"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Azərbaycan-Türkiyə möhtəşəm təlimləri başladı: düşmənə görk, havadarına ismarış 

01 May 2017 - 11:34
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Ortaq təlimlərdən ortaq ordu quruculuğuna doğru; 5 günlük hərbi təlimlərində türk hərbçiləri işğalçı qüvvələrə ən yaxın məsafədə manevrlər edəcəklər; ortaq təlimlərdən Rusiyaya çatan əsas mesaj: Moskva Azərbaycanla Türkiyəni həmişəlik itirə bilər, əgər…

Bunu da oxuyun

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

Bu gün – mayın 1-də Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayır. Xəbər verdiyimiz kimi, 5 gün çəkəcək təlimlərə qatılmaq üçün Türkiyə ordusunun şəxsi heyəti hələ təxminən 10 gün öncədən Azərbaycana gəlib və “N” saylı hərbi hissədə yerləşib.
Həmin hərbi hissəsinin cəbhə bölgəsinə yaxın olduğu ehtimal edilir. Yəni türk hərbçiləri, o cümlədən hava şahinləri – pilotlar erməni işğalçı qüvvələri ilə kifayət qədər yaxın məsafədə olacaqlar. Bu da Qarabağla bağlı hər hansı kritik situasiyada və fors-major vəziyyətlərdə Türkiyə-Azərbaycan sarsılmaz birliyini və müttəfiqliyinin növbəti parlaq nümayişi, düşmən ölkəyə aydın bir xəbərdarlıq ismarışı olacaq.
Bu xüsusda Türkiyə nümayəndə heyətinin rəhbəri, polkovnik Hakan Açıkgözun birgə təlimlərin əhəmiyyəti barədə dediyi sözlərini yada salmaq yerinə düşər. Türk zabit deyib: “Bu təlimlərdə qazanılan təcrübə iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsir göstərəcək. Təlimlərdə əsas məqsəd Azərbaycan və Türkiyə orduları arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırması, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır”.

Image result for Azərbaycan Türkiyə hərbi təlimləri
Qeyd edək ki, birgə təlimlərdə şəxsi heyətlə yanaşı, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, habelə qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.
*****

Image result for Kreml
Şübhə yox ki, bu il üçün ilk olan birgə təlimlər Azərbaycandan ötrü xüsusilə önəmli və qürurvericidir. Eyni zamanda ərazisinin 20%-i on illərdir işğal altında olan ölkəmiz üçün, Azərbaycan xalqı üçün, ordumuz üçün ruhlandırıcı bir hadisədir. Sülh danışıqlarının dalanda olduğu, müharibənin isə qapını kəsdirdiyi mürəkkəb və həssas bir dönəmdə Türkiyə kimi güclü və təcrübəli orduya malik qardaş bir ölkə ilə ortaq hərbi manevrlər ikiqat əhəmiyyət daşıyır; təkcə Silahlı Qüvvələrimizdə deyil, bütövlükdə xalqımızda özünə inamı möhkəmlədir. Paralel surətdə Ermənistan və havadarları üçün çəkindirici faktor rolu oynayır, Qarabağ məsələsində işğalçı tərəfi nəhayət ki, konstruktiv mövqe tutmağın zəruriliyi barədə bir daha ciddi düşünmək zorunda qoyur.
*****

Image result for Azərbaycan Türkiyə hərbi təlimləri
Əlbəttə, daha yaxşı olardı ki, Azərbaycanla Türkiyə hərbi manevrlər keçirməklə yanaşı, Rusiya və Ermənistan kimi ortaq hərbi qruplaşma da yaratsın. Yəqin ki, zamanı çatanda bu da olacaq. Başqa sözlə desək, uzaq olmayan perspektivdə ortaq təlimlərin tədricən ortaq döyüş planlamalarına, vahid orduya gətirməsinin də şahidi ola bilərik. Bölgədə və onun ətrafında gedən qəliz və təhlükəli proseslər həm də bunu diktə edir.
Lakin vahid ordu heç də o demək deyil ki, o zaman Türkiyə və Rusiya Qarabağda, Güney Qafqazda qarşı-qarşıya gələ, toqquşa bilər. Əksinə, bölgədəki qüvvələr nisbətini, geosiyasi reallıqları ciddiyə alan Kreml o halda regional problemlərin dinc yolla həllinin vacibliyini başa düşüb də Ankara ilə daha sıx əməkdaşlığa can atacaq.
Hər halda müharibə Rusiyanın yaxın və orta perspektiv maraqlarına cavab vermir. Elə təkcə Türkiyə ilə Rusiya arasında on milyardlarla dollar iqtisadi anlaşma var və bu anlaşmalar öz reallaşmasını gözləyir (“Türk axını”, Akkuyu AES layihəsi, S-400 raket sistemləri ilə bağlı nəzərdə tutulan sövdələşmə və s.)
Bu və digər səbəbdən Rusiya strateji tərəfdaş saydığı Türkiyə ilə Cənubi Qafqazda qarşı-qarşıya gəlməyi əsla arzulamır. Arzulamırsa, o zaman Kreml potensial müharibə vəd edən və Türkiyənin də ona qoşulması real olan Qarabağ probleminin həlli üçün nəhayət ki, qol çirmələyib hərəkətə keçməlidir.

Image result for Azərbaycan Türkiyə hərbi təlimləri
Belə bir məqam, zaman artıq yetişib. Moskva bunu etməyəcəksə, o zaman Azərbaycan əsgəri edəcək və nəticə etibarilə də Moskva nəinki Azərbaycanı, Türkiyəni də həmişəlik itirəcək – çoxmilyardlıq iqtisadi qazancların itkisi də öz yerində. Hazırkı Azərbaycan-Türkiyə ortaq təlimlərindən Kremlin payına düşən əsas mesaj da elə bundan ibarətdir.
Bir sözlə, top hələ ki Rusiyanın meydanındadır. Lakin heç də həmişəlik yox. Ümid edək ki, Türkiyə-Azərbaycan birgə təlimlərinin davam etdiyi günlərdə – mayın 3-də Soçiyə gedəcək prezident Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə təkbətək görüşündə bu kimi mühüm detalları da Kreml başçısının diqqətinə çatdıracaq.

Previous Post

Azərbaycan-Türkiyə möhtəşəm təlimləri başladı: düşmənə görk, havadarına ismarış 

Next Post

Şirkət Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

Bənzər yazılar

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

09 Oktyabr 2026 - 16:00

ABŞ münaqişənin davam edəcəyi təqdirdə Ukraynanı sərt qışla üzləşəcəyinə inanır. Elchi.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. ABŞ...

Next Post

Şirkət Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

Şirkət Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

Son xəbərlər

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

10 Oktyabr 2026 - 11:20
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13
BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59
Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42
Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

10 Oktyabr 2026 - 10:30
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

10 Oktyabr 2026 - 10:16
Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.