"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi – ŞƏRH

04 May 2017 - 15:21
in MÖVQE
FacebookVatsap

Keçirilən görüşlər beynəlxalq münaqişələrin həllində Rusiyanın düyün nöqtəsi olduğunu bir daha təsdiqlədi

Azərbaycanın şimal qonşusu Rusiyanın prezidenti Vladimir Putinin son üç gündə keçirdiyi görüşlər, apardığı danışıqlar bölgə və dünyanın təhlükəsizliyi baxımından vacib sayıla bilər.

Bunu da oxuyun

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

İsraildə müxalifət Netanyahunu qabaqlayır

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Bunlardan birincisi ABŞ prezidenti Donald Trampla telefon danışığıdır. Rusiya tərəfi bir aya yaxındır bunu intizarla gözləyirdi. Ölkə mediasında Trampla Putinin təmasına dair müxtəlif səpkili xəbərlər yayılırdı.

Nəhayət, prezidentlərin telefon danışığı baş tutdu. Tərəflər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsinin perspektivlərini, Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Dövlət başçıları telefon əlaqəsini saxlamağı davam etdirmək barədə razılığa gəliblər. Onlar “Böyük-20”liyin (“G20”) bu il iyulun 7-8-də Hamburqda keçiriləcək sammiti çərçivəsində görüşmək fikrində olduqlarını ifadə ediblər.

Trampla telefon danışığından bir gün sonra Rusiya prezidenti Soçidə Almaniya kansleri Angel Merkeli qəbul edib. Tərəflər ikitərəfli münasibətlər, Ukraynanın şərqindəki vəziyyət, “G20”nin sammiti, Suriyadakı böhran, habelə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.Görüş almaniyalı siyasətçi üçün şəxsi məna da az əhəmiyyət kəsb etmirdi. Bu il sentyabrın 24-də Almaniyada parlament seçkiləri keçiriləcək. Heç şübhəsiz Angela Merkel yenidən kansler olmqa istəyir. Son zamanlar Rusiyanın ABŞ-da keçirilən seçkilərə təsiri ilə bağlı ehtimalları nəzərə alsaq, Merkelin Putinlə söhbət zamanı eyhamla parlament seçkisinə toxunduğu da istsna olunmur.

Qeyd edək ki Merkel hökumət başçısı olduğu müddətdə 16 dəfə Rusiyada səfərdə olub. O, sonuncu dəfə 2015-ci il mayın 10-da Rusiyaya səfər edib. Kansler mayın 9-da Moskvada qələbənin 70 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirakdan imtina etmişdi.

Azərbaycan üçün daha çox maraq kəsb edən isə Vladimir Putinin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməsidir. Prezidentlər arasındakı görüşdə ikitərəfli əlaqələrin inkişafı, genişləndirilməsi, Suriya böhranı, regional təhlükəsizlik məsələləri müzakirə edilib.Tərəflər iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyir. Ərdoğan görüşdən əvvəl bildirib ki, Rusiya ilə münasibətlərin tam normallaşması üçün qarşı tərəfin Türkiyəyə qarşı bütün ticarət sanksiyalarını ləğv etməsi zəruridir: “100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq istəyiriksə, bütün bu məhdudiyyətləri dərhal və tamamilə aradan qaldırmaq lazımdır”.

Putin görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, əvvəllər tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb: “İstənilən məhdudiyyət iqtisadiyyatı dağıdır. Nəticədə istehsalımız ziyan çəkir”.

Hələlik Rusiya tərəfi Türkiyədən tədarük edilən dondurulmuş ətə, quş məhsullarına, hind toyuğu ətinə, tomat, xiyar, təzə üzüm, alma, armud və çiyələyə tətbiq edilən məhdudiyyət aradan qaldırmayıb.

Beləliklə, bu görüşlərin ortaq mövzuları Suriyadakı vəziyyət və beynəlxalq təhlükəsizliyi əhatə edib. ABŞ və Almaniya Rusiyaya qarşı müharibə aparmaq niyyətindən çox uzaq olduqlarından Kremllə məsələləri danışıqlar yolu ilə həll etməyin daha düzgün yol olduğunu düşünürlər. Düzdür, Rusiya keçmiş SSRİ gücündə və nüfuzunda deyil. Çünki o vaxtlar sovetlər dünyada təsir dairələrini genişləndirmək imkanına malik idi. Qərb isə onun nüfuz dairəsini genişləndirməyin qarşısını almağa çalışırdı. İndi isə Rusiya özü Qərbin təsiri altına düşməmək uğrunda mübarizə aparır, bu istiqamətdə öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa çalışır. Rusiyadan kənarda baş verən hadisələrdə iştirakı da daha çox bu məqsədə xidmət edir. ABŞ və Almaniya liderlərinin Moskva ilə danışıqlar aparmasında məqsəd həm də onu beynəlxalq münaqişələrin həllində tərəfdaş edərək neytrallaşdırmaqdır.Avropa İttifaqının aparıcı üzvü olduğundan Almaniya Rusiya ilə əməkdaşlığı da önə çəkir. Britaniya ittifaqdan çıxdıqdan sonra Rusiya ilə əməkdaşlığı genişləndirmə xəttini tuta bilər. Heç şübhəsiz, Almaniya ehtimal olunan belə bir oyunda ingilislərə uduzmaq istəmir.

Son zamanlar Türkiyənin Avropa İttifaqı və ABŞ-ın müəyyən dairələri ilə münasibətlərində soyuqluq yaranıb. Rəsmi Ankara ilə Moskvanın mövqelərində üst-üstə düşən məqam az deyil. Bununla belə, Türkiyə və Rusiya Qərbdən gələn təhlükəni önləmək üçün geniş sahədə, hətta hərbi-texniki planda əməkdaşlığı genişləndirmək istəyirlər.

Bu görüşlərdən Azərbaycan tərəfinin də gözləntiləri vardı. ABŞ və Rusiya Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həllində beynəlxalq vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir (üçüncüsü Fransadır). Almaniyanın ən yaxın müttəfiqi Avstriya ATƏT-in fəaliyyətdə olan sədridir.Bundan başqa, Almaniya həm də Avropa İttifaqının aparıcı üzvüdür. Türkiyə isə hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə edir.

Odur ki, bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərin söyləniləcəyi də az da olsa ehtimal edilirdi. Ancaq təəssüf ki, beynəlxalq vasitəçi rolunda çıxış edən dövlətlər bu məsələyə heç eyham da vurmadılar.

Keçirilən görüşlər beynəlxalq münaqişələrin həllində Rusiyanın düyün nöqtəsi olduğunu bir daha təsdiqlədi. Ancaq bu, hələ digər qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə ürək yandırdıqları da demək deyil.

share-block__img

Sədrəddin İsmayılov

 

Previous Post

Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi – ŞƏRH

Next Post

“Porsche” ilə adam öldürənin biznesmen atası: “14 yaşlı uşağı həbs edərlər?”

Bənzər yazılar

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda krallığa dəstəyini ifadə edib və husilərin...

Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15

İsraildə oktyabrın 27-nə təyin edilmiş ümumi seçkilər ərəfəsində açıqlanan son rəy sorğusuna əsasən, müxalifət bloku 120 yerlik parlamentdə 67 yer...

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski atəşkəs çağırışları ilə yenidən silahlanmaq üçün vaxt qazanmağa...

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47

Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....

Next Post

"Porsche" ilə adam öldürənin biznesmen atası: “14 yaşlı uşağı həbs edərlər?”

"Porsche" ilə adam öldürənin biznesmen atası: “14 yaşlı uşağı həbs edərlər?”

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.