlalərimiz və bulaqlarımız, Xəzər dənizimiz əsrlər boyu həyatımızın mənbəyi olub. Ortaq İslam irsimizdə əsas yer tutan və həyat mənbəyi olan bu element Qafqaz dağlarından Xəzər dənizinə qədər ölkəmizin təbii gözəlliyinin və özünəməxsusluğunun mühüm hissəsini formalaşdırır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının rəmzi – su son beş həftə ərzində Xəzərdən başlayan böyük səyahətdə oldu. O, Azərbaycanın bənzərsiz təbiətini dünyaya nümayiş etdirdi, hər kəsə sülh və dostluq müjdəsi gətirərək, insanları ilhamlandırdı.

Əziz dostlar! Mən gözəl gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm”.

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri əlavə edib: “İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu, sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq. Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm.

Xalqımızın tərəqqiyə bağlılığı məni ilhamlandırır. Hamımız birgə əldə etdiyimiz nailiyyətlərlə fərəhlənə bilərik. Azərbaycan iki il öncə birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdı. İndi isə biz dörd qitənin İslam dünyasının insanlarını Bakıda – 4-cü İslam Həmrəyliyi Oyunlarında birləşdiririk”.

Mehriban Əliyeva xatırladıb ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib: “Bakı 2017 və idmanın qüdrəti xalqlarımızı İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirib. Gücümüz həmrəylikdədir! Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək.

İslam aləminin atletləri, Xanımlar və cənablar, Əziz dostlar, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına xoş gəlmisiniz! Azərbaycana xoş gəlmisiniz!”

Previous Post

“Gücümüz həmrəylikdədir!” – Mehriban Əliyeva

Next Post

İmtahan sualları təkrar olub? – DİM ittihamlara cavab verdi

Bənzər yazılar

Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

24 Sentyabr 2026 - 15:00

Naməlum şəxslər Hessen əyalətinin Offenbax-am-Mayn şəhərində Xristian Demokratik İttifaqının (CDU) qərargahına daş atıblar. Elchi.az xəbər verir ki, bu barədə DPA...

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48

Avqust ayından bəri İndoneziyanın meşə və torpaq yanğınlarından zərər çəkmiş ərazilərində 175 000-ə yaxın kəskin tənəffüs yolu infeksiyası halı qeydə...

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00

Fransa lideri Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstindəki vəziyyətlə bağlı çıxışı zamanı yumruğu ilə tribunaya vurub. Elchi.az xəbər verir...

Next Post

İmtahan sualları təkrar olub? - DİM ittihamlara cavab verdi

İmtahan sualları təkrar olub? - DİM ittihamlara cavab verdi

Son xəbərlər

Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

24 Sentyabr 2026 - 16:00
Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

24 Sentyabr 2026 - 15:51
Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

24 Sentyabr 2026 - 15:42
Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:30
“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

24 Sentyabr 2026 - 15:18
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24 Sentyabr 2026 - 15:16
Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:08
Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

24 Sentyabr 2026 - 15:00
Beynəlxalq münasibətlər sisteminin diaqnozu

Beynəlxalq münasibətlər sisteminin diaqnozu

24 Sentyabr 2026 - 14:47
Millimiz Avropa çempionatında rekorda imza atdı

Millimiz Avropa çempionatında rekorda imza atdı

24 Sentyabr 2026 - 14:30
Bakcell-də hədiyyə mövsümü başladı

Bakcell-də hədiyyə mövsümü başladı

24 Sentyabr 2026 - 14:14
Biləsuvarda 17 kq narkotik aşkarlanıb

Biləsuvarda 17 kq narkotik aşkarlanıb

24 Sentyabr 2026 - 14:07
Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

24 Sentyabr 2026 - 14:00
Bakıda studio mənzillər bahalaşır – Qiymətlər

Bakıda studio mənzillər bahalaşır – Qiymətlər

24 Sentyabr 2026 - 13:48
Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən niyə bahadır? – SƏBƏB

Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən niyə bahadır? – SƏBƏB

24 Sentyabr 2026 - 13:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.