"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycan “Banklar haqqında” qanuna dəyişikliklər edir

30 Mart 2017 - 16:28
in İQTİSADİYYAT, İQTİSADİYYAT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

Nyu-York birjasında təbii qaz bahalaşıb

Qanunun mahiyyəti ödəmə qabiliyyətini itrmiş bankların problemlərinin həlli üçün qanuni bazanın yaradılmasıdır
 Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında “Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Qanunun mahiyyəti ödəmə qabiliyyətini itrmiş bankların problemlərinin həll edilməsi üçün qanuni bazanın yaradılmasıdır.Elchi.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib: “Problemlərin həlli yolları qanunda müəyyən edilməlidir. Hazırda cəmi iki qayda var. Bunlardan birincisi, səhmdarların əlavə vəsait qoymasıdır. İkincisi isə, sistem əhəmiyyətli banklara dövlət tərəfindən dəstəyin verilməsidir. Lakin burada da kifayət qədər məqbul alətlər yox idi. Ona görə yeni alətlər təklif etmişik”.

“Birincisi, bankın öhdəliklərini könüllü restrukturizasiyasıdır. Bu, bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur. Bundan başqa, qanun layihəsi bankların geniş rezolyusiyasını nəzərdə tutur. Rezolyusiya ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə bu qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın investora satılması, digər banka qoşulması, aktiv və öhdəliklərinin köçürülüməsi, “körpü bank”ın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktiv və öhdəliklərini “körpü bank”a köçürülməsi və “körpü bank”ın investora satılması üzrə həyata keçirilən tədbirlər, habelə ödəmə qabiliyyətini itirmiş bankın ləğv edilməsidir”, – deyə Palatanın sədri qeyd edib.

R.Aslanlı bildirib ki, qanun layihəsi üzərində 1 il iş gedib. Rezolyusiya müəyyən məsələyə yeni həll tapmaq deməkdir. Rezolyusiya artıq könüllü deyil, icbari sağlamlaşdırmanı nəzərdə tutur. Bunun üçün bir neçə vasitəsi var. Bank səhmdarlarının, idarə edilməsində iştirak etmiş inzibatçıların, rəhbərlərin depozitlərinin icbari qaydada kapitala transformasiya edilməsi, səhmlərin icbari satılması, bazardan kənardan əlavə kapitalın cəlb olunması və aktiv və öhdəliklərin birlikdə yaxud ayrılıqda digər investorlara satılmaqla banka əlavə maliyyə tapılması nəzərdə tutulur. Bütövlükdə digər banka satılması kimi alətlər var. “Körpü bank” vasitəsilə aktiv və öhdəliklərini tənzimlənməsi vasitələri var. “Körpü bank” tənzimləyici tərəfindən qısa müddətə yaradılır. Əlavə səhmdar kapitalı tələbi yoxdur, Palata “körpü bank”ın təssiçisi və yeganə səhmdarı hesab olunur.

“Bundan başqa, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması prosedurlarının yeni təkliflərlə təkmilləşdirilməsini daha təfərrütla təklif etmişik. Dəyişiklik sistem əhəmiyyətli bankların sağlamlaşdırılması tədbirləri üçün daha geniş alətlər nəzərdə tutur. Bu gün nəzərdə tutulub ki, aktiv və öhdəliklər birlikdə satılmalıdır. Bu isə bəzən lazımsız olur. Dünyada tətbiq olunan yeni alətlər də təkliflərdə əks olunub”, – deyə R.Aslanlı vurğulayıb.

Həmçinin, məsuliyyətlə bağlı dəyişiklik edilir. Bank səhmdarlarının, idarəçilərinin, idarə edilməsində iştirak etmiş inzibatçıların ödəmə qabiliyyətini itirmiş bankın zərərini öz əmlakı ilə ödəmək şərtini müəyyən olunur. Bank müflis olursa, ödəmə qabiliyyətini itirirsə, sağlamlaşdırılması zamanı bank səhmdarlarının (söhbət iri səhmdarlardan gedir), bank rəhbərliyinin, idarəçilərin təkcə bankdakı deyil, mülkiyyətindəki əmlak zərərin ödənilməsi üçün istifadə olunacaq.

Elchi.az

Previous Post

Azərbaycan “Banklar haqqında” qanuna dəyişikliklər edir

Next Post

Təhlükəli meteoroloji hadisə gözlənilir – XƏBƏRDARLIQ

Bənzər yazılar

Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

22 Sentyabr 2026 - 12:39

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib. Elchi.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Bank...

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

22 Sentyabr 2026 - 09:54

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX...

İran Türkiyəyə qaz ixracını dayandırdı

Nyu-York birjasında təbii qaz bahalaşıb

22 Sentyabr 2026 - 09:46

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin oktyabr ayında çatdırmaq şərti...

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında neftin qiyməti artır

22 Sentyabr 2026 - 09:38

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 1,35% artaraq 1...

Next Post

Təhlükəli meteoroloji hadisə gözlənilir - XƏBƏRDARLIQ

Təhlükəli meteoroloji hadisə gözlənilir - XƏBƏRDARLIQ

Son xəbərlər

Leyla Əliyeva Bilgəh çimərliyini təmizlətdirdi

Leyla Əliyeva Bilgəh çimərliyini təmizlətdirdi

22 Sentyabr 2026 - 14:14
Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

22 Sentyabr 2026 - 14:07
Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

22 Sentyabr 2026 - 14:00
Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir

22 Sentyabr 2026 - 13:51
Kəmaləddin Heydərov Qırğız Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Qırğız Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

22 Sentyabr 2026 - 13:42
Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39
Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

22 Sentyabr 2026 - 13:30
Formula 1-də qaydalar dəyişir – Məsafə qısaldılacaq

Formula 1-də qaydalar dəyişir – Məsafə qısaldılacaq

22 Sentyabr 2026 - 13:18
Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

22 Sentyabr 2026 - 13:09
Ukraynada müharibənin tezliklə başa çatacağı proqnozlaşdırılır

Ukraynada müharibənin tezliklə başa çatacağı proqnozlaşdırılır

22 Sentyabr 2026 - 13:00
Bulvara giriş-çıxış məhdudlaşdırılır

Bulvara giriş-çıxış məhdudlaşdırılır

22 Sentyabr 2026 - 12:52
Prezident Forum iştirakçılarına müraciət etdi

Prezident Forum iştirakçılarına müraciət etdi

22 Sentyabr 2026 - 12:48
Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

Mərkəzi Bankı “Rabitəbank”la bağlı sərəncam verdi

22 Sentyabr 2026 - 12:39
Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

22 Sentyabr 2026 - 12:28
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabahın hava proqnozu

22 Sentyabr 2026 - 12:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.